TƏLİM MƏQALƏSİ 16
Dinləyin, tanıyın, şəfqət göstərin
«Bəsdirin səthi mühakimə etdiniz, ədalətlə mühakimə edin» (YƏH. 7:24).
NƏĞMƏ 101 Birlik içində yaşayaq
İCMAL *
1. Müqəddəs Kitab Yehova haqqında hansı təsəlliverici həqiqəti açıqlayır?
İSTƏYƏRDİNİZ Kİ, insanlar sizin haqqınızda dərinizin rəngi, üz quruluşunuz, yaxud bədən ölçüləriniz əsasında nəticə çıxarsın? Yəqin istəməzdiniz. Nə xoşdur ki, Yehovanın bizim haqqımızda fikirləri zahiri amillərə əsaslanmır. Misal üçün, İşmuil peyğəmbər Yəssənin oğullarına nəzər yetirəndə Yehovanın gördüyünü görmədi. Yehova ona demişdi ki, Yəssənin oğullarından biri İsrailin padşahı olacaq. Yehova kimi seçmişdi? İşmuil Yəssənin böyük oğlu Əlyabı görəndə dedi: «Bax bu, Yehovanın məsh olunmuşudur ki, var». Əlyabda padşah görünüşü var idi. Lakin Yehova İşmuilə dedi: «Onun görkəminə, boy-buxununa baxma, çünki onu rədd etmişəm». Bundan nə öyrənirik? Yehova sözünə davam edir: «İnsan zahiri görür, Allah isə ürəyi» (1 İşm. 16:1, 6, 7).
2. Yəhya 7:24 ayəsində qeyd olunduğu kimi, nəyə görə insanları səthi mühakimə etməməliyik? Nümunə çəkin.
2 Qeyri-kamil insanlar olduğumuz üçün hamımız başqalarını səthi mühakimə etməyə, yəni onlar haqda zahiri şeylərə əsasən nəticə çıxarmağa meyilliyik. (Yəhya 7:24 ayəsini oxuyun.) Təkcə gözlə görünən şeylərə diqqət yetirsək, insan haqqında çox az şey öyrənə bilərik. Misal üçün, həkim nə qədər savadlı, nə qədər təcrübəli olursa-olsun, pasiyentə sadəcə baxmaqla onun xəstəliyi haqda çox şey öyrənə bilməz. O, pasiyentin keçmişdə hansı xəstəliklər keçirdiyini, emosional durumunu və digər simptomları öyrənmək istəyirsə, onu diqqətlə dinləməlidir. Hətta ola bilsin, onun daxili vəziyyətini görmək üçün rentgendən keçməsini məsləhət biləcək. Əks halda, həkim səhv diaqnoz qoya bilər. Buna bənzər tərzdə, biz də sadəcə xarici amillərə fikir versək, bacı-qardaşlarımızı tam başa düşə bilməyəcəyik. Onların daxilən necə insan olduğunu görməyə çalışmalıyıq. Təbii ki, biz ürəkləri oxuya bilmirik, buna görə də başqalarını heç vaxt Yehova qədər anlamayacağıq. Bununla belə, bacardığımız qədər Yehovaya bənzəməyə çalışmalıyıq. Bunu necə edə bilərik?
3. Məqalədə araşdıracağımız nümunələr Yehovaya bənzəməyə necə kömək edəcək?
3 Yehova Öz xidmətçiləri ilə necə davranır? Onları dinləyir. Həyatda yaşadıqlarını, vəziyyətlərini nəzərə alır. Onlara şəfqət göstərir. Məqalədən görəcəyik ki, Yehova bu xüsusiyyətləri Yunus, İlyas, Həcər və Lutla rəftarında necə təzahür etdirmişdi və biz bacı-qardaşlarımızla münasibətdə Ondan necə örnək ala bilərik.
DİQQƏTLƏ DİNLƏYİN
4. Yunus haqda mənfi fikirdə olmağımıza nə səbəb ola bilər?
4 İlk baxışdan bizə elə gələ bilər ki, Yunus etibarsız, hətta sədaqətsiz insan idi. O, Yehovanın birbaşa göstərişi ilə Neynəva şəhərinə hökm xəbərini çatdırmalı idi. Amma itaət etmək əvəzinə, Yunus «Yehovadan qaçmaq üçün» əks istiqamətə gedən gəmiyə mindi (Yun. 1:1—3). Siz ikinci dəfə bu işi Yunusa tapşırardınız? Yəqin ki, yox. Amma Yehova Yunusu ikinci şansa layiq bildi (Yun. 3:1, 2).
5. Yunus 2:1, 2, 9 ayələrindən Yunus haqda nə öyrəndiniz?
5 Yunusun duasından onun əslində necə biri olduğu üzə çıxır. (Yunus 2:1, 2, 9 ayələrini oxuyun.) Sözsüz ki, Yunus Yehovaya dəfələrlə dua etmişdi. Balığın qarnında etdiyi dua göstərir ki, onu sadəcə tapşırıqdan qaçan bir insan kimi tanımamalıyıq. Duasından görmək olar ki, o, təvazökar, minnətdar insan idi və Yehovaya itaət etməyi qət etmişdi. Təəccüblü deyil ki, Yehova diqqətini Yunusun səhvinə cəmləmədi, əksinə, onun duasına cavab verdi və peyğəmbəri olaraq qalmasına izin verdi!
6. Hansı səbəblərə görə başqalarını diqqətlə dinləmək üçün səy göstərməyə dəyər?
6 Təvazökar və səbirli olmalıyıq ki, başqalarını diqqətlə dinləyə bilək. Ən azı üç səbəbə görə səy göstərməyə dəyər. Birincisi, dərhal yanlış nəticə çıxarmağa tələsməyəcəyik. İkincisi, dindaşlarımızın hisslərinə və niyyətlərinə anlayışla yanaşacağıq və bu, onlara qarşı daha şəfqətli Məs. 20:5). Asiyada yaşayan bir ağsaqqal deyir: «Yadımdadır, bir dəfə dinləmədən danışmışdım. Bacıya demişdim ki, ona yığıncaqda verdiyi şərhləri yaxşılaşdırmaq lazımdır. Sonradan öyrəndim ki, bacı yaxşı oxumağı bacarmır və şərh vermək üçün çox çalışmalı olur». Bəli, hər bir ağsaqqalın məsləhət verməzdən öncə faktları dinləməsi olduqca vacibdir! (Məs. 18:13).
olmağa kömək edəcək. Üçüncüsü, hətta insana özünü hansısa yöndən daha yaxşı tanımağa kömək edə bilərik. Çünki bəzən insan öz hisslərini yalnız ifadə edəndən sonra anlayır (7. Yehovanın İlyas peyğəmbərə qarşı davranışından nə öyrənirik?
7 Bəzi bacı-qardaşlarımız üçün keçmişdə yaşadıqlarına, aldıqları tərbiyəyə və ya xasiyyətlərinə görə hissləri haqda danışmaq çətindir. Necə edə bilərik ki, ürəklərini açıb bizə danışmaq onlara asan olsun? Gəlin görək Yehova İzəbilin əlindən qaçan İlyas peyğəmbərlə necə davranmışdı. İlyasın Allaha ürəyini açıb boşaltması günlər çəkdi. Yehova onu diqqətlə dinlədi. Sonra onu ürəkləndirdi və vacib bir iş tapşırdı (1 Pad. 19:1—18). Bəzən bacı-qardaşlarımızın gəlib bizimlə rahat danışması üçün müəyyən vaxt gərəkdir, amma yalnız hisslərini bölüşdükləri təqdirdə onları anlaya bilərik. Yehovadan örnək alıb səbirli olsaq, onların etibarını qazana bilərik. Hisslərini bölüşməyə hazır olduqları vaxt isə onları diqqətlə dinləməliyik.
BACI-QARDAŞLARINIZI TANIMAĞA ÇALIŞIN
8. Yaradılış 16:7—13 ayələrinə əsasən, Yehova Həcərə necə kömək etdi?
8 Sarayın kənizi Həcər İbramın arvadı olandan sonra ağılsızlıq etdi. O, hamilə qalanda uşağı olmayan Saraya yuxarıdan aşağı baxmağa başladı. Vəziyyəti o həddə çatdırdı ki, Saray onunla pis rəftar etdi. Axırda Həcər evdən qaçmalı oldu (Yar. 16:4—6). Qeyri-kamil insan ilk baxışdan bu vəziyyətdə Həcəri «zalım» adlandırıb, «ona haqq oldu» deyə düşünə bilər. Amma Yehova Həcər haqda bu cür fikirləşmirdi. O, mələyini Həcərin yanına göndərdi. Mələk onu tapıb düşüncəsinə düzəliş etməsinə kömək etdi, sonra ona xeyir-dua verdi. Həcər anladı ki, Yehovanın nəzəri onun üzərindədir və O, bütün vəziyyətdən agahdır. Bu, Həcərə o qədər yaxşı təsir etdi ki, Yehova haqda «Sən hər şeyi görən Allahsan!» dedi. (Yaradılış 16:7—13 ayələrini oxuyun.)
9. Yehova Həcərlə rəftarında nəyi nəzərə aldı?
9 Yehova Həcər haqda hər şeyi bilirdi. O, Həcərin keçmişindən və nələrdən keçdiyindən agah idi (Məs. 15:3). Həcər ibrani ailəsində yaşayan bir misirli idi. Bəlkə, hərdən o özünü yad kimi hiss edirdi? Bəlkə, ailəsi üçün, böyüyüb boya-başa çatdığı diyar üçün darıxırdı? Üstəlik, o, İbramın yeganə arvadı deyildi. Düzdür, Yehovanın əzəli niyyətində olmasa da, bir müddət bəzi mömin kişilərin birdən çox arvadı olub (Mət. 19:4—6). Və təəccüblü deyil ki, bu cür nikahlar qısqanclığa və nifrətə səbəb olurdu. Yehova Həcərin Saraya qarşı hörmətsizliyinə göz yummadı, amma onun hisslərini və vəziyyətini də nəzərə aldı.
10. Bacı-qardaşları daha yaxından necə tanıya bilərik?
10 Yehovadan örnək alaraq biz də bir-birimizi anlamağa çalışmalıyıq. Bacı-qardaşlarınızı daha yaxından tanıyın. Görüşdən əvvəl və sonra ünsiyyət edin, xidmətdə əməkdaşlıq edin, imkan daxilində, Əyy. 6:29). Söz yox ki, biz başqalarının işinə qarışan bir insan kim tanınmaq istəməzdik (1 Tim. 5:13). Amma dindaşlarımız və onların vəziyyəti haqda müəyyən şeyləri bilməyimiz onları daha yaxşı başa düşməyimizə kömək edə bilər.
yeməyə dəvət edin. Onda görəcəksiniz ki, kənardan soyuq görünən bacı, əslində, utancaq imiş, maddiyyat dalınca qaçdığını hesab etdiyiniz qardaş, əslində, çox səxavətli imiş, yaxud çox vaxt yığıncağa gecikən ailə təqiblərə məruz qalırmış (11. Nəyə görə ağsaqqallar bacı-qardaşları yaxşı tanımalıdır?
11 Xüsusilə də ağsaqqallar qayğılarını çəkdikləri bacı-qardaşları yaxşı tanımalıdır. Rayon nəzarətçisi kimi xidmət edən Artur qardaşın nümunəsinə nəzər salaq. O, bir ağsaqqalla birgə utancaq, özünə qapalı bir bacını ziyarət etmişdi. Artur qardaş deyir: «Öyrəndik ki, ailə qurandan bir neçə il sonra bacının əri vəfat edib. Həyatının ağır keçməsinə baxmayaraq, o, iki qızına da Yehovaya sevgi aşılayıb və onlar Yehovanın sədaqətli xidmətçiləridir. Lakin get-gedə bacımızın görmə qabiliyyəti zəifləyirdi, üstəlik, depressiyadan əziyyət çəkirdi. Buna baxmayaraq, onun Yehovaya sevgisi və imanı möhkəm qalmışdı. Gördük ki, bacımızdan nümunə götürüləsi çox şey var» (Filip. 2:3). Bu rayon nəzarətçisi Yehovanın nümunəsini izləyirdi. Yehova quzularını yaxşı tanıyır, onların çəkdiyi əzablardan agahdır (Çıx. 3:7). Ağsaqqallar da sürünü yaxşı tanıyanda onlara daha yaxşı kömək edə bilirlər.
12. Bir bacının dindaşını yaxından tanıması hansı nəticəni verdi?
12 Sizi qıcıqlandıran dindaşınızı yaxından tanımaq, ona daha anlayışla yanaşmağınıza kömək edə bilər. Bir nümunəyə nəzər salın. Asiyada yaşayan bir bacı deyir: «Yığıncağımızdakı bir bacı çox hündürdən danışırdı. Düşünürdüm ki, onda etika qaydaları çatışmır. Lakin bacı ilə xidmətə çıxanda öyrəndim ki, o, əvvəllər valideynlərinə bazarda balıq satmağa kömək edirmiş. Müştəriləri cəlb etmək üçün ucadan danışmalı olurmuş». Bacı sözünə əlavə edir: «Anladım ki, bacı-qardaşlarımı başa düşmək üçün onları yaxından tanımalıyam». Dindaşlarınızı daha yaxşı tanımaq üçün səy göstərmək gərəkdir. Bununla belə, Müqəddəs Kitabın «ürəyinizi geniş açın» 1 Tim. 2:3, 4; 2 Kor. 6:11—13).
məsləhətinə əməl etsəniz, «hər cür insan»ı sevən Yehovadan örnək almış olacaqsınız (ŞƏFQƏT GÖSTƏRİN
13. Yaradılış 19:15, 16 ayələrinə əsasən, Lut ləngiyəndə mələklər nə etdi və nə üçün?
13 Lut həyatının həlledici anında Yehovanın verdiyi göstərişlərin müqabilində ləng tərpənirdi. İki mələk onun yanına gəlib ailəsini Sədumdan çıxarmağı tapşırdı. Nəyə görə? Onlar: «Biz bu yerin külünü göyə sovuracağıq», — dedilər (Yar. 19:12, 13). Səhərisi gün Lutla ailəsi hələ də evdə idi. Buna görə də mələklər onu yenə xəbərdar etdilər. Amma «Lut ləng tərpənirdi». Ola bilsin, Lutun Yehovanın göstərişlərini saymadığını, hətta Ona itaətsizlik etdiyini düşünə bilərik. Amma Yehova Lutdan əlini üzmədi. «Yehovanın ona rəhmi gəldiyindən» mələklər onun ailə üzvlərinin əlindən tutub şəhərdən çıxardılar. (Yaradılış 19:15, 16 ayələrini oxuyun.)
14. Yehovanın Luta rəhm etməsinə nələr səbəb ola bilərdi?
14 Yehovanın Luta rəhm etməsinin bir neçə səbəbi ola bilər. Ola bilsin, o, şəhərin kənarındakı insanlardan qorxduğu üçün evdən dərhal çıxmadı. Həmçinin başqa təhlükələr də var idi. Yəqin ki, Lutun iki padşahın yaxınlıqdakı dərədə qatranla dolu çuxurlara düşdüyündən xəbəri var idi (Yar. 14:8—12). Bir ailə başçısı kimi, o, arvadına və uşaqlarına görə narahat idi. Üstəlik, Lut varlı insan idi və ola bilsin, Sədumda gözəl evi var idi (Yar. 13:5, 6). Düzdür, bunların heç biri onun Yehovaya dərhal itaət etməməsinə haqq qazandırmır. Amma Yehova diqqətini Lutun səhvlərinə cəmləmədi, Onun gözündə Lut «saleh adam» idi (2 But. 2:7, 8).
15. İnsanın hərəkətini mühakimə etməkdənsə, nə etməliyik?
15 Dindaşınızın hərəkətini mühakimə etməkdənsə, onun hansı hisslər keçirdiyini başa düşmək üçün əlinizdən gələni edin. Avropadan olan Veronika adlı bir bacı bu cür davranmağa çalışmışdı.
O deyir: «Bir bacı həmişə qaşqabaqlı görünürdü. O, hamıdan gen gəzirdi. Bəzən yaxınlaşıb onunla danışmağa çəkinirdim. Amma düşündüm ki, mən onun vəziyyətində olsaydım, dosta ehtiyacım olardı. Buna görə də ondan nə üçün kefsiz olduğunu soruşmaq qərarına gəldim. Və o mənə ürəyini açdı! İndi onu daha yaxşı başa düşürəm».16. Nəyə görə şəfqətli olmağı öyrənmək üçün Yehovaya dua etməliyik?
16 Bizi yalnız Yehova tam şəkildə başa düşür (Məs. 15:11). Ona görə də Yehovaya dua edin ki, insanlara Onun kimi baxmağınıza və şəfqət göstərməyi öyrənməyinizə kömək etsin. Dua Anjela adlı bacıya daha canıyanan olmağa kömək edib. Onun bir bacı ilə münasibətində gərginlik yaranmışdı. Anjela etiraf edir: «Ürəyimdən onu qınamaq, ondan uzaq gəzmək keçirdi. Ancaq sonra Yehovaya dua etdim ki, bacıya anlayışla yanaşmağıma kömək etsin». Yehova Anjelanın duasına cavab verdi? O deyir: «Biz birgə təbliğə çıxdıq və sonra saatlarla söhbət etdik. Onu şəfqətlə dinlədim. İndi onu daha çox sevirəm və ona dəstək olmaq niyyətindəyəm».
17. Nə etməyə qətiyyətli olmalıyıq?
17 Bacı-qardaşlarınızı şəfqətinizə layiq olub-olmayanlara ayırmamalısınız. Yunus, İlyas, Həcər və Lut kimi, onlar da çətinliklərlə üzləşir. Hərdən elə olur ki, onlar öz səhvləri ucbatından əziyyət çəkir. Əslinə qalsa, bəzən hər birimiz öz başımıza iş açırıq. Odur ki, Yehovanın bizdən bir-birimizin dərdinə şərik olmağı gözləməsi yerindədir (1 But. 3:8). Yehovaya itaət edəndə heyrətamiz və müxtəlif insanlardan ibarət ümumdünya ailəmizdəki birliyi möhkəmləndiririk. Buna görə də gəlin bacı-qardaşlarımızı dinləməyə, tanımağa və onlara şəfqət göstərməyə qətiyyətli olaq.
NƏĞMƏ 87 Gəl təravət tap!
^ abz. 5 Qeyri-kamil olduğumuza görə insanlar və onların niyyətləri barədə tez nəticə çıxartmağa meyilliyik. «Allah isə ürəyi» görür (1 İşm. 16:7). Bu məqalədən öyrənəcəyik ki, Yehova Allahımız Yunus, İlyas, Həcər və Luta qarşı necə məhəbbətlə davranmışdı. Bu, dindaşlarımızla münasibətdə Yehovadan örnək almağımıza kömək edəcək.
^ abz. 52 ŞƏKİLLƏRİN İZAHI. Yaşlı qardaş bir cavan qardaşın görüşə gecikdiyini görüb əsəbiləşir. Amma görüşdən sonra öyrənir ki, qardaşın maşını qəzaya uğrayıbmış.
^ abz. 54 ŞƏKİLLƏRİN İZAHI. Təbliğ qrupuna nəzarət edən qardaş düşünür ki, bacı başqalarına qaynayıb-qarışmır, amma sonra öyrənir ki, sadəcə bacı utancaq imiş və yaxşı tanımadığı insanların arasında sıxılırmış.
^ abz. 56 ŞƏKİLLƏRİN İZAHI. Bacı digər bacı ilə yığıncaqdan sonra vaxt keçirir və görür ki, həmin bacı heç də ilk dəfə qarşılaşanda düşündüyü kimi qaraqabaq və soyuq deyilmiş.