Kontentə keç

Mündəricatı göstər

Qırğısıztanın Taş Rabat vadisində yerləşən yurtlar

ÖLKƏLƏR VƏ XALQLAR

Qırğızıstana səyahət

Qırğızıstana səyahət

QIRĞIZISTAN Mərkəzi Asiyada yerləşən dövlətlərdən biridir. Hündür, başıqarlı dağlarla əhatə olunan bu ölkə Qazaxıstan, Özbəkistan, Tacikistan və Çin dövlətləri ilə həmsərhəddir. Ərazisinin təxminən 90 faizini dağlar təşkil edir. Qırğızıstan Tyan-Şan dağlarının ən uca zirvəsində, dəniz səviyyəsindən 7439 metr hündürlükdə yerləşir. Ölkənin quru sahəsinin 4 faizini meşələr tutur. Qeyd etmək lazımdır ki, dünyanın ən böyük yabanı qoz meşələrindən biri Qırğızıstanda yerləşir.

Yehovanın Şahidləri Qırğızıstanda minlərlə insana Müqəddəs Kitab dərsi keçir

Qırğız xalqı öz qonaqpərvərliyi ilə məşhurdur. Onlar çox hörmətcil insanlardır. Qırğızlar özlərindən böyüklərə «siz» deyə müraciət edir, ictimai nəqliyyatda onlara yer verir, həmçinin onları süfrədə stolun başında əyləşdirirlər.

Hər ailədə azı üç uşaq olur. Evin kiçik oğlu evlənəndən sonra da valideynləri ilə yaşayır və onlara baxır.

Qız uşaqlarına kiçik yaşlarından ev işlərini öyrədirlər. Yeniyetmə yaşına çatanda artıq onların əlindən hər iş gəlir. Valideynlər qızları üçün cehiz yığırlar. Cehiz kimi, adətən, yataq dəstələri, pal-paltar, əllə toxunmuş xalça və digər şeylər verirlər. Oğlan evi isə başlıq pulu və mal-heyvan verir.

Həm şənliklərdə, həm də yas mərasimlərində qoyun və ya at kəsilir. Kəsilmiş ət qonaqlara yaşı və kimliyi nəzərə alınaraq paylanılır. Bu adətin də kökündə hörmət dayanır. Sonra beşbarmaq adlanan milli xörək süfrəyə təqdim olunur. Bu yemək əllə yeyilir.

Komuz ən məşhur qırğız xalq çalğı alətidir