«Həmişə göyə aid şeylər haqqında düşünün»
«Həmişə göyə aid şeylər haqqında düşünün, yerə aid şeylər haqqında yox» (KOLOS. 3:2).
1, 2. a) Birinci əsrdə Kolosdakı məsihçi yığıncağı hansı təhlükə ilə üzləşmişdi? b) Pavel Kolosdakı qardaşlara hansı məsləhəti vermişdi?
BİRİNCİ əsrdə Kolosdakı məsihçi yığıncağı təhlükə ilə üzləşmişdi. Yığıncağın bəzi üzvləri kəskin şəkildə Musanın qanununun tərəfini tutur, digərləri isə bütpərəstlikdən gələn və zahidliyi aşılayan asketizm təlimini müdafiə edirdilər. Bu yanlış təlimləri təkzib etmək üçün həvari Pavel koloslulara məktub yazıb onları xəbərdar etmişdi: «Diqqətli olun ki, heç kəs sizi bu dünyanın prinsiplərinə, insan ehkamlarına əsaslanan fəlsəfə ilə, puç və yanlış fikirlər vasitəsilə ovlamasın. Bunlar Məsihdən deyil» (Kolos. 2:8).
2 Əgər həmin məsh olunmuş məsihçilər diqqətlərini «bu dünyanın prinsipləri»nə yönəltsəydilər, onda Yehovanın xilas tədbirinə üz çevirmiş olardılar (Kolos. 2:20—23). Pavel onlara Allahla dəyərli münasibətlərini qorumağa kömək etmək üçün belə bir nəsihət vermişdi: «Həmişə göyə aid şeylər haqqında düşünün, yerə aid şeylər haqqında yox» (Kolos. 3:2). Bəli, bu məsihçilər «[onlar] üçün göylərdə qorunub saxlanılan» ölməzlik ənamını alacaqları haqda həmişə düşünməli idilər (Kolos. 1:4, 5).
3. a) Məsh olunmuş məsihçilər həmişə nə haqda düşünürlər? b) Bu məqalədə hansı sualları araşdıracağıq?
Rom. 8:14—17). Bəs yerüzü ümidinə malik olanlar haqda nə demək olar? Pavelin sözlərinin onlara hansı aidiyyatı var? «Başqa [qoyunlar]» «həmişə göyə aid şeylər haqqında» düşündüklərini necə göstərə bilərlər? (Yəh. 10:16). Habelə keçmişdə yaşamış və çətinliklərə rəğmən həmişə göyə aid şeylər haqda düşünən İbrahim və Musa peyğəmbərin nümunəsindən nə öyrənə bilərik?
3 Bu gün də məsh olunmuş məsihçilər həmişə Allahın səmavi Padşahlığı və «Məsihə [həmvaris]» olacaqları haqda düşünürlər (GÖYƏ AİD ŞEYLƏR BARƏDƏ DÜŞÜNMƏK NƏ DEMƏKDİR?
4. Yerüzü ümidinə malik olan məsihçilər həmişə göyə aid şeylər haqda düşündüklərini necə göstərə bilərlər?
4 Səmavi ümidə malik olmayan məsihçilər də həmişə göyə aid şeylər haqda düşünə bilərlər. Necə? Yehova Allahı və Padşahlığın işini birinci yerə qoymaqla (Luka 10:25—27). Bu sahədə İsa bizə örnəkdir (1 Pet. 2:21). Birinci əsrdəki həmimanlılarımız kimi, biz də Şeytan dünyasına xas olan yanlış fəlsəfi fikirlərin və pula hərisliyin hədəfinə çevrilə bilərik. (2 Korinflilərə 10:5 ayəsini oxu.) İsanı təqlid edən bizlər ruhaniliyimizə zərər vuran bu kimi şeylərdən özümüzü qorumaq üçün ayıq-sayıq olmalıyıq.
5. Maddi şeylərə münasibətimizi necə yoxlaya bilərik?
5 Bəs biz, bu dünyadakı insanlar kimi, pul dalınca qaçmırıq ki? Çünki insanın nəyi sevib-sevmədiyi, adətən, sözlərindən və hərəkətlərindən görünür. İsa demişdi: «Xəzinən haradadırsa, ürəyin də orada olacaq» (Mat. 6:21). Ürəyimizin harada olduğunu müəyyənləşdirmək üçün yaxşı olar ki, vaxtaşırı olaraq özümüzü yoxlayaq. Özümüzdən soruşa bilərik: «Gecə-gündüz yaxşı iş tapmaq, daha çox qazanmaq, komfortlu həyat qurmaq dərdi çəkirəm? Yoxsa sadə həyat tərzi sürüb diqqətimi ruhaniliyimi qorumağa cəmləyirəm? (Mat. 6:22). İsa xəbərdarlıq etmişdi ki, həyatlarını «yerdə xəzinə toplamağa» sərf edənlər ruhaniliklərini təhlükə altına atırlar (Mat. 6:19, 20, 24).
6. Cismani istəklərlə mübarizədə necə qalib gələ bilərik?
6 Qeyri-kamil təbiətimiz bizi yanlış istək və arzularımızın əsirinə çevirə bilər. (Romalılara 7:21—25 ayələrini oxu.) Allahın müqəddəs ruhu bizə təsir etməsə, biz zülmətin kef məclisləri, sərxoşluq, qeyri-qanuni cinsi əlaqə və pozğun davranış kimi əməllərində itib-batarıq (Rom. 13:12, 13). Yerə aid olan cismani istəklərlə mübarizədə qalib gəlmək üçün gərək həmişə göyə aid şeylər haqda düşünək. Bunun üçün bizdən səy tələb olunur. Elə həvari Pavel də demişdi ki, «bədənimə cəfa verib onu kölə kimi hökmüm altına salıram» (1 Kor. 9:27). Sözsüz, həyat uğrunda qaçışda qalmaq üçün biz də mübarizə aparmalıyıq! Gəlin qədimdə yaşamış iki sadiq insanın «Allahın rəğbətini qazanmaq» üçün nələr etdiyini araşdıraq (İbr. 11:6).
İBRAHİM YEHOVAYA İMAN ETDİ
7, 8. a) İbrahimlə Sara hansı çətinliklərlə üzləşmişdi? b) İbrahim diqqətini nəyə cəmləmişdi?
7 Yehova İbrahimə ev əhli ilə birgə Kənan diyarına köçməyi əmr edəndə o, buna canla-başla razı oldu. Yehova Yar. 12:2). Amma illər keçir, İbrahimlə Saranın uşağı olmurdu ki olmurdu. Adama elə gələ bilərdi ki, Yehova verdiyi vədi unudub. Üstəlik, Mesopotamiyada çiçəklənən Ur şəhərindəki ev-eşiklərini, qohum-əqrəbalarını qoymaq, Kənan diyarına gəlib çıxmaq üçün 1600 kilometrdən çox yol qət etmək, orada ac-susuz çadırlarda yaşamaq, quldurların hücumuna məruz qalmaq elə də asan deyildi (Yar. 12:5, 10; 13:18; 14:10—16). Lakin onlar bir dəfə də olsun Urdakı rahat həyatlarına geri qayıtmaq arzusuna düşməmişdilər! (İbranilərə 11:8—12, 15 ayələrini oxu.)
imanına və itaətkarlığına görə İbrahimlə əhd bağlayıb demişdi: «Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm» (8 İbrahim diqqətini «yerə aid şeylər»ə cəmləmədi, əksinə, «Rəbbə iman etdi» (Yar. 15:6). Bəli, o, göyə aid şeylər haqda düşünürdü, yəni diqqətini Allahın vədlərinə cəmləmişdi. Göstərdiyi imanın mükafatı olaraq Haqq-Taala ona yenidən görünüb dedi: «“Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say”. Yenə dedi: “Nəslin o qədər olacaq”» (Yar. 15:5). Necə də güclü vəddir! Yəqin, İbrahim hər dəfə göydəki ulduzları seyr edəndə Yehovanın onun nəslini ulduzlar qədər edəcəyinə dair verdiyi vəd yadına düşürdü. Beləcə, Allahın lazım bildiyi vaxtda İbrahimin vəd olunmuş övladı dünyaya gəldi (Yar. 21:1, 2).
9. İbrahimin nümunəsini necə təqlid edə bilərik?
9 Bu gün biz də Allahın vədlərinin yerinə yetməsini gözləyirik (2 Pet. 3:13). Əgər göyə aid şeylər haqqında həmişə düşünməsək, bizə elə gələ bilər ki, bu vədlərin gerçəkləşməsi gecikir. Bu isə əlimizi ruhani işlərdən soyuda bilər. Ola bilsin, sən əvvəllər pioner xidmətində və ya tammüddətli xidmətin digər növlərində olmaq üçün çoxlu qurbanlar vermisən. Bu tərifəlayiqdir! Bəs indi necə? Unutma ki, İbrahim həmişə «möhkəm bünövrə üzərində tikilmiş [şəhər]» barədə düşünürdü (İbr. 11:10). O, «Yehovaya iman gətirdi və buna görə saleh sayıldı» (Rom. 4:3).
MUSA «GÖZƏGÖRÜNMƏZ ALLAHI» GÖRÜRDÜ
10. Musa hansı şəraitdə böyümüşdü?
10 Musa peyğəmbər də həmişə göyə aid şeylər haqda düşünürdü. O, gəncliyindən «misirlilərin bütün hikmətinə [yiyələnmişdi]». Bu, adi təhsil deyildi. Musa təkcə dünya imperiyası olan Misirin vətəndaşı deyildi, o, fironun ailə üzvü idi. Təbii ki, belə şəraitdə aldığı təhsil sayəsində Musa «sözdə və əməldə güclü adam» olmuşdu (Həv. iş. 7:22). Görün, qarşıda onu necə iqtidar gözləyirdi! Amma Musa diqqətini bundan qat-qat üstün şeyə — Allahın iradəsini yerinə yetirməyə cəmləmişdi.
11, 12. Musa hansı təhsili yüksək qiymətləndirirdi və bunu haradan bilirik?
11 Çox ehtimal ki, Musanın doğma anası Yokeved ona körpəlikdən ibranilərin Allahı haqda öyrətmişdi. Musa Yehova haqda əldə etdiyi bilikləri dünyanın bütün xəzinələrindən üstün tuturdu. Buna görə də o, fironun ailə üzvü olmağın ona verəcəyi bütün səlahiyyətləri və imkanları qəti şəkildə rədd etdi. (İbranilərə 11:24—27 ayələrini oxu.) Bəli, Musanın qazandığı ruhani biliklər və Yehovaya imanı onu göyə aid şeylər haqda düşünməyə təşviq edirdi.
12 Musa o dövrün ən yaxşı təhsilini almışdı. Ancaq o, bundan Misirdə səlahiyyət sahibi olmaq, ad-san qazanmaq və var-dövlət toplamaq üçün istifadə etmədi. Əgər o belə etsəydi, onda «firon qızının oğlu adlanmaqdan imtina [etməz]», habelə «günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün [tutmazdı]». Göründüyü kimi, Musa aldığı ruhani bilikləri Yehovanın niyyətini yerinə yetirmək üçün istifadə etmişdi.
13, 14. a) Yehovanın həvalə edəcəyi işə yararlı olmağa Musaya nə kömək etdi? b) Bəs bizdən nə tələb olunur?
13 Musa üçün önəm daşıyan Yehova və Onun xalqı idi. O, 40 yaşında ikən özünü Allahın xalqını Misir əsarətindən qurtarmağa hazır hesab edirdi (Həv. iş. 7:23—25). Lakin Yehovanın gözündə Musaya bu işi həvalə etmək hələ tez idi. Musa özündə təvazökarlıq, səbir, həlimlik və özünə hakim olmaq kimi keyfiyyətləri yetişdirməli idi (Sül. məs. 15:33). 40 il ərzində çobanlıq etməsi ona bu gözəl xüsusiyyətləri özündə yetişdirməyə və üzləşəcəyi çətinliklərə və sınaqlara hazır olmağa kömək edəcəkdi.
14 Həqiqətən də, bu illər Musaya çox şey öyrətdi. Allahın Kəlamında deyilir ki, o, «yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi» (Say. 12:3). Təvazökar olması ona xalqın ayrı-ayrı üzvlərinə və onların qəliz problemlərinə səbirlə yanaşmağa kömək edirdi (Çıx. 18:26). Eynilə, özümüzdə elə keyfiyyətlər yetişdirməliyik ki, bizə «böyük müsibətdən» keçib Allahın salehliklə dolu yeni dünyasına daxil olmağa kömək etsin (Vəhy 7:14). Bəs biz hər kəslə, o cümlədən çılğın və ya dəymədüşər olanlarla da yola gedə bilirikmi? Yaxşı olar ki, həvari Peterin həmimanlılarını təşviq etdiyi sözləri əldə rəhbər tutaq: «Hər cür insana hörmət edin, bütün qardaşlığı sevin» (1 Pet. 2:17).
HƏMİŞƏ GÖYƏ AİD ŞEYLƏR HAQQINDA DÜŞÜNƏK
15, 16. a) Nə üçün həmişə Allaha məqbul şeylər haqda düşünməliyik? b) Məsihçi nəyə görə hər yerdə nümunəvi davranmalıdır?
15 Biz «son dərəcə ağır bir zəmanə»də yaşayırıq (2 Tim. 3:1). Buna görə də ruhani cəhətdən ayıq qalmaq üçün həmişə Allaha məqbul şeylər haqda düşünməliyik (1 Salon. 5:6—9). Gəlin görək bunu hansı üç sahədə edə bilərik.
16 Davranışımız. Həvari Peter nümunəvi davranışın nə qədər vacib olduğunu yaxşı bilirdi. O demişdi: «Başqa millətlərin arasında bundan sonra da nümunəvi davranın ki,.. yaxşı işlərinizi müşahidə edib yoxlama günündə Allahı mədh etsinlər» (1 Pet. 2:12). Evdə, işdə, məktəbdə olarkən, oyun oynayarkən və ya xidmət edərkən hər zaman çalışmalıyıq ki, nümunəvi davranışımızla Yehovaya izzət gətirək. Düzdür, qeyri-kamil olduğumuz üçün tez-tez səhvlər edirik (Rom. 3:23). Lakin «iman uğrunda apardığımız şanlı mübarizə»də qeyri-kamil təbiətimizə qalib gələ bilərik (1 Tim. 6:12).
17. Məsih kimi düşündüyümüzü necə göstərə bilərik? (Məqalənin əvvəlindəki şəklə bax.)
17 Düşüncə tərzimiz. Nümunəvi davranış və düzgün düşüncə tərzi bir-birilə bağlıdır. Həvari Pavel demişdi: «Məsih İsa kimi düşünün» (Filip. ). İsa təvazökar olduğu üçün xidmətə can yandırırdı. Onun fikri-zikri Allahın Padşahlığı haqda xoş xəbəri insanlara təbliğ etmək idi ( 2:5Mark 1:38; 13:10). Onun üçün hər şeydən vacib Allahın Kəlamı idi (Yəh. 7:16; 8:28). O, sitatlar gətirmək, izah etmək və müdafiə edə bilmək üçün Müqəddəs Yazıları dərindən araşdırırdı. Biz də təvazökar olub təbliğ işinə can yandırsaq və Müqəddəs Kitabı dərindən araşdırsaq, Məsihin düşüncə tərzinə daha çox yiyələnə bilərik.
18. Hansı vacib üsulla Yehovanın işini dəstəkləyə bilərik?
18 Allahın işini dəstəkləməklə. Yehovanın niyyəti odur ki, «göydə, yerdə və yerin altında olanların hamısı İsanın adı qarşısında diz çöksün» (Filip. 2:9—11). Bu yüksək mövqedə belə İsa Atasının iradəsini təvazökarlıqla yerinə yetirəcək. Biz də belə etməliyik (1 Kor. 15:28). Və bunu bizə tapşırılan «bütün millətlərin içində şagird hazırlayın» göstərişinə əməl etməklə göstərə bilərik (Mat. 28:19). Həmçinin biz istəyirik ki, «hamıya», yəni imanımıza şərik olanlara və olmayanlara «yaxşılıq edək» (Qalat. 6:10).
19. Biz nədə qətiyyətli olmalıyıq?
19 Necə də minnətdarıq ki, Yehova bizə həmişə göyə aid şeylər haqda düşünməyi xatırladır! Bizdən isə gözlənilir ki, «dözümlə qaçaraq qarşımızdakı məsafəni qət edək» (İbr. 12:1). Buna görə də gəlin hər birimiz Yehovanın yolunda hər şeyi canla-başla edək və əmin olaq ki, səmavi Atamız bizi mütləq mükafatlandıracaq (Kolos. 3:23, 24).