Yehova Allaha güvənərək düzgün qərarlar verin
«İmanla [diləyin], zərrə qədər də şübhə [etməyin]» (YAQ. 1:6).
NƏĞMƏ: 81, 70
1. Nəyə görə Qabil yanlış qərar verdi və bu qərarın nəticəsi nə oldu?
QABİL seçim qarşısında idi: hisslərinə təslim olsun, yoxsa onları cilovlayıb ram etsin. Onun qərarı bütün həyatına təsir edəcəkdi. Hamımız yaxşı bilirik, Qabil hansı seçimi etdi. Onun yanlış qərarı qardaşı Habilin həyatını əlindən aldı. Bu qərar Qabilin Yaradanı ilə münasibətlərini də korladı (Yar. 4:3—16).
2. Düzgün qərar vermək nə dərəcədə vacibdir?
2 Biz də həyatda qərarlar verməli oluruq. Düzdür, qərarlarımız, adətən, ölüm-dirim məsələsi olmur. Amma yenə də onlar həyatımıza güclü təsir edir. Düzgün qərar verəndə həyatımız nisbətən rahat və firavan keçir, yanlış qərarlar isə bizə problemlərlə və məyusluqla dolu həyat yaşadır (Məs. 14:8).
3. a) Düzgün qərarlar vermək üçün bizdə hansı əminlik olmalıdır? b) Bu məqalədə hansı sualları müzakirə edəcəyik?
3 Bəs düzgün qərar verməyə bizə nə kömək edə bilər? Biz Allaha güvənməliyik, əmin olmalıyıq ki, O, bizə kömək etməyə qadirdir və bu köməyi göstərməyə hazırdır. Həmçinin Müqəddəs Kitaba etibar etməli və Yaradanımızın Yaqub 1:5—8 ayələrini oxuyun.) Allahı yaxından tanıdıqca və Onun Kəlamını sevdikcə Ona etibarımız artacaq, əmin olacağıq ki, O, bizim xeyrimizi düşünür. Beləcə, biz həmişə qərar verməzdən əvvəl Allahın Kəlamından məsləhət axtaracağıq. Bəs qərar vermək bacarığını necə yaxşılaşdırmaq olar? Əgər artıq qərar vermişiksə, bu o deməkdirmi ki, qərarımızı dəyişməməliyik?
məsləhətlərinin keçərli olduğuna əmin olmalıyıq. (HƏYAT QƏRARLARDAN İBARƏTDİR
4. Adəm hansı qərarı verdi və nəticəsi nə oldu?
4 Bəşər yaranandan bəri insanlar həyatda vacib qərarlar verir. İlk insan olan Adəm də qərar verməli olmuşdu: Yaradanına itaət etsin, yoxsa Həvvanın sözünə qulaq assın. Düzdür, Adəm qərar verdi, amma nə karə. O, Şeytana uymuş Həvvanın təsiri altına düşüb yanlış qərar verdi. Bu səhvi Adəmə baha başa oturdu: o, əvvəlcə cənnəti, sonra isə həyatını itirdi. Amma bu hələ harasıdır, bütün bəşəriyyət onun yanlış qərarının acısını yaşayır.
5. Qərar vermək bacarığına münasibətimiz necə olmalıdır?
5 Bəzi insanlar düşünür ki, həyatda qərar verməli olmasaydıq, yaşamaq çox rahat olardı. Siz də bu fikirdəsiniz? Onda nəzərə alın ki, Yehova Allah insanı şüursuz və proqramlaşdırılmış robot kimi yaratmayıb. Əksinə, O, Müqəddəs Kitab vasitəsilə bizə düzgün qərarlar verməyi öyrədir. Əgər Yaradanımız bizim qərar verməyimizi istəyirsə, deməli, bu, bizim xeyrimizədir. Gəlin bunu sübut edən bir necə nümunəyə baxaq.
6, 7. İsraillilər hansı seçim qarşısında qalmışdılar və nəyə görə onlara düzgün qərar vermək çətin idi? (Məqalənin əvvəlindəki şəklə baxın.)
6 İsraillilər vəd olunmuş diyarda məskunlaşanda vacib seçim etməli idilər: Yehovaya ibadət etsinlər, yoxsa digər allahlara. (Yuşə 24:15 ayəsini oxuyun.) Ola bilsin, bizim nəzərimizcə burada çətin heç nə yoxdur. Amma bu, çox ciddi məsələ idi, çünki verdikləri qərardan onların həyatı asılı idi. İsrailliləri hakimlərin idarə etdiyi dövrdə xalq dönə-dönə yanlış qərar vermiş, Yehovadan üz döndərib saxta allahlara səcdə etmişdi (Hak. 2:3, 11—23). İsraillilərin seçim qarşısında olduğu başqa bir vəziyyət İlyas peyğəmbərin dövründə yaranmışdı. Peyğəmbər xalqı bir qərar verməyə səsləyirdi: ya Yehovaya ibadət etsinlər, ya da saxta allah olan Baala (1 Pad. 18:21). İlyas peyğəmbər xalqı qətiyyətsizliyinə görə məzəmmət etdi. Yenə də biz düşünə bilərik, burada çətin nə var ki, axı Yehovaya ibadəti seçmək ən doğru qərardır, insan heç vaxt bundan ziyan çəkməz. Birdə ki, ağlı başında olan adam saxta allaha ibadət etməz. Amma israillilər bir qərara gələ bilmirdilər, onlar iki tərəfə əyilirdilər. İlyas onları ən ali ibadəti, Yehovaya ibadəti seçməyə təşviq etdi.
7 Görəsən, israillilərə bu düzgün qərarı vermək nəyə görə çətin idi? Əvvəla, xalqın Yehovaya imanı zəifləmişdi, onlar Onun məsləhətlərinə qulaq asmırdılar; Allahdan elm almaq, Onun hikmətinə yiyələnmək üçün vaxt ayırmırdılar, Ona güvənmirdilər. Dəqiq bilik alsaydılar, onlara düzgün qərar vermək asan olardı (Zəb. 25:12). Üstəlik, onlar başqa xalqların təsiri altına düşmüşdülər, hətta yol verirdilər ki, başqaları onların əvəzinə qərar versin. Xalqın arasında yaşayan bütpərəstlər israillilərin düşüncəsinə nüfuz edərək onları öz ibadətlərinə cəlb etmişdilər. Yehova uzun illər əvvəl bu barədə xalqını xəbərdar etmişdi (Çıx. 23:2).
NƏYƏ GÖRƏ BAŞQALARI BİZİM YERİMİZƏ QƏRAR VERMƏMƏLİDİR?
8. İsraillilərin başına gələnlərdən hansı dərsi götürürük?
8 İndicə baxdığımız nümunələrdən vacib bir dərs götürürük: heç kim başqasının əvəzinə qərar verməməlidir və düzgün qərar vermək istəyiriksə, Allahın Kəlamını yaxşı bilməliyik. Qalatiyalılara 6:5 ayəsində deyilir: «Hər kəs öz məsuliyyət yükünü daşıyacaq». Qərar vermək məsuliyyətini başqasının üstünə atmamalıyıq. Hər hansı məsələyə Yehovanın necə yanaşdığını şəxsən müəyyən etməli və buna uyğun qərar verməliyik.
9. Nəyə görə başqalarının əvəzimizə qərar verməsi təhlükəlidir?
9 Necə ola bilər ki, başqaları yerimizə qərar verər? Ətrafımızdakı insanlar bizi yanlış seçim etməyə sövq edə bilər (Məs. 1:10, 15). Bu təsir nə qədər güclü olsa da, Müqəddəs Kitaba əsasən tərbiyə olunmuş vicdanımızın səsinə qulaq asıb qərar vermək bizim öhdəmizə düşür. Əgər biz başqalarına bizim yerimizə qərar verməyə izin veririksə, demək olar ki, onlara qoşulmuş oluruq. Əslində, bunun özü də bir qərardır, amma bunun axırı pis qurtara bilər.
10. Həvari Bulus Qalatiyadakı məsihiləri nə barədə xəbərdar etmişdi?
10 Həvari Bulus Qalatiyadakı məsihiləri təsir altına düşmək təhlükəsi barədə xəbərdar etmişdi. (Qalatiyalılara 4:17 ayəsini oxuyun.) Yığıncaqda bəzi məsihilər yığıncaq üzvlərinin qərarlarına təsir etməyə çalışırdılar. Məqsəd onları həvarilərdən ayırmaq idi. Bu xudbin insanlar özlərinə şöhrət axtarırdılar. Onlar öz səlahiyyətlərini aşır və dindaşlarının qərar vermək ixtiyarına hörmətsizlik edirdilər.
11. Dindaşlarımız qərar verməli olanda onlara necə kömək edə bilərik?
11 Həvari Bulus bacı-qardaşların qərar 2 Korinflilərə 1:24 ayəsini oxuyun.) Bu gün ağsaqqallar bacı-qardaşlara seçim məsələsində məsləhət verəndə Bulusdan nümunə götürməlidir. Onlar yığıncaq üzvlərinə Müqəddəs Kitaba əsaslanan məlumat verməyə həmişə hazırdırlar, amma ehtiyatlı olmalıdırlar ki, onların yerinə qərar verməsinlər. Çünki bu qərarın nəticəsini bacı-qardaşlar özləri yaşayacaq. Buradan hansı nəticəni çıxarırıq? Biz başqalarına kömək etmək üçün Müqəddəs Kitab prinsiplərini və məsləhətlərini göstərə bilərik, amma unutmamalıyıq ki, qərar vermək onların öhdəsinə düşür. Beləcə, onlar düzgün qərar verəndə böyük fayda əldə edəcəklər. Deməli, biz heç vaxt ağlımızın ucundan belə keçirməməliyik ki, bacı-qardaşların yerinə qərar verməyə haqqımız çatır.
vermək hüququna hörmətlə yanaşırdı və bununla bizə gözəl nümunə qoyub. (HİSSLƏRƏ QAPILIB QƏRAR VERMƏYİN
12, 13. Hirsli olanda və ya ruhdan düşəndə qərar vermək nəyə görə təhlükəlidir?
12 Dünyada belə bir fikir geniş yayılıb: «Ürəyinin səsinə qulaq as». Amma bu, çox təhlükəlidir. Bir də ki bu fikir Müqəddəs Kitaba ziddir. Müqəddəs Kitab bizi qərar verəndə günahlı ürəyimizin və hisslərimizin təsirinə uymamağa təşviq edir (Məs. 28:26). Həmçinin Müqəddəs Kitabdan ürəyin səsinə qulaq asmağın acı nəticələr gətirdiyini görmək olar. Çünki qeyri-kamil olduğumuz üçün «ürək ən böyük xaindir, xatakardır» (Ərm. 3:17; 13:10; 17:9; 1 Pad. 11:9). Bəs ürəyimizin göstərdiyi yolla getsək, axırı nə olacaq?
13 Düzdür, Müqəddəs Kitabda buyrulur ki, məsihi Yehovanı bütün qəlbi ilə sevməli və başqasını özünü sevdiyi kimi sevməlidir (Mət. 22:37—39). Lakin hisslər bizim düşüncəmizi və hərəkətlərimizi idarə etməməlidir, çünki əvvəlki abzasda gətirilən ayələrdən göründüyü kimi bu, təhlükəlidir. Məsələn, hirsli vaxtımızda qərar verəndə axırı nə olur? Belə bir şey artıq başınıza gəlibsə, cavab sizə aydındır (Məs. 14:17; 29:22). Bəs ruhdan düşmüş insan necə, düzgün qərar verə bilər? (Say. 32:6—12; Məs. 24:10). Deməli, biz hisslərimizin yox, «Allahın Qanununun» qulu olmalıyıq, bu, ən ağıllı hərəkətdir (Rom. 7:25). Xülasə, hisslərə əsaslanıb qərar vermək aldanmaq deməkdir.
VERDİYİMİZ QƏRARI DƏYİŞMƏK OLAR?
14. Nəyə əsasən deyə bilərik ki, hərdən verdiyimiz qərarları dəyişmək normaldır?
14 Bəli, həyatda düzgün qərarlar vermək vacibdir. Ancaq bu o demək deyil ki, nə olur olsun, verdiyimiz qərarın üstündə dayanmalıyıq. Hərdən qərarlarımıza yenidən baxmaq, hətta onları dəyişmək lazım gələ bilər. Yehova Allah Yunus peyğəmbərin dövründə yaşayan neynəvalılarla rəftarı ilə bu sahədə gözəl nümunə qoyub. Yunus 3:10 ayəsində yazılıb: «Allah onların bu hərəkətini, pis yoldan əl çəkdiyini görəndə fikrindən daşındı və dediyi bəlanı onların başına gətirmədi». Yehova neynəvalıların tövbə etdiyini, düşüncə tərzini dəyişdiyini görəndə qərarını dəyişdi. Buradan Yehovanın hikmətli, həlim və mərhəmətli Allah olduğu görünür. Həmçinin insanlardan fərqli olaraq, Yehova qəzəbin təsiri altında, düşünülməmiş qərarlar vermir.
15. Hansı hallarda qərarı dəyişmək lazım gələ bilər?
1 Pad. 21:20, 21, 27—29; 2 Pad. 20:1—5). İkincisi, qərarımıza təsir edən yeni məlumat alanda. Misal üçün Davud padşaha Talutun nəvəsi Mefiboşet haqqında yanlış məlumat çatdırmışdılar. Amma padşah həqiqəti biləndə qərarını dəyişdi (2 İşm. 16:3, 4; 19:24—29). Lazım gələrsə, biz də eynən davranmalıyıq.
15 Bəs biz qərarlarımızı hansı hallarda dəyişə bilərik? Birincisi, vəziyyət dəyişəndə. Yehova da hərdən vəziyyətə görə qərarını dəyişirdi (16. a) Düzgün qərar vermək istəyiriksə, hansı məsləhətlərə əməl etməliyik? b) Verdiyimiz qərarları dəyişməyə nə zaman ehtiyac yarana bilər və buna necə yanaşmalıyıq?
16 Allahın Kəlamı bizə qərar verəndə tələsməməyi məsləhət görür (Məs. 21:5). Məsələ ilə bağlı bütün məlumatları götür-qoy etməyə vaxt ayırsaq, çox ehtimal ki, düzgün qərar verərik (1 Salon. 5:21). Məsələn, ailə başçısı qərar qəbul etməzdən öncə Müqəddəs Kitabı və nəşrlərimizi araşdırmaq üçün vaxt ayırmalı, həmçinin ailə üzvlərinin fikrini öyrənməlidir. Yadınızdadırsa, Yehova Allah İbrahim peyğəmbərə arvadının sözünə qulaq asmağı məsləhət görmüşdü (Yar. 21:9—12). Ağsaqqallar da araşdırma aparıb sonra qərar verməlidirlər. Onlar verdikləri qərara təsir edən yeni məlumat alanda qərarlarını dəyişməyə hazır olmalı, başqalarının gözündən düşəcəklərindən qorxmamalıdırlar. Dərrakəli və təvazökar ağsaqqal ehtiyac yarananda düşüncə tərzini və qərarını dəyişməyə hazır olmalıdır. Biz də belə ağsaqqallardan nümunə götürməliyik. Bunun sayəsində yığıncaqda sülh və nizam-intizam hökm sürər (Həv. 6:1—4).
VERDİYİNİZ QƏRARA UYĞUN YAŞAYIN
17. Bizə düzgün qərar verməyə nə kömək edə bilər?
17 Bəzi qərarlar digərlərinə nisbətən daha vacib olur. Bu cür qərarları verməzdən əvvəl daha çox fikirləşmək, dua etmək və təbii ki, daha çox vaxt sərf etmək lazımdır. Bəzən həyatda ciddi qərarlar verməli oluruq: ailə qurum-qurmayım, kiminlə ailə qurum, nə vaxt və necə tammüddətli xidmətə başlayım. Belə məsələlərdə Yehovaya tam güvənmək və Onun məsləhətinə əməl etmək vacibdir (Məs. 1:5). Bunun üçün ən gözəl məsləhətlərin mənbəyi olan Müqəddəs Kitaba üz tutmalı və Allahdan duada kömək istəməliyik. Əmin ola bilərik ki, Yehova bizə Onun iradəsinə uyğun qərarlar qəbul etmək üçün lazımi keyfiyyətlər verəcək. Vacib qərar verərkən özünüzdən soruşun: «Verdiyim qərar Yehovanı sevdiyimi göstərəcək? Ailəmə sevinc və sülh gətirəcək? Bundan səbirli və mehriban olduğum görünəcək?»
18. Nəyə görə Yehova seçimi bizim ixtiyarımıza buraxıb?
18 Yehova bizi Onu sevməyə və Ona xidmət etməyə məcbur etmir. Seçimi bizim ixtiyarımıza verib. Bizə iradə azadlığı bəxş etdiyi üçün Yehova ibadət məsələsində qərar vermək hüququmuza hörmətlə yanaşır (Yuş. 24:15; Vaiz 5:4). Amma O, bizdən Müqəddəs Kitaba əsasən verdiyimiz qərarlara uyğun yaşamağı tələb edir. Bəli, Yehovaya güvənmək və Onun məsləhətlərinə əməl etmək bizə düzgün qərarlar verməyə və qətiyyətli olmağa kömək edəcək (Yaq. 1:5—8; 4:8).