TƏLİM MƏQALƏSİ 26
Şagird hazırlamağı bacaracaqsınız
«Allah... qəlbinizdə həm arzu oyadır, həm də fəaliyyət göstərməyiniz üçün sizə güc verir» (FİLİP. 2:13).
NƏĞMƏ 64 Biçin işində sevinclə iştirak edək
İCMAL *
1. Yehova sizdən ötrü nələr edib?
YEHOVANIN ŞAHİDİ necə olmusunuz? İlk öncə, müjdəni eşitmisiniz. Ola bilsin, bunu sizə valideynləriniz, iş və ya sinif yoldaşınız danışıb, yaxud ev-ev xidmət zamanı sizə təbliğ ediblər (Mark 13:10). Sonra kimsə çoxlu vaxt və güc sərf edərək sizinlə Müqəddəs Kitab dərsi keçib. Bu vaxt ərzində Yehovaya sevginiz yarandı və Onun da sizi sevdiyini öyrəndiniz. Yehova sizi həqiqətə cəlb etdi, indi İsanın şagirdi olduğunuz üçün əbədi yaşamaq imkanınız var (Yəh. 6:44). Şübhəsiz, minnətdarsınız ki, Yehova kimisə sizə həqiqəti öyrətməyə yönəldib və sizi Öz xidmətçisi hesab edir.
2. Bu məqalədə nə haqda danışacağıq?
2 Artıq həqiqəti bildiyimiz üçün həyata aparan yolda başqalarının da bizimlə birgə addımlamasına kömək edə bilərik. Amma bizim bir çətinliyimiz ola bilər. Ola bilsin, rahat şəkildə ev-ev təbliğ edirik, amma dərs keçməyi təklif etməyə və ya dərs keçməyə çətinlik çəkirik. Bu məqalədə gətirilən məsləhətlərin bizə köməyi dəyəcək. Öyrənəcəyik ki, şagird hazırlamaq işinə bizi nə təşviq edir və buna mane olan çətinlikləri necə aşa bilərik. Əvvəla, gəlin görək nə üçün biz təkcə müjdəçi yox, həm də müəllim olmalıyıq.
TƏBLİĞ EDİN VƏ ÖYRƏDİN
3. Biz nəyə görə təbliğ edirik?
3 İsa yer üzündə olanda davamçılarına iki hissədən ibarət tapşırıq vermişdi. Birincisi, onlara Allahın Padşahlığı haqqında müjdəni təbliğ etməyi buyurmuşdu və bunun yolunu Mət. 10:7; Luka 8:1). Məsələn, başa salmışdı ki, insanlar xoş xəbərə qulaq asanda necə davransınlar, qulaq asmayanda nə etsinlər (Luka 9:2—5). Həmçinin İsa demişdi ki, davamçıları «xalqların hamısına şəhadət» edəcəklər (Mət. 24:14; Həv. 1:8). Bu peyğəmbərlik sözləri ilə onların görəcəyi işin miqyasını göstərmişdi. İnsanların münasibətindən asılı olmayaraq, davamçıları Allahın Padşahlığı və onun görəcəyi işlər barədə danışmalı idilər.
öyrətmişdi (4. Mətta 28:18—20 ayələrinə əsasən, Padşahlıq haqqındakı müjdəni təbliğ etməklə yanaşı, nə etməliyik?
4 İsanın verdiyi tapşırığın ikinci hissəsinə nə daxil idi? İnsanlara onun əmr etdiyi hər şeyə riayət etməyi öyrətmək. Bəs bəzilərinin iddia etdiyi kimi, İsanın təbliğ etmək və öyrətmək tapşırığı yalnız birinci əsrdəki məsihilərə aiddir? Xeyr. İsa qeyd etmişdi ki, bu vacib iş «bu dövrün yekununa kimi», yəni bizim dövrümüzə qədər davam edəcək. (Mətta 28:18—20 ayələrini oxuyun.) Görünür, o, bu tapşırığı beş yüzdən çox şagirdinə görünən zaman vermişdi (1 Kor. 15:6). Sonralar isə Yəhyaya verdiyi vəhydə açıq şəkildə bildirmişdi ki, bütün davamçılarının insanlara Yehova haqda öyrətməsini istəyir (Vəhy 22:17).
5. 1 Korinflilərə 3:6—9 ayələrində həvari Bulus təbliğ və təlim işinin əlaqəsini necə göstərmişdi?
5 Həvari Bulus şagird hazırlamaq işini əkinçilik işinə bənzədərək göstərmişdi ki, toxumu əkmək kifayət deyil. O, korinflilərə demişdi: «Mən əkdim, Apollos suladı... Siz isə Allahın becərdiyi zəmi»siniz. (1 Korinflilərə 3:6—9 ayələrini oxuyun.) Allahın zəmisində bizim işimiz təkcə toxum səpmək deyil, biz həmçinin onu sulamalıyıq və müntəzəm olaraq məhsulun inkişafını yoxlamalıyıq (Yəh. 4:35). Eyni zamanda başa düşürük ki, toxumu böyüdən Allahdır.
6. Bir müəllim kimi öhdəmizə nə düşür?
6 Biz «əbədi həyata aparan yolda yeriməyə meyli» olanları axtarırıq (Həv. 13:48). Həmin insanlara Yehovanın xidmətçisi olmağa kömək etmək üçün Müqəddəs Kitabdan öyrəndiklərini 1) başa düşməyə, 2) qəbul etməyə və 3) tətbiq etməyə kömək etməliyik (Yəh. 17:3; Kol. 2:6, 7; 1 Salon. 2:13). Şagirdlər yığıncağa gələndə hamımızın onlara kömək etmək imkanı yaranır. Necə? Biz onlara məhəbbət göstərməklə və xoş qarşılamaqla gözəl nümunə qoya bilərik (Yəh. 13:35). Bəzən təbliğçi şagirdin güclü istehkama bənzər inanclardan və əməllərdən əl çəkməsinə kömək etmək üçün çoxlu güc və vaxt sərf etməli olur (2 Kor. 10:4, 5). Şagirdə bu addımları atmasına və nəticədə vəftizə yararlı olmasına kömək etmək üçün aylar lazım gələ bilər. Amma bunun üçün zəhmət çəkməyə dəyər.
MƏHƏBBƏT ŞAGİRD HAZIRLAMAĞA TƏŞVİQ EDİR
7. Bizi təbliğ etməyə və şagird hazırlamağa nə təşviq edir?
7 Nəyə görə biz təbliğ edirik və şagird hazırlayırıq? Əvvəla, ona görə ki, biz Yehovanı sevirik. Təbliğ etmək və şagird hazırlamaq işində əlimizdən gələni edəndə Yehovanı sevdiyimizi göstəririk (1 Yəh. 5:3). Bir düşünün: siz artıq Yehovaya sevgidən irəli gələrək ev-ev təbliğ edirsiniz. Məgər bu əmrə əməl etmək asan idi? Yəqin ki, yox. Sözsüz, ilk qapını döyəndə həyəcan keçirmişdiniz. Amma bilirdiniz ki, bu, İsanın buyurduğu işdir, buna görə də onun əmrinə əməl etmişdiniz. Ola bilsin, vaxt keçdikcə təbliğ etmək sizin üçün daha asan oldu. Bəs şagird hazırlamaq işi barədə nə demək olar? Bu haqda düşünəndə həyəcan keçirirsiniz? Bəlkə də. Amma Müqəddəs Kitab dərsi təklif etmək üçün Yehovaya dua edib cəsarət istəsəniz, O sizə kömək edəcək.
8. Mark 6:34 ayəsinə əsasən, insanları öyrətməyə bizi başqa nə təşviq edir?
8 İkincisi, insanlara məhəbbət bizi onlara həqiqəti öyrətməyə təşviq edir. Bir dəfə İsa və şagirdləri çox təbliğ etdiklərinə görə taqətdən düşmüşdülər. Onlar dincəlmək üçün bir yerə çəkilmək istəyirdilər. Lakin böyük bir izdiham onları tapdı. İsanın onlara yazığı gəldi və «onlara çox şey öyrətməyə başladı». (Mark 6:34 ayəsini oxuyun.) Yorğun olsa da, həmin gün onlara əlindən gələn köməyi göstərdi. Nəyə görə? İsa özünü həmin insanların yerinə qoydu. Gördü ki, onlar əzab çəkir, ümidə ehtiyacları var, buna görə onlara kömək etmək istədi. Bu gün də insanlar eyni vəziyyətdədir. Onların kənardan necə göründüyünə aldanmayın. Onlar çobansız qoyun kimi azıb qalıblar, köməksizdirlər. Həvari Bulus bu cür insanların ümidsiz və Allahsız yaşadığını demişdi (Efes. 2:12). Onlar məhvə aparan yoldadırlar! (Mət. 7:13). Ərazimizdəki insanların vəziyyəti barədə düşünəndə məhəbbət və şəfqət bizi onlara kömək etməyə təşviq edir. Onlara kömək etməyin ən yaxşı yolu Müqəddəs Kitab dərsi keçməyi təklif etməkdir.
9. Filippililərə 2:13 ayəsinə əsasən, Yehova sizə necə kömək edə bilər?
9 Amma bəzən biz Müqəddəs Kitab dərsi təklif etməyə tərəddüd edirik. Çünki şagirdlə dərsi keçmək, buna əvvəlcədən hazırlaşmaq üçün çoxlu vaxt lazımdır. Əgər sizə mane olan budursa, hisslərinizi Yehova ilə bölüşün. Ondan kömək istəyin ki, şagird tapmaq və dərs keçmək üçün sizin ürəyinizdə istək oyatsın. (Filippililərə 2:13 ayəsini oxuyun.) Həvari Yəhya əminliklə demişdi ki, Allah Onun iradəsinə məqbul olan duaları cavabsız qoymur (1 Yəh. 5:14, 15). Buna görə də arxayın ola bilərsiniz ki, Yehova ürəyinizdə şagird hazırlamaq istəyinin yaranmasına kömək edəcək.
BAŞQA ÇƏTİNLİKLƏR VƏ ONLARIN ÇARƏSİ
10, 11. Bəzi təbliğçilərdə hansı düşüncə ola bilər?
10 Biz şagird hazırlamaq tapşırığına ciddi yanaşırıq. Amma müəyyən çətinliklərə görə bu işdə tam iştirak edə bilmirik. Gəlin görək hansı çətinliklərimiz ola bilər və onları necə aşa bilərik.
11 Vəziyyətimizin yol vermədiyini düşünürük. Məsələn, bəzi təbliğçilər yaşa dolublar və ya səhhətləri zəifdir. Əgər sizin də bu cür çətinliyiniz varsa, COVID-19 pandemiyası zamanı öyrəndiyimiz bir şey haqda düşünə bilərsiniz. Biz gördük ki, elektron cihazlar vasitəsilə də keyfiyyətli Müqəddəs Kitab dərsləri keçmək olar! Beləliklə, evdə otura-otura kiməsə Müqəddəs Kitab dərsi keçməyə başlaya bilərsiniz. Bunun bir üstünlüyü də var. Bəzi insanlar Müqəddəs Kitabı öyrənmək istəyərdi, amma bacı-qardaşların adətən təbliğə ayırdığı vaxt onlar üçün münasib olmur. Ola bilsin, onların sübh tezdən və ya axşamlar vaxtları var. Siz bu vaxtlarda kiməsə dərs keçə bilərsiniz? İsa Nikodemlə gecə vaxtı Yəh. 3:1, 2).
söhbət etmişdi, Nikodemə bu vaxt əl verirdi (12. Yaxşı dərs keçə biləcəyimizə əminliyimizi nə artıra bilər?
12 Müqəddəs Kitab dərsi keçməyə bacarığımızın olmadığını hesab edirik. Bizə elə gələ bilər ki, kiminləsə Müqəddəs Kitab dərsi keçmək üçün biliyimiz və müəllimlik qabiliyyətimiz hələ kifayət qədər deyil. Əgər belə düşünürsünüzsə, gəlin əminliyinizi artıracaq üç amili nəzərdən keçirək. Birincisi, Yehova sizi başqalarını öyrətmək üçün yararlı hesab edir (2 Kor. 3:5). İkincisi, «göydə və yerdə bütün hakimiyyət» sahibi olan İsa sizə öyrətmək səlahiyyəti verib, deməli, sizin bunun öhdəsindən gələcəyinizə inanır (Mət. 28:18). Üçüncüsü, Yehova və bacı-qardaşlar sizə kömək edəcək. Yehova İsaya nə haqda danışmağı, nə deməyi öyrətmişdi, sizə də öyrədəcək (Yəh. 8:28; 12:49). Üstəlik, siz təbliğ qrupu nəzarətçinizdən, təcrübəli öncül və ya təbliğçidən xahiş edə bilərsiniz ki, sizə Müqəddəs Kitab dərsinə başlamağın və davam etdirməyin yolunu öyrətsinlər. Özünüzə əminliyi artırmağın bir yolu da bu təbliğçilərlə onların keçirdiyi Müqəddəs Kitab dərsində iştirak etməkdir.
13. Nəyə görə fərqli üsullarla təlim verməyə uyğunlaşmalıyıq?
13 Yeni üsullardan və vəsaitlərdən istifadə etmək çətin gəlir. İndi Müqəddəs Kitab dərsini fərqli üsulla keçirik. Əsas dərs vəsaitimiz olan «Əbədi xoşbəxt həyat!» kitabı elə tərtib olunub ki, əvvəlkindən fərqli tərzdə hazırlaşmaq və fərqli tərzdə dərs keçmək lazımdır. İndi daha az abzas oxuyuruq və şagirdlə daha çox söhbət edirik. Dərs zamanı saytımızdakı və «JW Library®» tətbiqindəki videolardan və digər materiallardan daha çox istifadə edirik. Əgər bu vəsaitlərdən istifadə etməyi bacarmırsınızsa, kimdənsə kömək istəyə bilərsiniz. İnsan hər şeyi vərdiş etdiyi kimi etməyi xoşlayır. Nəyisə fərqli tərzdə etməyə öyrəşmək çətin ola bilər. Yehovanın və bacı-qardaşların köməyi ilə asanlıqla öyrəşəcəksiniz və dərs keçməkdən daha çox zövq alacaqsınız. Bir öncülün də dediyi kimi, «bu yeni üsulla dərs keçməkdən həm şagird ləzzət alır, həm də müəllim».
14. İnsanlar bizi dinləmirsə, nəyi unutmamalıyıq və 1 Korinflilərə 3:6, 7 ayələri bizi necə ruhlandırır?
14 Yaşadığımız ərazidə kiminləsə Müqəddəs Kitab dərsinə başlamaq çətindir. Ola bilsin, insanlar xoş xəbərə laqeyd yanaşır və ya bizə qarşı çıxır. Belə ərazidə təbliğ ediriksə, insanların bizi dinləyəcəyinə ümidimizi itirməməyə bizə nə kömək edə bilər? Unutmayın ki, bu qeyri-stabil dünyada insanın vəziyyəti ani şəkildə dəyişə bilər və müjdəyə maraq göstərməyən insan Allaha ehtiyac duyduğunu dərk edə bilər (Mət. 5:3). Əvvəllər nəşrlərimizi götürmək istəməyənlər sonralar Müqəddəs Kitab dərsinə başlayıblar. Həmçinin bilirik ki, Yehova biçin Sahibidir (Mət. 9:38). O istəyir ki, biz əkin və suvarma işi ilə məşğul olmağa davam edək. Məhsulu böyütmək isə Onun işidir (1 Kor. 3:6, 7). Əgər hal-hazırda heç kimə dərs keçmirsinizsə, unutmayın ki, Yehova əldə etdiyimiz nəticələrə yox, çalışqanlığımıza mükafat verir. Bunu bilmək bizi ruhlandırır! *
ŞAGİRD HAZIRLAMAĞIN GƏTİRDİYİ SEVİNC
15. Kimsə Müqəddəs Kitabı öyrənməyə razılaşanda və öyrəndiklərinə əməl edəndə Yehova hansı hissləri keçirir?
15 Kimsə həqiqəti qəbul edəndə və öyrəndiyini başqalarına danışanda Yehova çox sevinir (Məs. 23:15, 16). Təsəvvür etmək olar, hal-hazırkı fəaliyyətimizi görəndə Yehova nə qədər fərəh duyur! Məsələn, 2020-ci xidmət ili ərzində qlobal pandemiya olsa da, 7 705 765 nəfərlə Müqəddəs Kitab dərsi keçirilib, 241 994 nəfər isə özünü Allaha həsr edərək vəftiz olunub. Yehovanın bu yeni xidmətçiləri də başqalarına dərs keçəcək və daha çox şagird hazırlanacaq (Luka 6:40). Sözsüz ki, şagird hazırlamaq işində iştirak etməklə Yehovanın qəlbini sevindiririk.
16. Qarşımıza hansı məqsədi qoysaq, yaxşı olar?
16 Şagird hazırlamaq işi çətin işdir. Amma Yehovanın köməyi ilə biz bu işdə iştirak edib, insanlara Yehovanı sevməyə kömək edə bilərik. Qarşınıza heç olmasa bir nəfərə Müqəddəs Kitab dərsi keçməyi məqsəd qoya bilərsiniz? Yaranan hər fürsətdə qarşılaşdığınız insanlara Müqəddəs Kitabı öyrənməyi təklif edin. Bunun necə gözəl nəticə verdiyini özünüz görəcəksiniz. Əmin ola bilərik ki, Yehova zəhmətimizi yerdə qoymayacaq.
17. Şagird hazırlamaq bizə hansı hissləri bəxş edəcək?
17 Həqiqəti təbliğ etmək və öyrətmək bizim üçün böyük şərəfdir! Bu iş bizi sözün əsl mənasında xoşbəxt edir. Həvari Bulus Salonikidə bir çox insana Məsihin şagirdi olmağa kömək etmişdi. O öz hisslərini belə ifadə edir: «Ağamız İsanın hüzuru zamanı, onun qarşısında bizim ümidimiz, sevincimiz, fəxr tacımız siz deyilsinizmi? Bəli, bizim şərəfimiz də, sevincimiz də sizsiniz» (1 Salon. 2:19, 20; Həv. 17:1—4). Bu gün də çoxları eyni hissləri keçirir. Stefani adlı bacı əri ilə birlikdə çox adama vəftizə doğru irəliləməyə kömək edib. O deyir: «Kiməsə özünü Yehovaya həsr etməyə kömək etmək insana əvəzolunmaz sevinc gətirir!»
NƏĞMƏ 57 Hər cür insana müjdə çatdıraq
^ abz. 5 Yehova bizim təkcə təbliğ etməyimizi yox, həmçinin insanlara Məsihin əmrlərinə riayət etməyi öyrətməyimizi istəyir. Bəs bizi buna nə təşviq edir? Təbliğ etmək və şagird hazırlamaq işində hansı çətinliklərlə üzləşirik? Bu çətinliklərin öhdəsindən necə gələ bilərik? Bu məqalədə bu sualların cavabını tapa bilərik.
^ abz. 14 Şagird hazırlamaq işində hansı rolumuzun olduğunu öyrənmək üçün «Gözətçi qülləsi»nin 2021-ci il mart sayında dərc olunan «Gəlin hamımız şagirdlərə vəftiz olunmağa kömək edək» adlı məqaləyə baxın.
^ abz. 53 ŞƏKLİN İZAHI. Görün Müqəddəs Kitabı öyrənmək insanın həyatını necə dəyişir. Əvvəllər bu oğlan həyatında heç bir məna görmürdü və Yehovanı tanımırdı. Sonra Yehovanın Şahidləri ona təbliğ etdilər və o, Müqəddəs Kitabı öyrənməyə razılaşdı. Öyrəndikləri sayəsində o, həyatını Yehovaya həsr edib vəftiz olundu. Bir müddət sonra o özü də şagird hazırlamağa başladı. Onların hamısı gözəl Cənnət şəraitində yaşayır.