Yadınızdadırmı?
«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuz? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.
İsa «zindanda olan ruhani varlıqlara» nə zaman təbliğ etmişdi? (1 Pet. 3:19).
İsa dirildikdən bir müddət sonra günahlı mələklərə layiq olduqları cəzanı bəyan etdi (15/6, səhifə 23).
İkinci nikahda hansı üç çətinlik yarana bilər?
Keçmiş xatirələr; köhnə dostlar; əvvəlki həyat yoldaşının xəyanəti ucbatından yaranan etibarsızlıq (1/7, səhifə 9, 10).
İsa qoyunları keçilərdən nə zaman ayıracaq? (Mat. 25:32).
Bu, İsa böyük müsibət zamanı gələndə, yalan din məhv olandan sonra baş verəcək (15/7, səhifə 6).
Buğda və alaq otları məsəlində xatırlanan qanunsuz işlər görənlər nə zaman ağlaşıb dişlərini qıcayacaqlar? (Mat. 13:36, 41, 42).
Onlar böyük müsibət zamanı məhvdən canlarını qurtara bilməyəcəklərini görəndə çarəsiz halda ağlaşacaq və qəzəbdən «dişlərini qıcayacaqlar» (15/7, səhifə 13).
İsanın sadiq və ağıllı nökər barədə dedikləri nə zaman yerinə yetəcək? (Mat. 24:45—47).
Bu peyğəmbərlik eramızın 33-cü ilinin Əllinci gün bayramında yox, 1914-cü ildən sonra yerinə yetməyə başlayıb. 1919-cu ildə İsa nökəri evindəki qulluqçuların üzərinə təyin etdi. Evdəki qulluqçulara ruhani qidanı qəbul edən bütün məsihçilər daxildir (15/7, səhifə 21—23).
İsa bütün əmlakının idarəsini nökərə nə vaxt tapşırır?
Bu, gələcəkdə, sadiq nökər böyük müsibət zamanı göylər mükafatını alanda baş verəcək (15/7, səhifə 25).
Allahın verdiyi gücdən savayı, 230 nəfər Yehovanın Şahidinə Zaksenxauzen həbs düşərgəsində ölüm marşından sağ çıxmağa nə kömək etdi?
Aclıq və xəstəliyin onları əldən salmasına baxmayaraq, onlar bir-birini durmadan ruhlandırırdılar (15/8, səhifə 18).
Nəyə görə israillilərin İordan çayından Vəd olunmuş diyara keçmələri barədə məlumat bizi ruhlandırır?
Çayın sularının daşmasına baxmayaraq, xalqın çayı keçə bilməsi üçün Yehova suyu dayandırdı. Çox ehtimal ki, bu, onların Yehovaya imanlarını və etibarlarını möhkəmləndirdi. Bu məlumat bizi də ruhlandıra bilər (15/9, səhifə 16).
Müqəddəs Kitabda rənglərin tez-tez xatırlanması nəyi göstərir?
Müqəddəs Kitabda rənglərin istifadə olunması göstərir ki, Allah rənglərin insanlara emosinal təsir göstərdiyini və müəyyən şeyləri xatırlamağa kömək etdiyini başa düşür (1/10 səhifə 14, 15).
Mikeya 5:5 ayəsindəki başçılar barədə peyğəmbərlik bu gün necə yerinə yetir?
Biz başa düşürük ki, Mikeya 5:5 ayəsində xatırlanan başçılar Allahın xalqını qabaqcadan deyilmiş hücumdan qoruyan yığıncaqda təyin olunmuş ağsaqqallardır (15/11, səhifə 20).