Yehova xalqına həyat yolunda bələdçilik edir
«Yol budur. Bu yolla get» (ƏŞY. 30:21).
NƏĞMƏ: 65, 48
1, 2. a) Hansı nişan çoxlarının həyatını xilas edib? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Allah xalqının həyatını qorumaq üçün nə edir?
«DAYAN, BAX, QULAQ AS». Bu sözlər saysız-hesabsız insanın həyatını xilas edib. Yüz il bundan əvvəl üstündə bu sözlər yazılan böyük nişanlar Şimali Amerikanın dəmir yol keçidlərində qoyulmuşdu. Məqsəd o idi ki, sürücülər dəmir yolunu keçəndə diqqətli olsunlar və sürətlə gələn qatar onları vurmasın. Bəli, həmin nişana diqqət yetirən insanlar həyatını qoruyurdu.
2 Yehova Öz xidmətçiləri üçün təhlükəsizlik nişanları qoymur, ondan da artığını edir. O, sanki, xalqının qarşısında durub onlara əbədi həyata aparan təhlükəsiz yolu göstərir. Üstəlik, sürüsünün qeydinə qalan çoban kimi, onları düzgün səmtə yönəldir və təhlükəli yollardan çəkindirir. (Əşiya 30:20, 21 ayələrini oxuyun.)
YEHOVA HƏMİŞƏ XALQINA YOL GÖSTƏRİB
3. Necə oldu ki, bəşər ailəsi ölümə aparan yolda yeriməyə başladı?
3 Tarix boyu Yehova həmişə insanlara düzgün yolu göstərib, onlara göstərişlər verib. Misal üçün, Ədən bağında Yehova Yar. 2:15—17). Adəmlə Həvva bu göstərişlərə tabe olsaydılar, aqibətləri acınacaqlı olmazdı, əzab-əziyyətlə dolu, axırı ölümlə bitən həyata qədəm qoymazdılar. Ancaq Allaha itaət etmək əvəzinə, Həvva şüursuz heyvanın sözünə qulaq asdı. Adəm də arvadına, fani insana qulaq asdı. Onların hər ikisi səmavi Atalarının rəhbərliyinə arxa çevirdi. Nəticədə bütün bəşər ailəsi ölümə aparan yolda yeriməyə başladı.
bəşər ailəsinin əbədi yaşayıb xoşbəxt olması üçün onlara aydın göstərişlər vermişdi (4. a) Nəyə görə Daşqından sonra yeni göstərişlərə ehtiyac yarandı? b) Yeni əmr Allahın baxışları barədə nəyi aydın şəkildə göstərdi?
4 Allah insanların həyatını hifz etmək üçün Nuha da göstərişlər vermişdi. Daşqından sonra Yehova qan yeməyi qadağan etdi. Nəyə görə buna ehtiyac var idi? Vəziyyət dəyişmişdi. Yehova insanlara heyvan əti yeməyə izin vermişdi. Buna görə də yeni rəhbərliyə ehtiyac yaranmışdı. Yehova belə bir əmr verdi: «Heyvanın ətini onun canı olan qanı ilə yeməyin» (Yar. 9:1—4). Bu əmr Allahın Ona məxsus olan həyata baxışını aydın şəkildə göstərdi. O, Yaradan və həyat Verəndir. Buna görə də, ixtiyar Sahibidir və həyatla bağlı qaydalar qoymağa haqqı var. Məsələn, O əmr etmişdi ki, heç kəs başqasının həyatına qəsd etməsin. Allahın gözündə həyat və qan müqəddəsdir. O, həyatla və qanla bağlı qanunlarını pozanlardan haqq-hesab tələb edəcək (Yar. 9:5, 6).
5. Bu məqalədə nəyi nəzərdən keçirəcəyik və nəyə görə?
5 Gəlin indi bir neçə nümunə əsasında baxaq görək Yehova sonrakı əsrlər boyunca xalqına necə yol göstərmişdi. Bu, yeni dünyaya aparan yolda Yehovanın ardınca getməyə bizi daha da əzmli edəcək.
YENİ XALQ, YENİ GÖSTƏRİŞLƏR
6. Nəyə görə Allah israillilərə qanunlar verdi və xalq bu qanunlara necə yanaşmalı idi?
6 Musanın günlərində davranışla, ibadətlə bağlı aydın göstərişlərə ehtiyac var idi. Yenə də səbəb vəziyyətin dəyişilməsi idi. İki əsrdən çox idi ki, Yaqubun övladları Misirdə əsarətdə yaşayırdılar. Misirlilər ölülərə, bütlərə ibadət edirdilər, Allaha ağır gedən əməllər edirdilər. Allahın xalqı Misir əsarətindən qurtulandan sonra onlara yeni qayda-qanunlar vermək lazım idi. Onlar artıq kölə kimi yox, yalnız Yehovanın Qanunu altında azad bir xalq kimi yaşayacaqdı. Bir elmi əsərdə deyilir ki, ibrani dilində «qanun» sözü «istiqamətləndirmək, yol göstərmək, nəsihət vermək» mənasını daşıyan sözün kökündən əmələ gəlib. Musanın Qanunu israilliləri hasar kimi ətraf xalqların əxlaqsızlığından və yalan etiqadlarından qoruyurdu. İsraillilər Yehovaya qulaq asanda Yehova nemətlərini onların başından tökürdü. Ancaq Onun sözünə məhəl qoymayanda lənətə düçar olurdular. (Qanunun təkrarı 28:1, 2, 15 ayələrini oxuyun.)
7. a) Başqa hansı səbəbə görə Yehova xalqına göstərişlər verdi? b) Qanun İsrail üçün hansı mənada tərbiyəçi oldu?
7 Başqa bir səbəbə görə də yeni göstərişlərə ehtiyac var idi. Musanın Qanunu xalqı Yehovanın niyyətində vacib bir məqama — Məsihin gəlişinə hazırladı. Qanun israillilərə günahlı olduqlarını xatırlatdı. Həmçinin onlara fidyəyə — günahı tam örtən kamil qurbana ehtiyacları olduğunu aşıladı (Qal. 3:19; İbr. 10:1—10). Bundan başqa, Qanun Məsihin törəyəcəyi nəsil şəcərəsini qorudu və israillilərə kömək etdi ki, Məsih gələndə onu tanıya bilsinlər. Bəli, Qanun Məsihə aparan müvəqqəti tərbiyəçi rolunu oynadı (Qal. 3:23, 24).
8. Nəyə görə biz Musanın Qanununun əsasında duran prinsipləri rəhbər tutmalıyıq?
8 Biz məsihilər də İsrail xalqına verilən Qanundakı göstərişlərdən faydalana bilərik. Biz «dayanıb» Qanunun təməlində duran prinsiplərə «baxmalıyıq». Biz bu gün həmin qanunların tabeliyində olmasaq da, gündəlik həyatımızda və müqəddəs Yehova Allaha ibadətimizdə onların çoxu bizə etibarlı bələdçi ola bilər. Yehova bu qanunları ona görə Müqəddəs Kitabda yazdırıb ki, biz onlardan özümüzə dərs götürək, onların əsasında duran prinsipləri həyatımızda rəhbər tutaq, həmçinin məsihilərə daha üstün dəyərlərin aşılandığını başa düşək. «Qulaq asın» görün İsa Məsih nə demişdi: «“Zina etmə” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur». Beləliklə, biz nəinki zinadan, hətta şəhvani fikir və arzulardan da uzaq durmalıyıq (Mət. 5:27, 28).
9. Nəyə görə yeni göstərişlərə ehtiyac yarandı?
9 Məsih gələndən sonra yeni göstərişlərə, Yehovanın niyyəti ilə bağlı yeni təfərrüatların açıqlanmasına ehtiyac yarandı. Yenə də səbəb vəziyyətin dəyişməsi idi. Eramızın 33-cü ilində Yehova İsrail xalqını rədd edib məsihi yığıncağını Özünə xalq seçdi.
YENİ RUHANİ XALQ ÜÇÜN GÖSTƏRİŞLƏR
10. Nəyə görə məsihi yığıncağına yeni qanunlar verildi və bu qanunlar israillilərə verilən qanunlardan necə fərqlənirdi?
10 Birinci əsrdə məsihi yığıncağında cəm olan Allahın xalqına ibadət və davranışla bağlı yeni və ətraflı göstərişlər verildi. Allahın bu sadiq xidmətçiləri yeni əhdə daxil idilər. Musanın Qanunu bir xalqa — İsrail xalqına verilmişdi. Ruhani İsrail isə milliyyəti və mənşəyi müxtəlif olan insanlardan təşkil olunmuşdu. Həqiqətən də, «Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (Həv. 10:34, 35). Musanın Qanunu daş üzərinə həkk olunmuşdu və Vəd olunmuş diyarda israillilərə yol göstərirdi. Ruhani İsrailə isə Məsihin qanunu verilmişdi. Bu qanun ürəklərə həkk olunmuş prinsiplərə əsaslanmışdı. Məsihilər harada yaşayırlar-yaşasınlar, Məsihin qanununa riayət edib faydasını görə bilərdilər (Qal. 6:2).
11. Məsihin qanunu məsihi həyatının hansı iki sahəsini əhatə edir?
11 Allahın Öz Oğlu vasitəsilə verdiyi rəhbərlik ruhani İsrailə böyük fayda gətirmişdi. Yeni əhd qüvvəyə minməzdən əvvəl İsa iki mühüm əmr vermişdi. Onlardan biri təbliğ işi ilə əlaqədar idi. İkincisi isə məsihilərin davranışı və bir-biri ilə rəftarı ilə əlaqədar idi. Bu göstərişlər bütün məsihilər üçün verilmişdi. Beləliklə, onlar göydə və ya yerdə yaşamağa ümid etmələrindən asılı olmayaraq, bütün məsihilərə aiddir.
12. Təbliğ işində hansı yenilik var idi?
12 Gəlin İsanın öz davamçılarına tapşırdığı təbliğ işinə baxaq. Müjdəni təbliğ etməyin üsulu, həmçinin bu işin miqyası yeni bir şey idi. Əvvəlki əsrlərdə digər xalqlardan olan adamlar Yehovaya ibadət etmək üçün özləri İsrailə gəlirdilər (1 Pad. 8:41—43). İsa Mətta 28:19, 20 ayələrində yazılan əmri verənə qədər bu, belə davam etmişdi. (Ayələri oxuyun.) Ancaq İsa şagirdlərinə tapşırdı ki, özləri gedib bütün xalqlara təbliğ etsinlər. Eramızın 33-cü ilində baş verən hadisədən ilk dəfə aydın oldu ki, Yehova yeni üsula keçib, yəni müjdənin ümumdünya miqyasında təbliğ edilməsini niyyət edib. Həmin gün yeni yığıncağın təxminən 120 üzvü Allahın müqəddəs ruhu ilə doldu və möcüzəvi surətdə müxtəlif dillərdə danışıb yəhudi və prozelitlərə təbliğ etdi (Həv. 2:4—11). Bir müddətdən sonra müjdəni səməriyyəlilərə çatdırdılar. Eramızın 36-cı ilində isə təbliğ sahəsi daha da genişləndi, müjdə sünnətsiz qeyri-yəhudilərə təbliğ olunmağa başlandı. Beləliklə, təbliğ işi «yəhudi» sərhədini aşıb bəşər aləmini ağuşuna aldı.
13, 14. a) İsanın yeni əmrinə nə daxildir? b) İsanın qoyduğu nümunədən nə öyrənirik?
13 İndi gəlin həmimanlılarımızla rəftarımıza baxaq. İsa «yeni bir əmr» vermişdi. (Yəhya 13:34, 35 ayələrini oxuyun.) Həmin əmrə əsasən, biz sadəcə adi məsələlərdə bir-birimizə sevgi göstərməklə kifayətlənməməliyik, qardaşlarımız uğrunda canımızdan belə keçməyə hazır olmalıyıq. Musanın Qanununda bu məqam yox idi (Mət. 22:39; 1 Yəh. 3:16).
14 Bu sahədə ən möhtəşəm nümunəni İsa Məsih qoyub. O, şagirdlərini fədakar məhəbbətlə sevirdi. Bu sevgisinə görə, onların uğrunda canından keçməli idi. İsa bunu etməyə hazır idi. O, şagirdlərindən də eyni şeyi gözləyirdi. Bu gün bizdən də bunu gözləyir. Biz bacı-qardaşlarımız uğrunda hər bir cəfaya dözməli, lazım gələrsə, canımızdan da keçməliyik (1 Salon. 2:8).
BU GÜNÜMÜZ VƏ SABAHIMIZ ÜÇÜN GÖSTƏRİŞLƏR
15, 16. Biz indi hansı yeni vəziyyətlərlə üzləşmişik və Allah bizə necə yol göstərir?
15 İsa Məsih davamçılarını vaxtlı-vaxtında ruhani qida ilə təmin etmək üçün sadiq və ağıllı nökər təyin edib (Mət. 24:45—47). Bu qidanın bir hissəsi də odur ki, yeni vəziyyətlərdə Allahın xalqına mühüm göstərişlər verilir. Hansı yeni vəziyyətdən söhbət gedir?
16 Müqəddəs Kitabda bizim zəmanə «axırzaman» adlanır. Qarşıda isə indiyədək görülməmiş böyük müsibət olacaq (2 Tim. 3:1; Mark 13:19). Üstəlik, Şeytan və cinlər göydən qovularaq yerin hüdudlarına məhkum olunublar. Məhz elə buna görədir ki, yer üzünün sakinləri miskin haldadır (Vəhy 12:9, 12). Həmçinin bizə təbliğ işini görülməmiş miqyasda icra etmək tapşırılıb. Biz də itaət edərək bütün dünyada daha çox insana və daha çox dildə müjdəni təbliğ edirik.
17, 18. Verilən göstərişlərə necə münasibət göstərməliyik?
17 Biz Yehovanın təşkilatının təqdim etdiyi təbliğ vəsaitlərindən istifadə etməliyik. Siz onlardan istifadə edirsiniz? Yığıncaq görüşlərində bu vəsaitlərdən effektiv surətdə istifadə etməyə dair göstərişlər verilir. Siz bu göstərişlərə riayət edirsiniz? Onlara Allahdan gələn göstərişlər kimi baxırsınız?
18 Allahın xeyir-duasını qazanmaq üçün biz yığıncaq vasitəsilə verilən bütün göstərişlərə diqqət yetirməliyik. İndidən itaətkar olsaq, Şeytan dünyasının məhv ediləcəyi böyük müsibət zamanı da göstərişlərə əməl edəcəyik (Mət. 24:21). Ondan sonra Şeytanın təsirindən tamamilə azad olan yeni dünyada yaşamaq üçün yeni göstərişlərə ehtiyac olacaq.
19, 20. Hansı tumarlar açılacaq və bunun sayəsində nə mümkün olacaq?
Vəhy 20:12 ayəsini oxuyun.) Çox ehtimal ki, bu tumarlarda Yehovanın həmin vaxt bəşəriyyət üçün olan tələbləri yazılacaq. Bütün insanlar, o cümlədən dirilənlər bu tumarları öyrənib Allahın iradəsi ilə tanış olacaqlar. Bu tumarlar bizə Yehovanın düşüncə tərzini daha dərindən anlamağa kömək edəcək. Allahın Kəlamını daha yaxşı başa düşdükcə, eyni zamanda yeni tumarlarda yazılanları öyrəndikcə cənnətin bütün sakinləri bir-birilə məhəbbətlə, hörmət və ləyaqətlə rəftar edəcəklər (Əşy. 26:9). Təsəvvür edin, Padşah İsa Məsihin rəhbərliyi altında necə maarifləndirmə işi həyata keçiriləcək!
19 Musanın dövründə İsrail xalqının yeni göstərişlərə ehtiyacı var idi. Buna görə də Allah Musanın vasitəsilə onlara Qanun verdi. Məsihi yığıncağına isə Məsihin qanunu verildi. Müqəddəs Kitabda deyilir ki, yeni dünyada da bizə göstərişlər vermək üçün tumarlar açılacaq. (20 Tumarlarda yazılanlara əməl edənlərə əbədi həyat veriləcək. Yehova sonuncu sınaq zamanı Ona sadiq qalanların adını əbədilik həyat kitabına yazacaq. Bizim də adımız ora yazıla bilər. Əgər biz DAYANIB Allahın Kəlamını oxusaq, BAXIB bizim üçün hansı məna kəsb etdiyini anlasaq, QULAQ ASIB Allahın göstərişlərinə indi tabe olsaq, böyük müsibətdən sağ çıxmağa, dərin hikməti, bol məhəbbəti olan Allahımız Yehova haqqında əbədiyyən öyrənməyə ümid edə bilərik (Vaiz 3:11; Rom. 11:33).