Bilirsiniz?
Nəyə görə İsa Məsih and içməyi pisləmişdi?
AND İÇMƏK Musanın Qanununa əsasən münasib sayılırdı. Amma İsa Məsihin yaşadığı dövrdə and içmək bayağı hal almışdı. İnsanlar danışdığı şeylərin nüfuzunu artırmaq üçün iki kəlmədən bir and içirdilər. İsa Məsih iki dəfə gərəksiz yerə and içməyi pisləmişdi. O, and içməməyi məsləhət görərək, «qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr» demişdi (Mət. 5:33—37; 23:16—22).
«Əhdi-Cədidin ilahiyyat lüğəti»nə əsasən, Talmuddakı bəzi sətirlərdən «yəhudilərin istənilən sözü andla təsdiqləmək adətinin nə qədər güclü olduğu» görünür. Orada tam xırdalığına kimi qeyd edilir ki, hansı andların yerinə yetirilməsi icbari idi, hansıların yox.
İsa Məsih yerli-yersiz and içməyi mühakimə edən yeganə şəxs deyildi. Yəhudi tarixçisi İosif Flavi yəhudi təriqətlərinin biri haqda demişdi: «Onlar and içmir, and içməyi yalan danışmaqdan betər sayırlar. Onların fikrincə, əgər kimsə başqalarını inandırmaq üçün and içirsə, deməli, o, yalançıdır». «Sirax müdrikliyi» və ya «Ekliziastikus» (23:11) adlanan yəhudi apokrifik yazısında buna bənzər şərh yer alır: «And içməyi adət etmiş insan təpədən dırnağa kimi günahkardır». Odur ki, İsa Məsih lazım gəldi-gəlmədi and içməyi ittiham etmişdi. Həqiqətən də, həmişə düz danışan adamın and içməsinə nə ehtiyac var?