Gələcək haqqında həqiqət
Heç düşünmüsünüz, görəsən, gələcək necə olacaq? Müqəddəs Kitabda deyilir ki, tezliklə dünyada mühüm hadisələr baş verəcək və bu, bütün insanlara təsir edəcək.
İsa Məsih açıqlamışdı ki, Allahın Padşahlığının yaxın olduğunu necə bilmək olar (Luka 21:31). O demişdi ki, digər şeylərlə yanaşı böyük miqyasda müharibələr, güclü zəlzələlər, qıtlıqlar, xəstəliklər olacaq. Bu gün bunların hamısının şahidi oluruq (Luka 21:10—17).
Müqəddəs Kitabda həmçinin deyilir ki, axırzamanda, yəni insan hakimiyyətinin son günlərində insanlar korlanacaq. Bu barədə 2 Timutiyə 3:1—5 ayələrindən oxuya bilərsiniz. Yəqin bu gün insanların davranışını, xasiyyətini müşahidə edəndə görürsünüz ki, Müqəddəs Kitabda yazılan bu sözlər yerinə yetir.
Bəs bu bizim üçün hansı əhəmiyyəti daşıyır? Tezliklə Allahın Padşahlığı yer üzündə böyük dəyişikliklər edəcək və insanlara firavan həyat bəxş edəcək (Luka 21:36). Müqəddəs Kitabda Allah Yer kürəsilə və insanlarla bağlı gözəl şeylər vəd edir. Gəlin bu vədlərdən bəzilərinə nəzər salaq.
MÜKƏMMƏL HÖKUMƏT
«Ona [İsaya] hakimiyyət, şərəf və padşahlıq verildi ki, ümmətlər, xalqlar və bütün dillərə mənsub olanlar ona qulluq etsin. Onun hakimiyyəti sona yetməyəcək əbədi hakimiyyətdir, padşahlığı əsla dağılmayacaq» (DƏNYAL 7:14).
Mənası: Siz Allahın təsis etdiyi, Padşahı İsa olan ümumdünya hökumətin başçılığı altında firavan yaşaya bilərsiniz.
MÜKƏMMƏL SAĞLAMLIQ
«Heç bir sakin “xəstəyəm” deməyəcək» (ƏŞİYA 33:24).
Mənası: Siz heç vaxt xəsətlənməyəcəksiniz, heç bir qüsurunuz olmayacaq. Ölüm qorxusu olmadan yaşayacaqsınız.
SÜLH VƏ ƏMİN-AMANLIQ
«Yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir» (ZƏBUR 46:9).
Mənası: Müharibə qorxusu, müharibənin vurduğu ağrı-acı olmayacaq.
YER ÜZÜNDƏ YAXŞI İNSANLAR YAŞAYACAQ
«Artıq pis adam olmayacaq... Həlimlər yer üzünə sahib olacaq» (ZƏBUR 37:10, 11).
Mənası: Yer üzündə pis insanlar olmayacaq, yalnız Allaha itaət edən insanlar yaşayacaq.
YER KÜRƏSİ CƏNNƏT OLACAQ
«Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək» (ƏŞİYA 65:21, 22).
Mənası: Bütün Yer kürəsi gözəl olacaq. Dualarımıza cavab olaraq Allahın iradəsi yerdə yerinə yetəcək (Mətta 6:10).