GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İyun 2020

Bu sayda 2020-ci il avqustun 3-dən 30-dək olan təlim məqalələri yerləşir.

«Qoy adın müqəddəs tutulsun»

Təlim məqaləsi 23 | 3—9 avqust 2020. Bütün şüurlu varlıqlar üçün ümdə bir məsələ var. Bu hansı məsələdir və nə üçün bu qədər vacibdir? Biz bu məsələnin həllində hansı rolu oynayırıq? Bu və mövzuya dair digər sualların cavabı Yehova Allahla münasibətimizi möhkəmləndirməyə kömək edəcək.

«Ürəyimi bütöv et ki, adından qorxum»

Təlim məqaləsi 24 | 10—16 avqust 2020. Bu məqalədə Davud padşahın Zəbur 86:11, 12 ayələrində yazılmış duasına nəzər salacağıq. Yehovanın adından qorxmaq nə deməkdir? Nəyə görə Onun uca adından qorxmalıyıq? Allah qorxusu bizi səhvə sürükləyən şeylərdən necə qoruya bilər?

Oxucuların sualları

Ruhun bəhrəsinə yalnız Qalatiyalılara 5:22, 23 ayələrində sadalanan xüsusiyyətlər daxildir?

«Mən Özüm qoyunlarımı axtarıb tapacağam»

Təlim məqaləsi 25 | 17—23 avqust 2020. Nəyə görə bəzən Yehovaya uzun illər sədaqətlə xidmət edənlər yığıncaqdan uzaqlaşır? Allah onlara necə yanaşır? Məqalədə bu sualları araşdıracağıq. Həmçinin görəcəyik ki, qədimdə Yehova müəyyən müddət Ondan uzaqlaşmış xidmətçiləri ilə necə rəftar etmişdi və biz bundan nə öyrənə bilərik.

«Mənə tərəf dönün»

Təlim məqaləsi 26 | 24—30 avqust 2020. Yehova Allah yığıncaqdan uzaqlaşmış şəxslərin Ona geri dönməsini istəyir. Yehovanın «Mənə tərəf dönün» dəvətinə hay vermək istəyən qeyri-fəallara bir çox yollarla dəstək ola bilərik. Bu məqalədə onlara bu addımı atmağa kömək etməyin yolları araşdırılır.