TƏLİM MƏQALƏSİ 35
Yehova təvazökar bəndələrini dəyərləndirir
«Yehova... təvazökar adama nəzər salır» (ZƏB. 138:6).
NƏĞMƏ 48 Hər gün Allahın yolu ilə yeriyək
İCMAL *
1. Yehova təvazökar insanlara necə yanaşır? İzah edin.
YEHOVA təvazökar insanları sevir. İnsan yalnız qəlbən təvazökar olduğu halda, Onunla gözəl, sıx münasibətlərə sahib ola bilər. «Təkəbbürlü adamı isə [O] yaxınına buraxmır» (Zəb. 138:6). Hər birimiz Yehovanı razı salmaq və Onunla gözəl münasibətlər qurmaq istəyirik. Odur ki, özümüzdə təvazökarlıq xüsusiyyətini yetişdirməliyik.
2. Bu məqalədə nəyi araşdıracağıq?
2 Bu məqalədə biz üç sualı müzakirə edəcəyik: 1) Təvazökarlıq nədir? 2) Nə üçün bu xüsusiyyəti yetişdirməliyik? 3) Hansı vəziyyətlər təvazökarlığımızı sınaya bilər? Məqalədən görəcəyik ki, təvazökarlıq həm Yehovanı sevindirir, həm də özümüzün xeyrinədir (Məs. 27:11; Əşy. 48:17).
TƏVAZÖKARLIQ NƏDİR?
3. Təvazökarlıq nədir?
3 Təvazökarlıq «qürurun və təkəbbürün tam əksidir». Təvazökar insan özü haqda yüksək fikirdə olmayan insandır. Müqəddəs Kitabda deyilir ki, o, Allahın qarşısında nə qədər cılız olduğunu dərk edir. Həmçinin təvazökar insan başqaları ilə münasibətlərinə düzgün yanaşır, o qəbul edir ki, hər kəs hansısa sahədə ondan üstündür (Filip. 2:3, 4).
4, 5. Nəyə görə demək olar ki, əsl təvazökarlıq zahiri xüsusiyyətlərlə ölçülmür?
4 Bəzi insanlar yalnız üzdən təvazökar görünür. Ola bilsin, onlar xasiyyətcə utancaq və ya sakitdirlər. Yaxud onlar böyüdükləri mədəniyyətdən, aldıqları tərbiyədən irəli gələrək Luka 6:45).
hörmətcil və nəzakətlidirlər. Əslində isə daxilən çox təkəbbürlü insan ola bilərlər. Amma insanın necə biri olduğu əvvəl-axır üzə çıxır (5 Digər tərəfdən, insanın özünəinamlı, açıqsözlü olması heç də həmişə onun qürurlu olduğundan xəbər vermir (Yəh. 1:46, 47). Bununla belə, ünsiyyətcil insan ehtiyatlı olmalıdır ki, öz xasiyyətinə arxalanmasın, yoxsa onda qürur baş qaldıra bilər. Utancaq, yaxud ünsiyyətcil olmağımızdan asılı olmayaraq, hər birimiz daxilən təvazökar olmaq üçün üzərimizdə işləməliyik.
6. 1 Korinflilərə 15:10 ayəsinə əsasən, həvari Bulusdan nə öyrənə bilərik?
6 Həvari Bulusun nümunəsinə nəzər salaq. Ayrı-ayrı şəhərlərdə yeni yığıncaqlar yaratmaq üçün Yehova ondan çox istifadə etmişdi. Hətta demək olar ki, o, xidmətdə Məsihin digər həvarilərindən daha çox işlər görmüşdü. Bununla belə, Bulus özünü digər qardaşlardan üstün saymırdı. O, təvazökarcasına demişdi: «Mən həvarilərin ən kiçiyiyəm və həvari adlanmağa layiq deyiləm, çünki Allahın yığıncağına zülm etmişəm» (1 Kor. 15:9). Daha sonra o qeyd etmişdi ki, Yehova ilə yaxşı münasibəti öz xüsusiyyətləri, yaxud gördüyü işlər sayəsində yox, Yehovanın lütfü sayəsindədir. (1 Korinflilərə 15:10 ayəsini oxuyun.) Bulus Korinflilərə yazdığı məktubda necə də gözəl təvazökarlıq nümunəsi qoymuşdu. Xüsusilə də, yadımıza salsaq ki, həmin yığıncaqda bəziləri özlərinin Bulusdan daha üstün olduqlarını sübut etməyə çalışırdı (2 Kor. 10:10).
7. Müasir dövrdə yaşamış bir məsul qardaş təvazökarlığa dair necə örnək qoyub?
7 Təvazökarlıq sahəsində bizə gözəl nümunə qoymuş şəxslərdən biri Rəhbərlik *.
Şurasının üzvü olmuş Karl Kleyn qardaşdır. Qardaş öz bioqrafiyasında həyatda üzləşdiyi çətinliklər və zəif cəhətləri barədə təvazökarlıqla danışır. Misal üçün, 1922-ci ildə ilk dəfə iştirak etdiyi ev-ev təbliğ xidməti ona o qədər çətin gəlmişdi ki, haradasa iki il bu xidmətdə iştirak etməmişdi. Bundan başqa, Beyteldə xidmət edəndə bir qardaşın verdiyi ciddi məsləhətə görə bir müddət ona acıqlı qalmışdı. Karl qardaş həmçinin bioqrafiyasında əsəb pozuntusundan əziyyət çəkdiyini, amma sonra sağaldığını da səmimi qeyd edir. Bununla belə, qardaşın çox dəyərli təyinatları olub. Belə bir məsul qardaşın öz zəiflikləri barədə danışması onun nə qədər təvazökar olduğunu göstərir! Bir çox bacı-qardaşımız Karl qardaşı və onun səmimi şəkildə dilə gətirdiyi həyat hekayəsini sevə-sevə xatırlayırNƏ ÜÇÜN TƏVAZÖKARLIQ YETİŞDİRMƏLİYİK?
8. 1 Butrus 5:6 ayəsindən təvazökarlığın Yehovanı sevindirən xüsusiyyət olduğu necə görünür?
8 Təvazökarlıq yetişdirməyimizin başlıca səbəbi Yehovanın bu xüsusiyyəti bəyənməsidir. Həvari Butrusun sözləri bunu aydın göstərir. (1 Butrus 5:6 ayəsini oxuyun.) «Mənim ardımca gəl» kitabında Butrusun sözlərinə belə bir şərh qeyd olunub: «Təkəbbür zəhər kimidir. Öldürücü təsirə malikdir. Bu xüsusiyyət hətta ən bacarıqlı insanı belə, Yehovanın gözündə yararsız edir. Təvazökarlıq isə əksinə, cüzi bacarığı olan insanı belə, Yehova üçün dəyərli edə bilər... [O], təvazökarlığınıza görə böyük məmnuniyyətlə sizə mükafat verəcək» *. Həqiqətən də, Yehovanın ürəyini sevindirməkdən gözəl nə olar bilər? (Məs. 23:15).
9. Təvazökarlığımız başqalarını necə cəlb edir?
9 Təvazökarlıq Yehovanın qəlbini sevindirməklə yanaşı, bir çox sahədə özümüzün də xeyrinədir. Təvazökar olsaq, daha çox insan bizimlə dost olmaq istəyəcək. Səbəbini bilmək üçün özünüzü başqalarının yerinə qoyun (Mət. 7:12). Həmişə öz dediyini yeridən, başqalarının fikrini qəbul etməyən insandan çətin ki kiminsə xoşu gəlsin. Lakin başqalarının «dərdinə şərik, qardaşsevən, şəfqətli və təvazökar» bacı-qardaşlarımızla oturub-durmaq bizə çox xoşdur (1 But. 3:8). Təvazökar insanların əhatəsində olmaq bizə xoş olduğu kimi, təvazökarıqsa, başqaları da bizim əhatəmizdə olmaq istəyəcək.
10. Təvazökarlıq həyatımızı necə asanlaşdırır?
Vaiz 10:7). Həqiqətən də, çox istedadlı şəxslər heç də həmişə lazımınca dəyərləndirilmir. Yaxud o qədər də bacarığı olmayanlara bəzən daha çox hörmət-izzət göstərilir. Lakin Süleyman padşah vurğulamışdı ki, xoşagəlməz vəziyyətlərə görə dilxor olmaqdansa, yaxşı olardı, həyatın reallıqları ilə barışaq (Vaiz 6:9). Təvazökarlıq bizə həyatı görmək istədiyimiz kimi yox, olduğu kimi qəbul etməyə kömək edəcək.
10 Bundan əlavə, təvazökarlıq həyatımızı asanlaşdırır. Bəzən həyatda ədalətsizlik hesab etdiyimiz hallarla üzləşirik. Müdrik Süleyman padşah demişdi: «Nökərləri at belində, əsilzadələri nökər kimi pay-piyada gördüm» (TƏVAZÖKARLIĞIMIZI SINAYAN VƏZİYYƏTLƏR
11. Verilən məsləhətə necə yanaşmalıyıq?
11 Hər gün təvazökarlıq göstərmək üçün çoxlu fürsətimiz olur. Gəlin bir neçə vəziyyətə nəzər salaq: Bizə məsləhət veriləndə. Yadda saxlamaq lazımdır ki, əgər kimsə bizə məsləhət vermək qərarına gəlibsə, deməli, vəziyyət düşündüyümüzdən daha ciddidir. Bu kimi vəziyyətlərdə ilk reaksiyamız məsləhəti qəbul etməmək ola bilər. Bəlkə də, məsləhət verən şəxsə və ya məsləhətin verilmə tərzinə tənqidi yanaşaq. Lakin təvazökarıqsa, düzgün münasibət göstərməyə çalışacağıq.
12. Məsəllər 27:5, 6 ayələrinə əsasən, nəyə görə bizə məsləhət verən insana minnətdar olmalıyıq? Nümunə çəkin.
12 Təvazökar insan verilən məsləhəti qiymətləndirir. Gəlin buna nümunə əsasında baxaq. Təsəvvür edin ki, ibadət görüşündəsiniz. Bir neçə dindaşınızla söhbət etdikdən sonra onlardan biri sizi kənara çəkib deyir ki, dişinizdə nəsə qalıb. Bu sizi bir az utandırsa da, yəqin ki, ona minnətdar olarsınız. Bəlkə də, düşünəcəksiniz, kaş ki, kimsə bunu bir az tez deyərdi! Eynilə, dindaşımız özündə cəsarət tapıb bizə ehtiyacımız olan məsləhəti verəndə təvazökarlıq göstərib ona minnətdar olmalıyıq. Həmin adama düşmən kimi yox, dost kimi yanaşmalıyıq (Məsəllər 27:5, 6 ayələrini oxuyun; Qal. 4:16).
13. Başqalarına məsul iş həvalə olunanda necə təvazökarlıq göstərə bilərik?
13 Kiməsə məsul iş həvalə olunanda. Ceyson adlı bir ağsaqqal deyir: «Bəzən başqalarına hər hansı məsul iş həvalə olunanda düşünürəm: “Niyə məni seçməyiblər?”» Sizin də bu cür hisslər keçirdiyiniz anlar olub? Əslində, Yehovaya xidmətdə daha çox iş görməyə «can atan» insan qəbahət iş tutmur (1 Tim. 3:1). Bununla yanaşı, düzgün düşüncə tərzini qorumaq gərəkdir. Ehtiyatlı olmasaq, ürəyimizdə təkəbbür yuva sala bilər. Məsələn, məsihidə belə bir düşüncə yarana bilər ki, yığıncaqdakı filan işi görməyə ən uyğun namizəd odur. Yaxud hansısa bacı düşünə bilər: «Mənim həyat yoldaşım bu işi filan qardaşdan daha yaxşı görərdi!» Fəqət biz həqiqətən təvazökarıqsa, bu cür təkəbbürlü düşüncədən uzaq duracağıq.
14. Musa peyğəmbərin başqalarının aldığı məsuliyyətlərə münasibətindən nə öyrənirik?
14 Musa peyğəmbərin başqalarının məsuliyyət almasına necə münasibət göstərməsindən çox şey öyrənmək olar. O, İsrail xalqına rəhbərlik etmək tapşırığını çox qiymətləndirirdi. Bəs Yehova onun gördüyü bəzi işləri başqalarına həvalə edəndə peyğəmbər necə davranmışdı? O, paxıllıq etməmişdi (Say. 11:24—29). Musa peyğəmbər təvazökar insan idi və xalqa hakimlik etmək işində başqalarının ona kömək etməsinə razı olmuşdu (Çıx. 18:13—24). Hakimlik edən şəxslərin sayının artması sayəsində israillilərin məsələlərinə daha tez baxılırdı. Bundan görünür ki, Musa peyğəmbər başqalarının rifahını daşıdığı məsuliyyətlərdən daha üstün tuturdu. Bizim üçün necə də gözəl örnəkdir! Unutmamalıyıq ki, Yehova üçün tam yararlı olmaq istəyiriksə, təvazökarlığımız bacarıqlarımızdan daha üstün olmalıdır. Çünki «Yehova nə qədər uca olsa da, təvazökar adama nəzər salır» (Zəb. 138:6).
15. Bir çoxları hansı yeni vəziyyətlə üzləşib?
15 Vəziyyət dəyişəndə. Son bir neçə ildir ki, Yehovaya uzun müddət xidmət etmiş bir çox bacı-qardaşın təyinatı dəyişib. Misal üçün, 2014-cü ildə vilayət nəzarətçiləri və həyat yoldaşları tamvaxtlı xidmətin başqa növünə təyin olunublar. Həmin ildən etibarən, 70 yaşına çatmış rayon nəzarətçiləri artıq öz təyinatlarından azad olunur. Həmçinin 80 və ondan yuxarı yaşda olan qardaşlar yığıncağın ağsaqqallar şurasının
koordinatoru ola bilməzlər. Bundan əlavə, son bir neçə il ərzində Beytel ailəsindən bir çoxları sahə xidmətinə təyin olunub. Xüsusi tamvaxtlı xidmətdə olanların bəziləri isə səhhətlərindəki problemlər, ailə məsuliyyətləri, yaxud digər şəxsi səbəblər ucbatından təyinatlarını dayandırmalı olub.16. Bacı-qardaşlarımız yeni vəziyyətə uyğunlaşmaqda necə təvazökarlıq göstərib?
16 Onlara bu cür dəyişikliklərə uyğunlaşmaq o qədər də asan olmadı. Təbii ki, onlar əvvəlki təyinatlarına çox bağlı olublar, əksər hallarda onlar uzun illər bu təyinatda sevə-sevə xidmət ediblər. Bəziləri yeni şəraitlərinə uyğunlaşana qədər çox kədərli anlar yaşadılar. Xidmətin başqa növlərinə təyinat alan bir çox bacı-qardaş uzun illər xidmət etdikləri təyinatlarının həsrətini çəkirdi. Yeni vəziyyətlərinə öyrəşənə qədər onlar çox kədərli anlar yaşadılar. Amma vaxt keçdikcə uyğunlaşdılar. Nəyin sayəsində? Onlara kömək edən başlıca səbəb Yehovaya məhəbbət idi. Onlar bilirlər ki, özlərini hər hansısa işə, ad-sana, təyinata yox, Yehovaya həsr ediblər (Kol. 3:23). İstənilən vəziyyətdə Yehovaya xidməti təvazökarlıqla davam etmək onlara çox xoşdur. Onlar bütün qayğılarını Yehovanın üzərinə qoyurlar, çünki bilirlər ki, O, qayğılarını çəkir (1 But. 5:6, 7).
17. Allahın Kəlamının təvazökarlığa səsləməsi nəyə görə bizdə minnətdarlıq hissi oyadır?
17 Nə xoşdur ki, Allahın Kəlamı bizi təvazökar olmağa səsləyir. İnsanların xoşuna gələn bu xüsusiyyəti özümüzdə inkişaf etdirmək həm bizə, həm də başqalarına xeyir gətirir. Təvazökar olmağın sayəsində həyatda üzləşdiyimiz çətinliklərin öhdəsindən gəlmək daha asan olur. Ən əsası isə, bu xüsusiyyət bizi səmavi Atamıza yaxınlaşdırır. Uca, Ulu Tanrı Yehovanın təvazökar bəndələrini sevdiyini, qiymətləndirdiyini bilmək necə də xoşdur! (Əşy. 57:15).
NƏĞMƏ 45 Qəlbimdəki düşüncələr
^ abz. 5 Təvazökar olmaq olduqca vacibdir. Bəs təvazökarlıq nədir? Nə üçün təvazökar olmağı öyrənməliyik? Vəziyyətimizin dəyişməsi təvazökarlığımızı necə sınaya bilər? Məqalədə bu vacib suallara cavab veriləcək.
^ abz. 7 «Gözətçi qülləsi» jurnalının 1984-cü il 1 oktyabr sayının (ing.) 21—28 səhifələrinə baxa bilərsiniz. Həmçinin «Gözətçi qülləsi» jurnalının 2001-ci il 1 iyul sayının 31-ci səhifəsinə baxa bilərsiniz.
^ abz. 8 Kitabın 3-cü fəslinin 23-cü abzasına (rus.) baxın.
^ abz. 53 ŞƏKLİN İZAHI. Həvari Bulus bir qardaşın evində qonaq olarkən, kiçikdən tutmuş böyüyə qədər hər kəslə təvazökarcasına söhbət edir.
^ abz. 57 ŞƏKLİN İZAHI. Yaşlı bir qardaş özündən kiçik qardaşın Müqəddəs Kitabdan verdiyi məsləhəti qəbul edir.
^ abz. 59 ŞƏKLİN İZAHI. Yaşlı qardaş ondan yaşca kiçik qardaşın yığıncaqda məsuliyyətlər daşımasına paxıllıq etmir.