TƏLİM MƏQALƏSİ 3
Sən Allahın Yehova üçün dəyərlisən!
«Odur miskin halımızda bizi unutmayan» (ZƏB. 136:23).
NƏĞMƏ 33 Qayğı yükünü Yehovaya ver
İCMAL *
1, 2. Yehovanın bir çox xidmətçisi hansı vəziyyətlərlə üzləşir və bu vəziyyətlər onlara necə təsir edə bilər?
ÜÇ SƏHNƏNİ təsəvvür edək: Bir cavan qardaşda get-gedə ağırlaşan xəstəlik aşkar olunur. Ortayaşlı zəhmətkeş qardaş işini itirir və nə qədər çalışsa da, iş tapa bilmir. Bir yaşlı bacı Yehovaya xidmətdə əvvəlki qədər iştirak edə bilmir.
2 Bu səhnələrdən hansısa biri sizə də aiddirsə, ola bilsin, özünüzü yararsız hiss edirsiniz. Bu kimi vəziyyətlər sevincinizi, özünəhörmət hissinizi itirməyinizə və insanlarla münasibətlərinizin korlanmasına səbəb ola bilər.
3. Şeytan və onun təsiri altında olanlar insan həyatına necə yanaşır?
3 Bu dünyanın insan həyatına münasibəti Şeytanın baxış tərzini əks etdirir. Şeytan həmişə insanlarla dəyərsiz bir şey kimi rəftar edib. O, Allaha itaətsizliyin ölümlə nəticələnəcəyini yaxşı bildiyi halda, rəhmsizcəsinə Həvvaya azad olacağını demişdi. Şeytan bu dünyanın kommersiya, siyasi və dini sferasını həmişə idarə edib. Odur ki, bir çox biznesmenlərin, siyasətçilərin və din xadimlərinin insan həyatına, insan ləyaqətinə dəyər verməməsi təəccüblü deyil.
4. Bu məqalədə nəyi araşdıracağıq?
4 Lakin Yehova istəyir ki, qiymətli olduğumuzu bilək. O, özümüzü dəyərsiz hiss etdiyimiz vəziyyətlərlə üzləşəndə bizə dayaq olur (Zəb. 136:23; Rom. 12:3). Bu məqalədə Yehovanın növbəti vəziyyətlərdə bizə necə kömək etdiyini müzakirə edəcəyik: 1) Xəstəlikdən əziyyət çəkəndə, 2) maddi çətinliklə üzləşəndə, 3) qocalıq ucbatından Yehovaya xidmətə yararsız olduğumuzu düşünəndə. İlk növbədə, gəlin görək Yehova üçün dəyərli olduğumuza nə üçün əmin ola bilərik.
YEHOVA ÜÇÜN DƏYƏRLİYİK
5. İnsanların Yehova üçün dəyərli olduğuna sizi nə əmin edir?
5 Torpaqdan yaransaq da, Yehovanın gözündə torpaqdan qat-qat dəyərliyik (Yar. 2:7). Yehova üçün qiymətli olduğumuzu göstərən bir neçə amilə nəzər salaq. Allah insanı Öz xüsusiyyətlərini təcəssüm etdirmək qabiliyyəti ilə yaratdı (Yar. 1:27). Bununla O, insanı yer üzündə yaratdığı hər bir şeydən daha üstün etdi və ona yer kürəsinin, heyvanların üzərində ağalıq verdi (Zəb. 8:4—8).
6. Yehovanın qeyri-kamil insanlara dəyər verdiyini daha nə sübut edir?
6 Hətta Adəm günah işləyəndən sonra da, insanlar Yehovanın gözündə dəyərini itirmədi. Yehova üçün o qədər qiymətliyik ki, O bizim günahlarımız uğrunda Öz sevimli Oğlunu fidyə verdi (1 Yəh. 4:9, 10). Fidyə sayəsində Yehova Adəmin günahı nəticəsində ölənləri, «həm salehləri, həm də qeyri-salehləri» dirildəcək (Həv. 24:15). Allahın Kəlamı göstərir ki, səhhətimizdən, maddi durumumuzdan və yaşımızdan asılı olmayaraq, hər birimiz Onun üçün dəyərliyik (Həv. 10:34, 35).
7. Yehovanın xidmətçilərinə dəyər verdiyinə dair daha hansı dəlillər var?
7 Yehova üçün dəyərli olduğumuzu göstərən başqa dəlillər də var. Yehova bizi Özünə cəlb edib və xoş xəbərə necə hay verdiyimizə diqqət yetirib (Yəh. 6:44). Biz Ona yaxınlaşmağa başladıqca, O da bizə yaxınlaşıb (Yaq. 4:8). Yehova həmçinin gücündən və vaxtından istifadə edərək bizə təlim verməklə də Onun üçün dəyərli olduğumuzu göstərir. O bizim indi necə bir insan olduğumuzu və necə insan ola biləcəyimizi bilir. Eləcə də, bizi sevdiyi üçün tərbiyələndirir (Məs. 3:11, 12). Bunlar Yehova üçün dəyərli olduğumuza dair güclü dəlillərdir!
8. Zəbur 18:27—29 ayələri çətinliklərə münasibətimizə necə təsir edə bilər?
8 Bəziləri Davud padşahın yararsız olduğunu hesab edirdi, amma o, Yehovanın onu sevdiyini və dəstəklədiyini bilirdi. Bu, Davuda üzləşdiyi vəziyyətə düzgün yanaşmağa kömək edirdi (2 İşm. 16:5—7). Kədərə qərq olanda, yaxud problemlərlə üzləşəndə Yehova vəziyyətə başqa cür yanaşmağımıza və istənilən çətinliyi aşmağımıza kömək edə bilər. (Zəbur 18:27—29 ayələrini oxuyun.) Nə qədər ki Yehova bizə dayaqdır, heç nə bizi Ona sevinclə xidmət etməkdən saxlaya bilməz (Rom. 8:31). Bəzən Yehovanın bizi sevdiyini və bizə dəyər verdiyini bilməyə xüsusilə ehtiyacımız olur. Gəlin üç belə vəziyyətə nəzər salaq.
XƏSTƏLİKLƏ MÜBARİZƏ
9. Xəstəlik ucbatından özümüzə qarşı hansı düşüncə yarana bilər?
9 Xəstəlik bizə mənəvi zərbə vura bilər, belə ki, artıq heç nəyə yaramadığımızı düşünə bilərik. Başqaları bizim məhdudiyyətlərimizi görəndə, yaxud kiminsə köməyindən asılı olanda sıxıla bilərik. Hətta başqaları bizim xəstəliyimizdən bixəbər olsa da, əvvəlki qədər çox şey edə bilmədiyimizə görə utana bilərik. Yehova bizə belə kədərli anlarımızda qol-qanad verə bilər. O, bunu necə edir?
10. Məsəllər 12:25 ayəsinə əsasən, xəstə olanda bizə nə kömək edə bilər?
10 Xəstə olanda «xoş söz» əhvalımızı Məsəllər 12:25 ayəsini oxuyun.) Yehova Öz Kəlamında xəstəliyimizə rəğmən Ona əziz olduğumuzu göstərən xoş sözlər həkk etdirib (Zəb. 31:19; 41:3). Allahdan ilham almış bu sözləri oxusaq, hətta təkrar-təkrar oxusaq, Yehova xəstəliyimiz ucbatından keçirdiyimiz mənfi hisslərin öhdəsindən gəlməyə kömək edəcək.
qaldıra bilər. (11. Bir qardaş Yehovanın dəstəyini necə duymuşdu?
11 Gəlin Horhe adlı bir cavan qardaşın yaşadıqlarına nəzər salaq. Horhe sürətlə pisləşən xəstəliyə tutulmuşdu və özünü lazımsız hiss edirdi. O deyir: «Xəstəliyimin mənə yaşatdıqlarına, onun başqalarının diqqətini çəkdiyi üçün keçirdiyim utancaqlıq hissinə hazır deyildim. Vəziyyətim pisləşdikcə həyatımın necə dəyişəcəyi barədə düşünürdüm. Yaman pərişan olmuşdum, Yehovaya yalvarırdım ki, kömək etsin». Yehova Horhe qardaşa necə dayaq oldu? Qardaş deyir: «Xəstəliyimlə bağlı fikir çəkdiyimdən diqqətimi toplamaq çətin idi. Məni təşviq etmişdilər ki, Zəbur kitabından Yehovanın bəndələrinə necə qayğı göstərdiyi barədə olan ayələri az-az oxuyum. Həmin ayələri hər gün təkrar-təkrar oxuyaraq təsəlli, rahatlıq tapırdım. Bir müddətdən sonra ətrafımdakı insanlar daha çox gülümsədiyimi deyirdilər. Hətta deyirdilər ki, mənim müsbət əhval-ruhiyyəm onları ruhlandırır. Onda başa düşdüm ki, bu, Yehovanın dualarıma cavabıdır! Yehova özümə qarşı münasibətimi dəyişməyimə kömək etdi. Diqqətimi Allahın Kəlamına, xəstəliyimə rəğmən, Onun mənə necə yanaşdığını göstərən fikirlərə cəmləməyə başladım».
12. Xəstəliklə mübarizə aparanda Yehovanın dayağını necə duya bilərsiniz?
12 Siz də xəstəliklə mübarizə aparırsınızsa, əmin olun ki, Yehova nələr çəkdiyinizi bilir. Yehovaya yalvarın ki, vəziyyətinizə düzgün yanaşmağa kömək etsin. Sonra Onun Müqəddəs Kitabda sizin üçün həkk etdirdiyi xoş sözləri axtarın. Diqqətinizi Yehovanın xidmətçilərini nə qədər dəyərləndirdiyini göstərən ayələrə cəmləyin. Beləcə, Allahımızın Ona sədaqətlə xidmət edənlərə qarşı nə qədər kəramətli olduğunu görəcəksiniz (MADDİ ÇƏTİNLİKLƏ MÜBARİZƏ
13. İşini itirmək ailə başçısına necə təsir edə bilər?
13 Hər bir ailə başçısı istəyir ki, ailəsini zəruri şeylərlə təmin edə bilsin. Təsəvvür edin ki, bir qardaş heç bir səhvi olmadığı halda işdən azad olunur. Yeni iş tapmaq üçün çox çalışır, amma tapa bilmir. Bu cür vəziyyətlə üzləşdikdən sonra o, özünü dəyərsiz hiss edə bilər. Bəs diqqətini Yehovanın vədlərinə cəmləməsi qardaşa necə kömək edə bilər?
14. Yehova hansı səbəblərə görə vədlərinə sadiqdir?
14 Yehova həmişə vədlərinə sadiq qalır (Yuş. 21:45; 23:14). O bunu bir neçə səbəbə görə edir. Birincisi, Öz adı naminə. Yehova söz verib ki, sədaqətli xidmətçilərinin qayğısına qalacaq və bu vədini yerinə yetirməyi Özünə borc bilir (Zəb. 31:1—3). Üstəlik, Yehova bilir ki, əgər O, bizim qayğımıza qalmasa, ailəsinin bir hissəsi olan bizlər çox məyus olarıq. O bizi həm maddi, həm də ruhani şeylərlə təmin edəcəyinə söz verir və heç bir şey Onun bu vədini gerçəkləşdirməsinə mane ola bilməz! (Mət. 6:30—33; 24:45).
15. a) Birinci əsrdəki məsihilər hansı çətinliklə üzləşmişdi? b) Zəbur 37:18, 19 ayələri bizi nəyə əmin edir?
Həv. 8:1). Bunun nə demək olduğunu bir təsəvvür edin. Onlar maddi çətinliklə üzləşmişdilər. Güman ki, məsihilər evlərini və işlərini itirmişdilər. Bununla belə, nə Yehova onları atdı, nə də onlar sevincini itirdi (Həv. 8:4; İbr. 13:5, 6; Yaq. 1:2, 3). Yehova bu sadiq məsihilərə dayaq olmuşdu, O bizə də dayaq olacaq. (Zəbur 37:18, 19 ayələrini oxuyun.)
15 Yehovanın Öz vədlərini nə üçün yerinə yetirdiyini yadda saxlasaq, maddi çətinliklər zamanı Onun bizə dayaq olacağına əmin olacağıq. Gəlin birinci əsrdəki məsihilərin nümunəsinə baxaq. Yerusəlimdəki yığıncağa qarşı böyük təqiblər başlayanda «həvarilərdən başqa şagirdlərin hamısı» digər şəhərlərə qaçmışdı (QOCALIĞIN GƏTİRDİYİ ÇƏTİNLİKLƏRLƏ MÜBARİZƏ
16. Xidmətimizin Yehova üçün dəyərsiz olduğunu düşünməyimizə nə səbəb ola bilər?
16 Yaşa dolduqca Yehovaya xidmətdə əlimizdən çox az şey gəldiyini düşünə bilərik. Davud padşah da yaşa dolanda bu kimi hisslər keçirmişdi (Zəb. 71:9). Bəs Yehova bizə necə kömək edə bilər?
17. Ceri adlı bacının nümunəsindən nə öyrənə bilərik?
17 Gəlin Ceri adlı bir bacının nümunəsinə nəzər salaq. O, ibadət evində keçirilən teokratik binalara qulluqla bağlı seminara dəvət olunmuşdu, lakin seminara qatılmaq istəmirdi. Bacı düşünürdü: «Mən yaşlıyam, dulam və bu işdə Yehovaya yararlı olacaq heç bir bacarığım yoxdur. Mən heç nəyə yaramıram». Seminardan öncəki gecə o, duada ürəyini Yehovaya boşaldır. Növbəti gün ibadət evinə çatanda
Ceri bacı hələ də seminara qatılmağa tərəddüd edir. Seminar vaxtı natiqlərdən biri qeyd edir ki, bizim ən dəyərli bacarığımız Yehovadan təlim almaq istəyimizdir. Ceri bacı deyir: «Düşündüm ki, bu bacarıq məndə var! Bunun duama cavab olduğunu başa düşəndə göz yaşlarımı saxlaya bilmədim. Yehova məni əmin etdi ki, Ona verə biləcəyim dəyərli bir şeyə sahibəm və mənə təlim vermək istəyir!» Bacı həmin günü xatırlayaraq deyir: «Seminara gedəndə özümü narahat, məyus və dəyərsiz hiss edirdim. Lakin oradan çıxanda daxilimdə əminlik, ruh yüksəkliyi var idi, daha özümü yararsız hiss etmirdim!»18. Müqəddəs Kitab Yehovanın hətta yaşlansaq belə, xidmətimizi dəyərləndirdiyini necə göstərir?
18 Yaşa dolsaq da, əmin ola bilərik ki, Yehovaya xidmətdə görəcəyimiz çox iş var (Zəb. 92:12—15). İsa Məsih demişdi ki, bacarığımız nə qədər məhdud olsa da, etdiyimiz şeylər nə qədər kiçik görünsə də, Yehova Ona xidmətdə gördüyümüz hər bir işi çox qiymətləndirir (Luka 21:2—4). Odur ki, diqqətinizi bacardığınız şeylərə cəmləyin. Misal üçün, Yehova haqda danışa, bacı-qardaşlar üçün dua edə, kimlərisə sadiq qalmağa təşviq edə bilərsiniz. Yehova bacardığınız şeylərə görə yox, Ona itaət etmək istəyinizə görə sizi Özünə əməkdaş seçib (1 Kor. 3:5—9).
19. Romalılara 8:38, 39 ayələri bizə hansı əminliyi verir?
19 Yehovaya — xidmətçilərini sözün əsl mənasında dəyərləndirən Allaha ibadət etdiyimizə görə çox xoşbəxtik! Yehova bizi Öz niyyətini icra etməyimiz üçün yaradıb və həyatımıza əsl məna qatan pak ibadətdir (Vəhy 4:11). Dünya bizə dəyərsiz yanaşa bilər, amma biz Yehova üçün dəyərliyik (İbr. 11:16, 38). Odur ki, xəstəlik, maddi çətinlik, yaxud qocalıq ucbatından məyusluğa qərq olanda, unutmayın ki, heç nə sizi Yehovanın məhəbbətindən ayıra bilməz. (Romalılara 8:38, 39 ayələrini oxuyun.)
^ abz. 5 Özünüzü dəyərsiz hiss etməyinizə səbəb olan vəziyyətlərlə üzləşmisiniz? Bu məqalə sizi bir daha əmin edəcək ki, Yehova üçün çox qiymətlisiniz. Məqalədə həmçinin həyatınızda nələrin baş verməsindən asılı olmayaraq, özünüz haqda müsbət düşüncəni qoruyub saxlamağın yolları araşdırılır.
NƏĞMƏ 30 Allahım, Atam və Dostum