Allahın Padşahlığı nədir?
Sizcə, bu...
-
məcazi mənada deyilmiş ifadədir?
-
göydə qurulmuş hökumətdir?
-
yoxsa başqa bir şeydir?
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
«Göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq» (Peyğəmbərlərin kitabı, Dənyal 2:44).
«Ona hakimiyyət, şərəf və padşahlıq verildi... Onun hakimiyyəti sona yetməyəcək əbədi hakimiyyətdir» (Peyğəmbərlərin kitabı, Dənyal 7:14).
BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?
-
Ədalətli hökumət şəxsən sizə fayda gətirə bilər (Peyğəmbərlərin kitabı, Əşiya 48:17, 18).
-
Qarşıdan gələn yeni dünyada insanlar tam sağlam və xoşbəxt ömür sürəcəklər (İncil, Vəhy 21:3, 4).
MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?
Bəli, olar, ən azı, iki səbəbə görə:
-
İsa peyğəmbər yer üzündə olanda Allahın Padşahlığının nələri həyata keçirəcəyini göstərmişdi. O, öz davamçılarına Allahın Padşahlığının gəlməsi və Allahın iradəsinin yer üzündə yerinə yetməsi barədə dua etməyi öyrədirdi (İncil, Mətta 6:9, 10). İsa peyğəmbər bu duaya Allahın necə cavab verəcəyini nümayiş etdirmişdi.
İsa peyğəmbər yer üzündə yaşayanda acları doyuzdurur, xəstələrə şəfa verir və ölüləri dirildərək həyata qaytarırdı! (İncil, Mətta 15:29—38; Yəhya 11:38—44). Allahın Padşahlığının Padşahı İsa Məsih Padşahlığın öz təbəələri üçün nələr edəcəyini möhtəşəm şəkildə göstərdi (İncil, Vəhy 11:15).
-
Dünyada hökm sürən vəziyyət əmin edir ki, Allahın Padşahlığı tezliklə gələcək. İsa peyğəmbər demişdi ki, Padşahlıq yer üzünə sülh və əmin-amanlıq gətirməzdən öncə dünya müharibələr, zəlzələlər və aclıq ucbatından əziyyət çəkəcək (İncil, Mətta 24:3, 7).
Bütün bunlar gözümüzün qabağında baş verir. Buna görə də tam əmin ola bilərik ki, Allahın Padşahlığı tezliklə bu problemlərin hamısına son qoyacaq.
DÜŞÜNÜN
Allahın Padşahlığının hakimiyyəti altında həyat necə olacaq?
Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: ZƏBUR 37:29; ƏŞİYA 65:21—23.