OYANIN! № 2, 2018 | Uğurlu ailənin 12 sirri
Uğurlu ailənin 12 sirri
Ailə həyatının nəyə görə uğursuzluğa düçar olduğu haqda çox şey eşidirik. Bəs uğura necə nail ola bilərik?
1990—2015-ci illər ərzində Birləşmiş Ştatlarda boşanmanın sayı 50 yaşdan yuxarı insanlar arasında ikiqat, 65 yaşdan yuxarı insanlar arasında isə üçqat artıb.
Valideynlər çaş-baş qalıblar: bəzi mütəxəssislər uşaqları tez-tez tərifləməyi, digərləri isə onları sərt şəkildə tərbiyə etməyi məsləhət görür.
Gənclər uğurlu olmaları üçün lazım olan qabiliyyətlərə yiyələnməmiş yetkinlik yaşına qədəm qoyurlar.
Fəqət, bu faktdır ki . . .
nikah telləri xoşbəxt və daimi ola bilər.
valideynlər övladlarını məhəbbətlə tərbiyə etməyi öyrənə bilər.
gənclər yetkin yaşda onlara lazım olacaq qabiliyyətlərə yiyələnə bilər.
Necə? «Oyanın!» jurnalının bu sayında uğurlu ailənin 12 sirri araşdırılacaq.
1. Sədaqət
Üç praktiki məsləhət ər-arvadlara ayrılmamağa kömək edə bilər.
2. Əməkdaşlıq
Həyat yoldaşınız daha çox otaq yoldaşı kimidir?
3. Hörmət
Həyat yoldaşınıza hörmət qoyduğunuzu göstərmək üçün hansı söz və hərəkətlər vacib olduğunu öyrənin.
4. Bağışlamaq
Həyat yoldaşınızın səhvini bağışlamağa sizə nə kömək edə bilər?
5. Ünsiyyət
Üç əsas addım sizə uşaqlarınıza yaxınlaşmağa kömək edə bilər.
6. Tərbiyə
Tərbiyə uşağın özünəinam hissini azaldırmı?
7. Dəyərlər
Uşaqlarınıza hansı normativləri öyrətməlisiniz?
8. Örnək
Uşağınızın sözünüzə qulaq asmasını istəyirsinizsə, sözünüzlə əməlləriniz üst-üstə düşməlidir.
9. Şəxsiyyət
Gənclər etiqadlarını necə müdafiə edə bilər?
10. Etibar
Valideynlərinin etibarını qazanmaq yetkin insan olmaq üçün vacib addımdır.
11. Zəhmətkeşlik
Bir gənc kimi zəhmətkeşliyi öyrənmək sizə həyatın hər sahəsində uğurlu olmağa kömək edəcək.
12. Məqsədlər
Məqsədlərə nail olmaq sizdə özünəinam yaradacaq, dostluq münasibətlərinizi gücləndirəcək və xoşbəxtliyinizi artıracaq.
Ailələr üçün əlavə kömək
Uğurlu ailənin sirri Müqəddəs Kitabdadır.