Müqəddəs Kitabın cavabı
Allahın neçə adı var?
BƏZİ İNSANLAR DÜŞÜNÜR Kİ, Allahın adı yoxdur. Başqaları Onu «Allah» və ya «Rəbb» adlandırır, digərləri isə deyir ki, Allahın min bir adı var. Bəs siz nə düşünürsünüz?
MÜQƏDDƏS KİTABDA DEYİLİR:
«Adı Yehova olan Sən, dünyada tək Sən ucasan» (Zəbur 83:18).
MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?
Allahın çoxlu sifətləri olsa da, O, Özünə yalnız bir ad verib (Çıxış 3:15).
Allah sirli Allah deyil, istəyir ki, biz Onu tanıyaq (Həvarilərin işləri 17:27).
Allahla dost olmaq istəyiriksə, əvvəlcə Onun adını bilməliyik (Yaqub 4:8).
Allahın adını çəkmək günahdır?
SİZCƏ...
Hə
Yox
Vəziyyətə baxır
MÜQƏDDƏS KİTABDA DEYİLİR:
«Allahınız Yehovanın adını nalayiq şəkildə dilinizə gətirməyin» (Çıxış 20:7). Allahın adını yalnız hörmətsiz şəkildə çəkmək günah sayılır (Ərəmya 29:9).
MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?
İsa peyğəmbər Allahın adını bilirdi və bu adı çəkirdi (Yəhya 17:25, 26).
Allah buyurur ki, biz Ona adı ilə müraciət edək (Zəbur 105:1).
Allahın düşmənləri bu adı insanlara unutdurmaq istəyirlər (Ərəmya 23:27).