Nur kimi parlayıb Yehovanı şərəfləndirin
«Qoy sizin də nurunuz insanların qarşısında parlasın ki, onlar... göydəki Atanızı mədh etsinlər» (MƏT. 5:16).
1. Sevinmək üçün hansı əsaslı səbəbimiz var?
NECƏ də xoşdur ki, Yehovanın xidmətçilərinin sayı ilbəil artır! Bu, Allahın xalqının nur kimi parladığını göstərir. Ötən il Müqəddəs Kitabı öyrənənlərin sayı 10 000 000-dan çox olmuşdur. Həmçinin anma mərasiminə qatılan milyonlarla insanın Allahın məhəbbətinin təcəssümü olan fidyə haqda öyrənmək imkanı olmuşdur (1 Yəh. 4:9).
2, 3. a) Nur kimi parlamağımıza nə mane ola bilər? b) Mətta 5:14—16 ayələri əsasında nəyi müzakirə edəcəyik?
2 Bütün dünyada yaşayan Yehovanı Şahidləri müxtəlif xalqlara və müxtəlif dillərə mənsubdurlar. Lakin bu, onlara bir ailə kimi Yehova Allahın adını ucaltmağa mane olmur (Vəhy 7:9). Ana dilimiz, yaşadığımız məkan fərqli olsa da, hamımız bu dünyada nur kimi parlaya bilərik (Filip. 2:15).
3 Daha çox insanın həqiqətə hay verməsi, aramızdakı birlik, həmçinin oyaq qalmağa çalışmağımız Yehovaya şərəf gətirir. Gəlin görək bu sahələrdə nurumuzun parlaması üçün nə edə bilərik. (Mətta 5:14—16 ayələrini oxuyun.)
İNSANLARI HƏQİQƏT YOLUNA DƏVƏT EDƏK
4, 5. a) Təbliğ etməklə yanaşı, nurumuzun parlaması üçün daha nə edə bilərik? b) Mehriban davranışımız hansı bəhrələr gətirə bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)
4 «Yaşadığımız bu axırzamanda nurunun parlamasına yol verməyən heç kəs Ağaya sadiq qala bilməz». Bu sözlər «Gözətçi qülləsi»nin 1925-ci il 1 iyun sayında dərc olunan «Zülmətdə şəfəq saçan nur» adlı məqalədə yazılmışdır. Məqalədə sonra növbəti izahat gətirilir: «Nurun parlaması üçün insan xoş xəbəri hər kəslə bölüşməli və Yehovanın saleh qanunlarına əsasən yaşamalıdır». Gördüyümüz kimi, nurumuzun parlamasının bir yolu xoş xəbəri təbliğ edib şagird hazırlamaqdır (Mət. 28:19, 20). Bundan əlavə, biz öz davranışımızla da Yehovanın adını ucalda bilərik. Təbliğ edərkən insanlar bizə fikir verir. Xoş təbəssüm, mehribancasına salamlaşmaq həm özümüz, həm də ibadət etdiyimiz Allah haqda çox şey deyir.
5 İsa Məsih demişdi: «Bir evə girəndə ev sakinlərini salamlayın» (Mət. 10:12). İsanın və həvarilərinin təbliğ etdiyi ərazilərdə yad insanı evə dəvət etmək normal hal idi. Bu gün bir çox ərazidə belə adət yoxdur. Hətta çoxları qapıda yad insanı görəndə narahat olur və ya əsəbiləşir. Bununla belə, gülərüz və səmimi şəkildə gəlişimizin məqsədini izah etməyimiz ev sakinin narahatlığını azalda və hirsini yatıra bilər. Xoş təbəssüm söhbətə ən gözəl başlanğıcdır. Ədəbiyyat arabaları ilə ictimai şahidlik verən bacı-qardaşlar da insanları gülərüzlə və mehribancasına salamlayanda onların yaxınlaşıb ədəbiyyat götürməyə daha meyilli olduqlarını müşahidə edirlər. Xoş rəftarımız sayəsində insanlarla söhbətə başlamaq da mümkün ola bilər.
6. Bir yaşlı ər-arvad xidmətlərini necə genişləndirib?
6 İngiltərədə yaşayan bir yaşlı ər-arvad səhhətlərində olan problemlərə görə ev-ev təbliğdə əvvəlki qədər iştirak edə bilmirdi. Onlar öz nurlarını parlatmaq üçün evlərinin qarşısında ədəbiyat masası qoymaq qərarına gəlirlər. Məktəbin yaxınlığında yaşadıqlarına görə bu ədəbiyyatlar uşaqlarını evə aparmağa gələn valideynlərin diqqətini çəkir. Bəziləri yaxınlaşıb «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının birinci və ikinci cildini, həmçinin digər broşürləri götürür. Bu ər-arvadla eyni yığıncaqda xidmət edən bir öncül bacı bu xidmət növündə onlara qoşulur. Bacının xoş rəftarı və yaşlı ər-arvadın göstərdiyi canyananlıq bir valideyni Müqəddəs Kitab dərsinə başlamağa təşviq edib.
7. Ərazinizə təzə köçən insanlara necə kömək edə bilərsiniz?
7 Son illər dünyanın bir çox ölkələrində qaçqınların sayı artıb. Bəs siz qaçqınlara Yehova Allah və Onun niyyəti barədə öyrənməyə necə kömək edə bilərsiniz? İlk növbədə, salamlamaq üçün onların dilində bir neçə söz öyrənmək olar. Bu sahədə sizə «JW Language» tətbiqetməsinin köməyi dəyə bilər. Oradan siz həmçinin insanların marağına səbəb olacaq bir-iki cümlə öyrənə bilərsiniz. Bundan əlavə, onları jw.org saytına yönəldərək öz dillərində olan video və nəşrləri göstərə bilərsiniz (Qan. 10:19).
8, 9. a) Həftəarası ibadət görüşlərimizdə hansı köməyi alırıq? b) Valideynlər uşaqlarına görüşlərdə iştirak etməyə necə kömək edə bilər?
8 Təbliğ xidmətində daha səriştəli olmağımız üçün Yehova «Məsihi həyatı və ibadəti» görüşü vasitəsilə bizi təlimləndirir. Görüşdə aldığımız praktiki məsləhətlər
sayəsində daha inamla təkrar söhbət edir və Müqəddəs Kitab dərsi keçirik.9 Yığıncağa yeni gələnlər ibadət görüşlərimizdə uşaqların da iştirak etdiyinə fikir verirlər. Əziz valideynlər, uşaqlarınıza öz sözləri ilə şərh verməyi öyrədərək nur kimi parlamalarına kömək edin. Yığıncağa yeni gələnlərdən bəziləri məhz uşaqların verdiyi sadə, səmimi cavablardan sonra həqiqəti qəbul etmişdi (1 Kor. 14:25).
BİRLİYƏ CAN ATAQ
10. Ailəvi ibadət birliyə necə töhfə verir?
10 Nurumuzun parlaması üçün biz həmçinin ailədə və yığıncaqda birliyə can atmalıyıq. Məsələn, valideynlər müntəzəm ailəvi ibadət keçirməklə buna nail ola bilər. Bəzi ailələr JW televiziyasının aylıq proqramını ailəvi ibadətlərinə daxil edirlər. Misal üçün, proqrama baxdıqdan sonra oradakı fikirləri həyatınızda necə tətbiq edə biləcəyinizi müzakirə etmək olar. Ailəvi ibadəti keçirən valideyn unutmamalıdır ki, uşaqlara və gənclərə verilən öyüd bir-birindən fərqlənməlidir. Ailəvi ibadətdən hər kəsin fayda əldə etməsi üçün əlinizdən gələni edin (Zəb. 148:12, 13).
11—13. Yığıncağın birliyinə töhfə verərək başqalarının nur kimi parlamasına hər birimiz necə kömək edə bilərik?
11 Hətta gənclər də yığıncağın birliyinə töhfə verə bilər. Bu yolla onlar başqalarının da nur kimi parlamasına kömək edəcək. Əziz məsihi gənclər, niyə də yaşlılara diqqət göstərməyi qarşınıza məqsəd qoymayasınız? Məsələn, onlardan xidmətdə keçirdikləri illər barədə danışmalarını xahiş edə bilərsiniz. Siz onlardan çox şey öyrənəcəksiniz. Bu, həm sizi, həm də onları ruhlandıracaq. Bundan başqa, yaşımızdan asılı olmayaraq, hər birimiz ibadət evinə gələnləri salamlamağı vərdiş halına çevirə bilərik. Bu, yığıncaqda birliyə səbəb olacaq və yeni gələnləri nur kimi parlamağa təşviq edəcək. Çox şey etmək lazım deyil, gələn qonaqları gülərüzlə salamlayın, əyləşməsi üçün yer göstərin, başqaları ilə tanış edin. Onda onlar özlərini rahat hiss edəcək.
12 Təbliğ görüşünü aparan qardaş yaşlı bacı-qardaşların xidmətdə iştirak etməsi üçün müəyyən tədbirlər görə bilər. Əziz qardaşlar, onlara rahat olan sahələrinin Lav. 19:32).
olub-olmadığı ilə maraqlanın. Bəzi hallarda xidmətə çıxmaları üçün onlara fiziki cəhətdən kömək edə biləcək cavan əməkdaşlar təyin edə bilərsiniz. Səhhətlərinə və vəziyyətlərinə görə xidmətdə çox iştirak edə bilməyən dindaşlarınıza anlayış göstərin. Sizin qayğıkeş və diqqətcil olmağınız cavanları və yaşlıları, təcrübəli və təcrübəsiz olanları xoş müjdəni canla-başla yaymağa təşviq edəcək (13 Məzmurçu şövqlə demişdi: «Nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» (Zəbur 133:1, 2 ayələrini oxuyun.) Birgə ibadət etmələri sayəsində israillilər bir-birinə müsbət təsir göstərirdilər. Məzmurçu bu birliyi xoş ətirli və təravət gətirən yağa bənzətmişdi. Biz də bacı-qardaşlarımıza mehriban münasibətimizlə təravət gətirə bilərik. Bu, yığıncaqda birliyə təkan verəcək. Əgər bu cür davranırsınızsa, əhsən sizə! Bəs ürəyinizi geniş açıb daha çox dindaşınızla yaxın münasibət qurmağı qarşınıza məqsəd qoya bilərsiniz? (2 Kor. 6:11—13).
14. Yaşadığınız ərazidə nur kimi parlamağa necə can ata bilərsiniz?
14 Yaşadığınız ərazidə Müqəddəs Kitab həqiqətinin daha gur parlaması üçün nə edə bilərsiniz? Xoş sözləriniz və xeyirxah əməlləriniz qonşularınızda həqiqətə maraq oyada bilər. Özünüzdən soruşun: «Qonşularım məni necə insan kimi tanıyır? Ev-eşiyimi təmiz və səliqəli saxlayıram? Xeyrə-şərə yarayan qonşuyam?» Bacı-qardaşlarla söhbət edərkən onların xeyirxahlıqlarının və nümunəvi davranışlarının qonşularına, qohumlarına, iş və məktəb yoldaşlarına necə təsir etdiyini soruşun. Əminik ki, onlar sizə çoxlu maraqlı hadisələr danışacaq (Efes. 5:9).
OYAQ QALAQ
15. Nə üçün oyaq qalmaq çox vacibdir?
15 Nurumuzun daima parlaq olmasını istəyiriksə, hansı dövrdə yaşadığımızı unutmamalıyıq. İsa Məsih davamçılarına dönə-dönə «oyaq qalın» demişdi (Mət. 24:42; 25:13; 26:41). Əgər biz böyük müsibətə çox qaldığını, bizim dövrümüzdə gəlməyəcəyini düşünürüksə, təbliğ işinin nə qədər təcili olduğunun fərqinə varmayacağıq (Mət. 24:21). Nurumuz daha gur parlamaq əvəzinə, getdikcə zəifləyə və hətta sönə bilər.
16, 17. Oyaq qalmaq üçün nə edə bilərik?
16 Yaşadığımız axırzamanda vəziyyət günü gündən pisləşdiyi üçün oyaq qalmaq indi daha vacibdir. Yehova düz təyin etdiyi vaxtda hərəkətə keçəcək, buna şübhə yoxdur! (Mət. 24:42—44). Bu vaxta qədər səbir göstərib oyaq qalmaq lazımdır. Müqəddəs Kitabı hər gün oxuyun və duaya həmişə önəm verin (1 But. 4:7). Oyaq qalaraq illərdir nur kimi parlayan bacı-qardaşların nümunəsindən örnək alın. Məsələn, «Gözətçi qülləsi»nin 2012-ci il 15 aprel sayının 18—21-ci səhifələrində yerləşən «Artıq yetmiş ildir ki, yəhudinin ətəyindən yapışmışam» adlı məqaləsində belə bir məsihinin həyat hekayəsi yer alır.
17 Qoy vaxtınızın çoxu Yehovaya ibadətdə keçsin. Başqalarına yaxşılıq edin, bacı-qardaşlarla vaxt keçirin. Bu, sizə böyük sevinc bəxş edəcək və vaxtın necə keçdiyini hiss etməyəcəksiniz (Efes. 5:16). Ötən əsrdə bacı-qardaşlarımız xidmətə can qoymuş və çox şeyə nail olmuşdular. Lakin bu gün Yehovanın qüdrətli əli altında biz daha böyük işlər həyata keçiririk. Yehovanın işi ağlasığmaz dərəcədə irəliləyib! Bəli, nurumuz şölə saçır!
18, 19. Ağsaqqallar bizə oyaq qalmağa və fəal olmağa necə kömək edə bilərlər? Nümunə əsasında izah edin.
Efeslilərə 4:8, 11, 12 ayələrini oxuyun.) Odur ki, ağsaqqallar sizə baş çəkəndə fürsətdən istifadə edib onların biliyindən, verdiyi məsləhətlərdən faydalanmağa çalışın.
18 Çoxlu səhvlərə yol versək də, Yehovanın ibadətimizi qəbul etdiyini bilmək çox xoşdur. Bizə kömək etmək üçün Yehova «insan timsalında hədiyyələr», yəni ağsaqqallar verib. (19 İngiltərədə bir ər-arvad ailələrindəki problemlə bağlı ağsaqqallardan kömək istəyir. Bacı ərinin Yehovaya ibadətdə başçılığı üzərinə götürmədiyinə görə narahat idi. Qardaş isə öyrətmək qabiliyyətinin zəif olduğunu deyir və müntəzəm olaraq ailəvi ibadət keçirmədiyini etiraf edir. Bu ailəni ziyarət edən iki ağsaqqal onların diqqətini İsa Məsihin nümunəsinə yönəldir. Onlar qardaşa Məsihin şagirdlərinin qeydinə qalması və onların tələbatlarını nəzərə alması barədə düşünməyi məsləhət görür. Bacını isə, Məsih kimi səbirli olmağa təşviq edir. Ağsaqqallar həmçinin bu ər-arvada iki uşaqları ilə birgə ailəvi ibadət keçirməklə bağlı praktiki məsləhətlər verir (Efes. 5:21—29). Bir müddət sonra ərin çalışqanlığını görərək ağsaqqallar onu tərifləyir, həmçinin onu təslim olmamağa və yaxşı ailə başçısı olmaq üçün Yehovanın müqəddəs ruhuna arxalanmağa təşviq edir. Qardaşların qayğısı və dəstəyi bu ailəyə nur saçmağa kömək elədi.
20. Nur kimi parlamağın sayəsində nə əldə edəcəksiniz?
20 Məzmurçu oxuyurdu: «Nə xoşbəxtdir Yehovadan qorxan, Onun yolları ilə yeriyən insan!» (Zəb. 128:1). İnsanları Allaha ibadət etməyə səsləyin, davranışınızla birliyə töhfə verin və oyaq qalmağa çalışın. Onda nur kimi parlayacaq və əsil xoşbəxtliyə nail olacaqsınız. İnsanlar da yaxşı işlərinizi görüb göydəki Atamızı mədh etmək istəyəcəklər (Mət. 5:16).