ÜZ QABIĞINDA | Yaşamağa dəyərmi?
Ümid var
«Həlimlər yer üzünü mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq» (MƏZMUR 37:11).
Müqəddəs Kitabda əbəs yerə deyilmir ki, «insanın ömrü azdır, həyatı sıxıntı ilə doludur» (Əyyub 14:1). Yaşadığımız dövrdə hamının başına hər cür bəla gəlir. Bəzi adamlar həyatdan ümidlərini tamamilə üzüblər, sanki, üfüqdə heç bir işıq yoxdur. Siz də belə fikirləşirsiniz? Onda əmin olun ki, Müqəddəs Kitab nəinki sizə, hətta bütün bəşəriyyətə gözəl bir ümid verir. Məsələn:
-
Müqəddəs Kitabda deyilir ki, Yehova Allah bizim üçün daha yaxşı həyat hazırlayıb (Yaradılış 1:28).
-
O vəd edir ki, yer üzünü Cənnətə çevirəcək (Yeşaya 65:21—25).
-
Bu vəd hökmən yerinə yetəcək. Vəhy 21:3, 4 ayələrində deyilir:
«Allahın çadırı insanlarladır və O, insanlarla yaşayacaq, onlar da Allahın xalqı olacaqlar. Allah Özü onlarla olacaq. Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq, çünki əvvəlki şeylər keçib getdi».
Bu, sadəcə həyatakeçməz bir xülya deyil. Yehova Allah bu vədi gerçəkləşdirmək niyyətində qəti qərarlıdır və bunu etmək iqtidarındadır. Müqəddəs Kitabın verdiyi ümid etibarlıdır və «Yaşamağa dəyərmi?» sualına konkret cavabdır.
YADDA SAXLAYIN: bəzən özünüzü coşğun dənizin atıb-tutduğu qayıq kimi hiss etsəniz də, Müqəddəs Kitabın verdiyi ümid bir lövbər kimi sizi sabit vəziyyətdə saxlayacaq.
BU GÜN NƏ EDƏ BİLƏRSİNİZ? Müqəddəs Kitabda gələcəyə dair verilən etibarlı vədi araşdırmağa başlayın. Yehovanın Şahidləri böyük məmnuniyyətlə sizə kömək edərlər. Yaşadığınız ərazidə onlarla əlaqə saxlaya, ya da rəsmi jw.org saytlarına daxil ola bilərsiniz *.
^ abz. 11 Tövsiyə: jw.org saytının NƏŞRLƏR >ONLAYN KİTABXANA bölməsinə daxil olun. Burada siz «depressiya» və ya «intihar» sözlərini «AXTAR» çərçivəsinə daxil edərək sizə köməyi dəyəcək əlavə məlumat tapacaqsınız.