Kontentə keç

Mündəricatı göstər

STRESİ DƏF ETMƏK MÜMKÜNDÜR

Stressiz həyat mümkündür

Stressiz həyat mümkündür

Müqəddəs Kitabdakı hikmət insana lazımsız stresdən qaçmağa kömək edə bilər. Biz özümüz stres yaradan hər şeyi aradan qaldıra bilmərik. Amma Yaradanımız bunu etməyə qadirdir. O hətta bir kəsi bizə kömək etmək üçün təyin edib. Bu, İsa Məsihdir. İsa Məsih yer üzündə olanda möhtəşəm işlər görmüşdü. Tezliklə, onlardan da artığını dünya miqyasında icra edəcək. Məsələn:

İSA MƏSİH XƏSTƏLƏRƏ ŞƏFA VERƏCƏK.

«Müxtəlif xəstəliklərdən və ağrılardan əzab çəkən bütün xəstələri... İsanın yanına gətirdilər və o, bu adamları sağaltdı» (MƏTTA 4:24).

İSA MƏSİH HƏR KƏSİ EVLƏ, QİDA İLƏ TƏMİN EDƏCƏK.

«Onlar [Məsihin təbəələri] evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək» (ƏŞİYA 65:21, 22).

İSA MƏSİHİN HAKİMİYYƏTİ BÜTÜN DÜNYADA SÜLHÜ VƏ ƏMİN-AMANLIĞI BƏRQƏRAR EDƏCƏK.

«Onun dövründə saleh adam çiçəklənəcək, ay durduqca hər yanda sülh olacaq. Səltənəti dənizdən-dənizə, çaydan tutmuş ta dünyanın hüdudlarınadək uzanacaq... Düşmənləri torpağı yalayacaq» (ZƏBUR 72:7—9).

İSA MƏSİH ƏDALƏTSİZLİYƏ SON QOYACAQ.

«O, fağır-füqəranın halına acıyacaq, fəqirlərin canını xilas edəcək. Canlarını zülmdən, zorakılıqdan qurtaracaq» (ZƏBUR 72:13, 14).

İSA MƏSİH ƏZAB-ƏZİYYƏTİ, ÖLÜMÜ YOX EDƏCƏK.

«Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (VƏHY 21:4).