5. Əzablar nə vaxtsa bitəcək?
Bunu bilmək nəyə görə vacibdir?
Əgər əzabların bitəcəyinə inanmaq üçün əsasımız olsa, həyata nikbin baxacağıq və Allahla bağlı yanlış fikirlərdən azad olacağıq.
Düşünün
Çoxları əzablara son qoymaq istəyərdi, amma əllərindən heç nə gəlmir. Növbəti məqamlara diqqət yetirin.
Tibb sahəsindəki nailiyyətlərə rəğmən,..
-
Ürək xəstəlikləri ölüm hallarının başlıca səbəbi olaraq qalır.
-
Xərçəng hər il milyonlarla insanın həyatına son qoyur.
-
«Dünyada uzun illərdir mövcud olan, yeni yaranan və yenidən baş qaldıran infeksion xəstəliklər hələ də tüğyan edir», — deyə bir mütəxəssis qeyd edir («Frontiers in Immunology»).
Büdcəsi zəngin olan bəzi ölkələrdə belə,..
-
Hər il milyonlarla uşaq ölür və bu, çox vaxt yoxsul əhalinin məskunlaşdığı ərazilərin payına düşür.
-
Milyardlarla insanın yaşadığı ərazidə lazımi sanitar-gigiyena şəraiti mövcud deyil.
-
Yüz milyonlarla insan təmiz su qıtlığından əziyyət çəkir.
İnsan hüquqları barədə cəmiyyətdə məlumat getdikcə artsa da,..
-
Bir çox ölkələrdə insan alveri davam edir. BMT-nin hesabatına əsasən, cinayətkarları cəzalandırmayan ölkələr «ya problemə göz yumurlar, ya da bu cinayətlə mübarizə aparmaq üçün kifayət qədər resurslara malik deyillər».
ƏLAVƏ MƏLUMAT
jw.org saytından «Allahın Padşahlığı nədir?» adlı videoya baxın.
Müqəddəs Kitabda deyilir
Allah qayğımızı çəkir.
Allah bizim ağrı-acımıza, əzablarımıza biganə deyil.
«O [Allah], məzlumun dərdini rədd etmədi, sitəmindən iyrənmədi, ondan üz döndərmədi, fəryadını eşitdi» (ZƏBUR 22:24).
«Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 BUTRUS 5:7).
Əzablar sonsuzadək davam etməyəcək.
Müqəddəs Kitabda vəd olunur ki, Allahın insanlarla bağlı niyyəti gerçəkləşəcək.
«Allah... onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (VƏHY 21:3, 4).
Allah əzabların səbəbini aradan qaldıracaq.
Allah bunu qurduğu Padşahlıq vasitəsilə həyata keçirəcək. Müqəddəs Kitaba əsasən, Allahın Padşahlığı gerçək hökumətdir.
«Göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq. Bu padşahlıq başqa xalqa keçməyəcək... Əbədi duracaq» (DƏNYAL 2:44).