Kontentə keç

Mündəricatı göstər

STRESİ DƏF ETMƏK MÜMKÜNDÜR

Stres yaşayırsınız?

Stres yaşayırsınız?

«Hamı müəyyən dərəcədə stres keçirdir. Amma mənim başım stresdən heç açılmır. Stresimə səbəb olan təkcə bir problem deyil. Çətinliyim çoxdur, uzun illərdir ki, fiziki və əqli cəhətdən xəstə olan həyat yoldaşıma baxıram» (Cil a).

«Həyat yoldaşım məni atdı. İki uşağımı təkbaşıma böyütməli oldum. Uşağa tək baxmaq çox çətin idi. Üstəlik, işimi də itirdim. Avtomobilimi texniki baxışdan keçirməyə pulum yox idi. Stresdən başımı itirmişdim. Ürəyimin dərinliyində başa düşürdüm ki, özünü öldürmək günahdır. Allaha yalvarırdım ki, canımı alsın, qurtulum» (Bari).

Heç elə olub ki, Cil və Bari kimi, stresdən başınızı itirmisiniz? Əgər belədirsə, növbəti məqalələr sizə təskinlik verə bilər və kömək edə bilər. Bu məqalələrdə stresin səbəbləri, insan orqanizminə təsiri və stresi müəyyən qədər dəf etməyin yolları barədə oxuya bilərsiniz.

a Adlar şərtidir.