Yehovaya pənah gətirin!
«Yehova qullarının canını xilas edər, Ona pənah gətirənlərin biri də məhkum edilməz» (ZƏB. 34:22).
1. Allahın mömin bəndələri günahlı olduqları üçün bəzən hansı hissləri keçirir?
«NECƏ DƏ yazıq adamam!» (Rom. 7:24). Bu acizanə sözlər həvari Bulusa məxsus olsa da, onlarda Allahın hər bir mömin bəndəsinin hissləri öz əksini tapır. Hamımız irsən aldığımız günahdan əziyyət çəkir, Allahı arzuladığımız kimi razı sala bilməyəndə ruhdan düşürük. Ağır günaha yol vermiş bəzi dindaşlarımız hətta elə fikirdə olur ki, ilahi əfv qapısı onların üzünə həmişəlik bağlıdır.
2. a) Zəbur 34:22 ayəsi Yehovaya sığınan günahkara necə təskinlik verə bilər? b) Bu məqalədə söhbət nədən gedəcək? (« İbrət, yoxsa timsal?» adlı çərçivəyə baxın.)
2 Müqəddəs Yazılar göstərir ki, günah işlədən şəxs Yehovaya sığınırsa, özünü yeyib-bitirməyə gərək yoxdur. (Zəbur 34:22 ayəsini oxuyun.) Elə isə gəlin növbəti sualları araşdıraq: Yehovaya sığınmaq və ya pənah gətirmək nə deməkdir? Yehovanın mərhəmət və əfvinə nail olmaq üçün insan nə etməlidir? Bu sualların cavabını Musa peyğəmbər vasitəsilə verilən sığınacaq şəhərlər haqqında qanunu təhlil etməklə tapacağıq. Düzdür, Tövrat çərçivəsində verilən bu qanun eramızın 33-cü ilindən etibarən qüvvədə deyil. Ancaq unutmayaq ki, bu qanunun təsisçisi Yehova Allah olub. Buna görə də, həmin qanundan Yaradanımızın günaha, günahkara və tövbəyə münasibətini öyrənmək olar. Əvvəlcə gəlin görək sığınacaq şəhərlər hansı məqsədə xidmət edirdi.
«ÖZÜNÜZ ÜÇÜN SIĞINACAQ ŞƏHƏRLƏR AYIRIN»
3. İsraildə qəsdən adam öldürənlər necə cəzalanırdı?
3 Yehovanın verdiyi qanuna əsasən, İsraildə qətl ciddi günah sayılırdı. Qəsdən qətl törədənlər mərhumun ən yaxın kişi qohumu, «intiqamçısı» tərəfindən öldürülürdü (Say. 35:19). Beləcə, günahsız qan yerdə qalmır, onun kəffarəsi verilmiş olurdu. Qatilin cəzasının dərhal verilməsi məmləkəti murdarlıqdan qoruyurdu, belə ki, Yehova buyurmuşdu: «Yaşadığınız torpağı murdarlamayın, çünki tökülən qan torpağı murdar edir» (Say. 35:33, 34).
4. Təsadüfən adam öldürən insanla bağlı hansı qanun var idi?
4 Bəs əgər qətl təsadüfən baş verərdisə, onda necə? Qətl törədən yenə də günahkar bilinirdi, çünki günahsız qan tökmüşdü (Yar. 9:5). Ancaq belə adama rəhm göstərilirdi. O, intiqamçının əlindən qurtulmaq üçün sığınacaq kimi ayrılmış altı şəhərdən birinə qaçıb ora sığına bilərdi. O, baş kahinin ölümünə qədər bu şəhərdə qalmalı idi (Say. 35:15, 28).
5. Sığınacaq şəhərlər haqqında qanundan Yehova barədə nə isə öyrənə bilərikmi? İzah edin.
5 Sığınacaq şəhərlər ayırmaq Yehova Allahın göstərişi idi. O, xalqın rəhbəri Yuşəyə buyurmuşdu: «İsraillilərə belə de: “...Özünüz üçün sığınacaq şəhərlər ayırın”». Bu şəhərlər xüsusi məqsədlə ayrıldığı üçün müqəddəs sayılırdı (Yuş. 20:1, 2, 7, 8). Madam ki, bu şəhərləri ayırmağı Yehova Özü tapşırmışdı, özümüzdən soruşa bilərik: bu qanun Yehovanın mərhəməti haqqında bizə daha geniş anlayış verə bilərmi? Bu qanundan Yehovanın mərhəmətinə sığınmaq barədə nə öyrənə bilərik?
«QOY O,.. HAL-QƏZİYYƏNİ ŞƏHƏR AĞSAQQALLARINA DANIŞSIN»
6, 7. a) Ağsaqqallar təsadüfən adam öldürən şəxsin işinə necə baxırdılar? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Əlindən xəta çıxan adamın məsələni ağsaqqallara danışması nəyə görə vacib idi?
6 Təsadüfən baş verən qətl hadisəsindən sonra əlindən xəta çıxan adam sığınacaq şəhərə qaçıb hal-qəziyyəni şəhər darvazasında oturan ağsaqqallara danışmalı idi. Ağsaqqallar onu şəhərə qəbul etməli idilər (Yuş. 20:4). Bir müddət sonra onlar həmin adamı hadisə baş verən şəhərin ağsaqqallarının yanına göndərməli idi ki, işi araşdırsınlar. (Saylar 35:24, 25 ayələrini oxuyun.) Əgər sübuta yetirilsəydi ki, hadisə doğrudan da, təsadüfən baş verib, hadisəni törədən şəxs sığınacaq şəhərə qaytarılırdı.
7 Sual yarana bilər, məsələyə ağsaqqalların baxması nə dərəcədə vacib idi? Əvvəla, ağsaqqalların vəzifəsi icmanın paklığını qorumaq idi. İkincisi, onlar təsadüfən adam öldürənin Yehovanın mərhəmətindən faydalanması üçün lazımi tədbirlər görürdülər. Bununla bağlı bir Bibliya alimi yazmışdı ki, əlindən xəta çıxan adam «göstərişə barmaqarası baxıb özünü [ağsaqqallara] təslim etmirdisə, həyatını təhlükəyə atmış olurdu. İntiqamçı onu tutub öldürərdisə,.. qanı öz boynunda qalırdı, çünki Allahın təqdim etdiyi xilas imkanından istifadə etməmişdi». Deməli, əlindən xəta çıxan insan üçün kömək qapısı açıq idi, ona, sadəcə bu köməyi qəbul etmək qalırdı. Əgər o, sığınacaq şəhərə qaçmasaydı, mərhumun yaxın qohumunun onu öldürmək ixtiyarı var idi.
8, 9. Nə üçün ciddi günah işlədən məsihi ağsaqqallardan kömək istəməlidir?
Yaq. 5:14—16). İkinci səbəb ondan ibarətdir ki, günahkarın ağsaqqallara yaxınlaşması onun Allahı razı salmaq, günahı təkrarlamamaq qətiyyətini artırır (Qal. 6:1; İbr. 12:11). Üçüncüsü, ağsaqqalların vəzifəsi vicdan əzabı çəkən tövbəkara qəlb rahatlığı vermək, onu Yehovanın mərhəmətinə inandırmaqdır. Onlar hətta bununla əlaqədar təlim alırlar. Müqəddəs Kitabda ağsaqqallar «leysandan sığınacaq» adlanır (Əşy. 32:1, 2). Məgər bütün bunlar ilahi rəhmin aliliyinin daha bir göstəricisi deyil?!
8 Bu gün də ciddi günaha yol vermiş məsihi mənən sağalmaq üçün yığıncaqdakı ağsaqqallardan kömək istəməlidir. Bu, mütləqdir. İlk növbədə, ona görə ki, bu, Allahın tələbidir. Onun Kəlamına əsasən, ciddi günahla bağlı məsələlərə ağsaqqallar baxmalıdır (9 Ağsaqqallara yaxınlaşıb kömək istəməyin faydasını bir sıra bacı-qardaşımızın hadisəsi göstərir. Misal üçün, Daniel adlı bir qardaşımız ciddi günaha yol vermiş, amma ağsaqqallara yaxınlaşmağa tərəddüd edərək günahını aylarla gizlətmişdi. Keçmişi xatırlayaraq qardaş deyir: «Günahımın üstündən xeyli vaxt keçdiyi üçün düşünürdüm ki, ağsaqqallar daha mənə kömək edə bilməz. Eyni zamanda qorxa-qorxa yaşayırdım ki, birdən günahımın üstü açılar. Hər duanı Allahdan əfv diləməklə başlayırdım». Nəhayət bir gün Daniel qardaş ağsaqqallardan kömək istədi. O deyir: «Düzdür, ağsaqqallara yaxınlaşmağa çox qorxurdum. Amma bunu edəndən sonra elə bil çiynimdən dağ götürüldü. İndi Yehovaya sərbəst dua edə bilirəm». Bu gün Daniel qardaşımız Allaha təmiz vicdanla xidmət edir və təzəlikcə yığıncaq xidmətçisi təyin olunub.
«BU ŞƏHƏRLƏRDƏN BİRİNƏ» QAÇSIN
10. Təsadüfən adam öldürən şəxs ilahi mərhəmətdən faydalanmaq üçün hansı qəti addımı atmalı idi?
10 Təsadüfən qətl törədən insan Yehovanın mərhəmətindən faydalanmaq üçün vaxt itirmədən ən yaxın sığınacaq şəhərə Yuşə 20:4 ayəsini oxuyun.) Tərəddüd etməyin yeri deyildi: bu, ölüm-dirim məsələsi idi. Sığınacaq şəhərə qaçmaq müəyyən məhrumiyyətlərlə bağlı idi. Məsələn, təqsirkar şəxs işindən, doğma ev-eşiyindən aralı düşür, istədiyi yerə gedib-gəlmək sərbəstliyindən məhrum olurdu, ta baş kahinin ölümünə qədər * (Say. 35:25). Amma, əslində, qazandığı itirdiklərinin yanında heç nə idi, axı söhbət onun həyatından gedirdi. Əgər o, şəhərdən çıxsaydı, tökdüyü günahsız qana böyük hörmətsizlik göstərər, üstəlik, öz həyatını təhlükəyə atardı.
qaçmalı idi. (11. Tövbə edən məsihi Yehovadan mərhəmət görmək üçün hansı qəti addımları atmalıdır?
11 Günahından tövbə edən məsihi də Yehovanın mərhəmətindən bəhrələnmək üçün qətiyyətli addımlar atmalıdır. O, günahlı yoldan əl çəkməli, həm ağır günahdan, həm də ağır günaha gətirib çıxaran kiçik günahlardan uzaq durmalıdır. Həvari Bulus Korinfdəki məsihilərin timsalında həqiqi tövbənin nə olduğunu göstərmişdi: «İndi görün Allaha məqbul kədər sizi necə hərəkətə gətirdi! Sizdə təmizlik, hiddət, Allah qorxusu, arzu, qeyrət və islah doğurdu» (2 Kor. 7:10, 11). Günahdan əl çəkmək üçün atdığımız qəti addımlar sübut edir ki, biz Yehova ilə münasibətimizə ciddi yanaşır, Onun mərhəmətinin böyük imtiyaz olduğunu başa düşürük.
12. Allahın mərhəmət sığınacağında qalmaq istəyən məsihi daha nə etməlidir?
12 Əgər məsihi Allahın mərhəmət sığınacağında qalmaq istəyirsə, o, günaha sövq edən şeyləri qurban verməyə hazır olmalıdır (Mət. 18:8, 9). Dost-tanışlarınız sizi haram əməllərə sövq edirsə, onlarla münasibəti kəsməyə hazırsınızmı? Sizə içki məsələsində həddi qorumaq çətindirsə, sizi həddi aşmağa sövq edə biləcək vəziyyətlərdən uzaq duracaqsınızmı? Mübarizəniz natəmiz arzularladırsa, bu arzuları alovlandıran filmlərdən, veb-saytlardan, məşğuliyyətlərdən yan gəzəcəksinizmi? Bu cür qurbanlar Yehova qarşısında təmiz vicdanla müqayisədə heç nədir. Unutmayaq ki, məsihi üçün Allahın tükənməz məhəbbətini duymaq qədər böyük xoşbəxtlik, Onun dostluğunu itirmək qədər isə ağır itki ola bilməz! (Əşy. 54:7, 8).
«BU ŞƏHƏRLƏR... SIĞINACAQ YERİ OLACAQ»
13. Nəyin sayəsində təqsirkar özünü sığınacaq şəhərdə təhlükəsiz hiss edirdi?
13 Təsadüfən adam öldürən şəxs sığınacaq şəhərdə təhlükəsizlikdə idi. Yehova demişdi ki, «bu şəhərlər... sığınacaq yeri olacaq» (Yuş. 20:2, 3). Orada təqsirkar törətdiyi işə görə yenidən mühakimə olunmur, intiqamçının şəhərə girib onu qətlə yetirməsinə icazə verilmirdi. Beləcə, təqsirkar qisas qorxusu ilə yaşamırdı. Şəhərdə qaldığı müddətdə o, Yehovanın müdafiəsi altında olurdu. Sığınacaq şəhərlər həbs düşərgəsi deyildi. İntiqamçıdan qaçanlar orada hamı kimi işləyir, ibadət edir, camaatın xeyrinə-şərinə yarayırdılar. Bir sözlə, normal, mənalı həyat sürürdülər.
14. Tövbə edən məsihi nəyə arxayın olmalıdır?
14 Ağır günah işlətmiş bəzi məsihilər tövbə etsələr də, peşmançılıq dəryasından qurtula bilmirlər. Bəziləri hətta fikirləşir ki, günah ləkəsi onların üstündən heç vaxt silinməyəcək, Yehova hər baxanda bu ləkəni görəcək. Əgər bu hisslər sizə də tanışdırsa, bilin ki, Yehova sizi bağışlayıb. Onun rəhmət qanadı altında özünüzü tam təhlükəsiz hiss edə bilərsiniz. Yuxarıda adını çəkdiyimiz Daniel Zəbur 103:8—12 ayələrini oxuyun.)
qardaşın hadisəsinə qayıdaq. Ağsaqqallar ona öyüd-nəsihət vermiş, vicdan əzabından qurtulmağa kömək etmişdilər. Qardaş deyir: «Elə bil, ikinci dəfə dünyaya gəlmişdim. Başa düşdüm ki, bütün lazımi ölçülər götürüləndən sonra artıq özümü günahkar hiss etməyə əsasım yoxdur. Yehova bağışlayırsa, birdəfəlik bağışlayır. Onun Kəlamında yazıldığı kimi, O, günah yükünü üstümüzdən götürüb uzaqlara atır ki, bir də onu görməyək». Sığınacaq şəhərə qaçan təqsirkar artıq «birdən intiqamçı gəlib məni öldürər» qorxusu ilə yaşamırdı. Eynilə, Yehova bizim günahımızı bağışlayıbsa, artıq qorxmamalıyıq ki, O, məsələni yenidən qaldırıb bizi mühakimə edəcək. (15, 16. İsa Məsihin fidyəsi və baş kahin vəzifəsini daşıması bizi Allahın mərhəmətinə necə əmin edir?
15 Əslində, israillilərlə müqayisədə bizim Allahın mərhəmətinə təvəkkül etməyə daha əsaslı səbəblərimiz var. Həvari Bulus Allaha mükəmməl şəkildə itaət edə bilmədiyi üçün özünün aciz olduğunu etiraf edəndən sonra demişdi: «[Allaha] Ağamız İsa Məsih vasitəsilə şükürlər olsun!» (Rom. 7:25). Cismindəki günahla apardığı mübarizəyə, keçmişdə etdiyi asiliklərə baxmayaraq, həvari Allahın onu fidyə əsasında bağışladığına əmin idi. Məsihin ödədiyi fidyə bizim də vicdanımızı təmizləyir və bizə qəlb rahatlığı verir (İbr. 9:13, 14). Baş kahinimiz olduğu üçün «İsa onun vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas edə bilər, çünki o, həmişə sağdır və onlardan ötrü həmişə Allaha yalvarır» (İbr. 7:24, 25). Keçmişdə baş kahinin icra etdiyi xidmət israilliləri əmin edirdi ki, Allah onların günahlarını bağışlayır. Bəs onda Məsihin baş kahin kimi xidməti bizi «dara düşəndə Allahdan mərhəmət və lütf» görəcəyimizə daha çox əmin etməməlidirmi?! (İbr. 4:15, 16).
16 Yehovanın mərhəmətinə sığınmaq üçün Məsihin qurbanlığına iman gətirmək lazımdır. Fidyəyə təkcə ümumbəşər əhəmiyyət daşıyan bir ənam kimi baxmayın. Unutmayın ki, o, sizin üçün də verilib (Qal. 2:20, 21). Özünüzü inandırın ki, fidyə şəxsən sizin günahlarınızın bağışlanması üçün ödənib. O, şəxsən sizin qarşınızda əbədi həyat qapısını açır. Fidyə Yehovanın şəxsən sizə verdiyi hədiyyədir.
17. Nəyə görə Yehova Allahın mərhəmətinə sığınmaq sizə xoşdur?
17 Sığınacaq şəhərlər haqqında qanun Yehovanın mərhəmətinin təcəssümüdür. Bu qanunu verməklə Yehova həyatın müqəddəs olduğunu göstərmişdi. Bu qanundan biz öyrənirik ki, əsl tövbə necə olmalıdır, ağsaqqallar yığıncağa necə kömək etməlidir və Allah bizi bağışlayanda tamamilə bağışlayır. Əmin olun ki, dünyada Allahın mərhəmət sığınacağından təhlükəsiz yer yoxdur! (Zəb. 91:1, 2). Növbəti məqalədə isə sığınacaq şəhərlər barədə daha ətraflı araşdırıb görəcəyik ki, biz Yehovanın ədalət və mərhəmətini necə örnək götürə bilərik.
^ abz. 10 Yəhudi mənbələrinə əsasən, təqsirkarın həyat yoldaşı və uşaqları, çox güman ki, onun yanına, sığınacaq şəhərə köçürdü.