Müqəddəs Kitabın cavabı
Elə bir gün gələcəkmi ki, dünyada sülh və əmin-amanlıq olsun?
Bu barədə nə deyərdiniz?
Bəli
Xeyr
Ola bilsin
Müqəddəs Kitabda deyilir:
Bir gün Allah dünyanı cənnətə döndərəcək, onda «ay durduqca hər yanda sülh olacaq» (Zəbur 72:7).
Müqəddəs Kitabda daha nə deyilir?
Allah-Taala yer üzündən şər insanların kökünü kəsəcək, o zaman saleh insanlar «əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:10, 11).
Xudavənd bütün dünyada müharibələrə son qoyacaq (Zəbur 46:8, 9).
Bu dünyada qəlb rahatlığı tapmaq mümkündür?
Bəzi insanlar düşünür ki, əzab-əziyyət və haqsızlıqla dolu olan bu dünyada qəlb rahatlığı tapmaq mümkün deyil. Siz bu barədə nə deyərdiniz?
Müqəddəs Kitabda deyilir:
Allaha yaxın olan insanlar bu keşməkeşli dünyada belə, rahatlıq tapa bilər, çünki Allah onlara «hər bir ağıldan üstün olan sülhü»nü verir (Filippililərə 4:6, 7).
Müqəddəs Kitabda daha nə deyilir?
Allah-Taala vəd edir ki, zülm-sitəmi və ədalətsizliyi aradan qaldıracaq (Vəhy 21:4, 5).
Hər bir insanın Allaha ehtiyacı var və bu ehtiyacı təmin edən insanlar qəlb rahatlığı tapır (Mətta 5:3).