Qulaq asın və dərk edin
«Hamınız mənə qulaq asın və sözlərimi dərk edin» (MARK 7:14).
1, 2. Nəyə görə çoxları İsanın sözlərini dərk etmirdilər?
QARŞIMIZDAKI insanın səsini eşidə, hətta onun səs tonunu ayırd edə bilir, amma onun nə dediyini başa düşmürüksə, nə xeyri? (1 Kor. 14:9). Eynilə, o vaxtlar İsanın dediklərinə də minlərlə adam qulaq asırdı. Bununla belə, heç də hamı onun sözlərini dərk etmirdi. Halbuki o, hamının başa düşdüyü dildə danışırdı. Buna görə də İsa onu dinləyənlərə demişdi: «Hamınız mənə qulaq asın və sözlərimi dərk edin» (Mark 7:14).
2 Bəs nəyə görə çoxları İsanın sözlərini dərk etmirdilər? Çünki bəziləri qərəzli fikirli və yanlış niyyətli idilər. İsa onlara demişdi: «Öz ənənələrinizi qorumaq üçün Allahın əmrlərini rədd etməyi yaxşı bacarırsınız» (Mark 7:9). Əslində, onlar onun sözlərini dərk etməyə heç çalışmırdılar da. Onlar öz bildiklərindən əl çəkmək istəmirdilər. Qulaqları eşitsə də, ürəkləri bağlı idi! (Matta 13:13—15 ayələrini oxu.) Bəs biz İsanın öyrətdiklərindən faydalanmaq üçün ürəyimizin bağlı olmadığına necə əmin ola bilərik?
İSANIN ÖYRƏTDİKLƏRİNDƏN NECƏ FAYDALANA BİLƏRİK?
3. Şagirdləri İsanın sözlərini nəyin sayəsində dərk edə bilirdilər?
3 İsanın təvazökar şagirdləri bizim üçün gözəl örnəkdir. Belə ki, İsa onlara demişdi: «Gözləriniz xoşbəxtdir, çünki görür, qulaqlarınız bəxtəvərdir, çünki eşidir» (Mat. 13:16). Bəs digərləri İsanın sözlərini dərk etmədiyi bir halda necə olurdu ki, onlar dərk edirdilər? Birincisi, onlar həmişə suallar verir, İsanın sözlərinin məğzini anlamaq üçün baş sındırırdılar (Mat. 13:36; Mark 7:17). İkincisi, onlar yeni öyrəndiklərini əvvəl öyrəndikləri ilə əlaqələndirib qəbul edirdilər. (Matta 13:11, 12 ayələrini oxu.) Üçüncüsü, onlar eşidib dərk etdiklərini yalnız özləri üçün yox, həmçinin başqalarına kömək etmək üçün istifadə edirdilər (Mat. 13:51, 52).
4. İsanın məsəllərini dərk etmək üçün hansı üç addım gərəkdir?
4 Əgər İsanın məsəllərini dərk etmək istəyiriksə, gərək onun sadiq şagirdləri kimi davranaq. Bunun üçün üç addım atmalıyıq. Birincisi, araşdırmağa vaxt ayırmalı, İsanın sözləri üzərində düşünməli, yaxşıca axtarışlar aparmalı və bilmədiyimizi soruşmalıyıq. Bu, bilik hasil edir (Sül. məs. 2:4, 5). İkincisi, təzə öyrəndiyimizi əvvəl öyrəndiklərimizlə əlaqələndirməli və faydasını görməliyik. Bu da dərketmə hasil edir (Sül. məs. 2:2, 3). Üçüncüsü isə öyrəndiklərimizi tətbiq etməliyik. Bu isə hikmətli olduğumuzu göstərir (Sül. məs. 2:6, 7).
5. Bilik, dərketmə və hikmət arasındakı fərqi nümunə əsasında izah et.
5 Bilik, dərketmə və hikmət arasında hansı fərq var? Bunu bir nümunə əsasında izah etmək olar. Təsəvvür et ki, yolun ortasında durmusan və avtobus üstünə gəlir. Birincisi, görürsən ki, üstünə gələn avtobusdur — bu bilikdir. Sonra başa düşürsən ki, yoldan çəkilməsən avtobusun altında qalacaqsan — bu dərketmədir! Və cəld yoldan qaçırsan — bu hikmətdir! Elə buna görə də Müqəddəs Kitab bizi «sağlam şüura» və ya hikmətə bağlanmağa təşviq edir. Çünki həyatımız bundan asılıdır! (Sül. məs. 3:21, 22; 1 Tim. 4:16).
6. İsanın yeddi məsəlini araşdırarkən hansı dörd sualı nəzərdən keçirəcəyik? (Çərçivəyə bax.)
6 Bu və növbəti məqalədə İsanın yeddi məsəlini araşdıracağıq. Eyni zamanda növbəti sualları nəzərdən keçirəcəyik: Məsəlin mənası nədir? (Bu, bizə bilik əldə etməyə kömək edir.) İsa bu məsəli nəyə görə çəkib? (Bu, dərketmə hasil edir.) Bu məlumatı həm özümüzün, həm də başqalarının fayda əldə etməsi üçün necə tətbiq edə bilərik? (Bu hikmətdir.) Və biz bundan Yehova və İsa haqda nə öyrənirik?
XARDAL TOXUMU
7. Xardal toxumu məsəlinin mənası nədir?
7 Matta 13:31, 32 ayələrini oxu. İsanın xardal toxumu məsəlinin mənası nədir? Toxum Padşahlıq xəbərini təmsil edir və bu xəbərin təbliği sayəsində məsihçi yığıncağı yaranıb. «Bütün toxumların ən xırdası» olan xardal toxumu kimi, məsihçi yığıncağı da eramızın 33-cü ilində yaranarkən çox balaca idi. Lakin bir neçə onilliklər ərzində yığıncaq sürətlə böyüdü. Nəticə gözləniləndən də artıq oldu (Kolos. 1:23). Bu inkişaf böyük fayda verdi, çünki İsa özü demişdi: «Göy quşları gəlib onun budaqlarında yuva [salacaq]». Bu məcazi quşlar ruhani qidanı, kölgə və sığınacağı məsihçi yığıncağında tapan səmimi insanları təmsil edir. (Yezekel 17:23 ayəsi ilə müqayisə et.)
8. İsa xardal toxumu məsəlini nəyə görə çəkib?
8 İsa bu məsəli nəyə görə çəkib? Məsəldəki xardal toxumunun heyrətamiz tərzdə böyüməsi Allahın Padşahlığının vüsət almağa, müdafiə etməyə və bütün maneələri aşmağa qadir olduğunu göstərir. 1914-cü ildən bəri Allahın təşkilatının yerdəki hissəsi misli görünməmiş dərəcədə inkişaf edir (Yeşaya 60:22). Bu təşkilata aid olanlar hərtərəfli ruhani müdafiəyə malikdirlər (Sül. məs. 2:7; Yeşaya 32:1, 2). Üstəlik, daim inkişafda olan Padşahlıq işini heç nə dayandıra bilmir (Yeşaya 54:17).
9. a) Xardal toxumu məsəlindən nə öyrənirik? b) Bu, bizə Yehova və İsa haqda nə öyrədir?
9 Xardal toxumu məsəlindən nə öyrənirik? Ola bilsin, biz Şahidlərin az olduğu və ya təbliğ işinin yaxşı səmərə vermədiyi bir ərazidə yaşayırıq. Bununla belə, Padşahlığın bütün maneələri aşmağa qadir olduğunu yadda saxlamaq təslim olmamağa bizə güc verəcək. Misal üçün, Edvin Skinner qardaş 1926-cı ildə Hindistana gələndə orada tək-tük Şahid var idi. Təzə-təzə orada inkişaf zəif gedirdi, sanki, iş daşa dirənmişdi. Lakin o, təbliğindən qalmır və Padşahlıq xəbərinin böyük əngəlləri aşdığını öz gözləri ilə görürdü. İndi isə Hindistanda 37 000-dən çox fəal Şahid var və ötən il Xatirə gecəsinə 108 000-dən çox adam gəlmişdi. Gəlin Padşahlıq işinin necə vüsət aldığını göstərən digər nümunəyə baxaq. Edvin qardaşın Hindistana gəldiyi il Zambiyada təbliğ işi təzəcə başlamışdı. Hal-hazırda orada 170 000-dən çox təbliğçi var və 2013-cü ildə keçirilən Xatirə gecəsində 763 915 nəfər iştirak etmişdi. Bu da o deməkdir ki, Zambiyada hər 18 nəfərdən biri bu mərasimdə iştirak etmişdi. Bax buna deyərik əsil inkişaf!
MAYA MƏSƏLİ
10. Maya məsəlinin mənası nədir?
10 Matta 13:33 ayəsini oxu. Maya məsəlinin mənası nədir? Bu məsəl də Padşahlıq xəbərini və onun bəhrəsini təmsil edir. «Bütün xəmir» bütün millətləri, acıma prosesi isə Padşahlıq xəbərinin vüsət almasını təsvir edir. Xardal toxumunun inkişafı aydın görünsə də, mayanın yayılması əvvəl-əvvəl hiss olunmur. Onun təsiri müəyyən vaxt keçdikdən sonra görünməyə başlayır.
11. İsa maya məsəlini nəyə görə çəkib?
11 İsa bu məsəli nəyə görə çəkib? O, bununla Padşahlıq xəbərinin geniş yayılmağa və dəyişdirməyə qadir olduğunu göstərmək istəyirdi. Həqiqətən də, Padşahlıq xəbəri «yerin ucqarlarınadək» yayılıb (Həv. iş. 1:8). Lakin xoş xəbərin təsiri ilə baş verən bəzi dəyişikliklər həmişə ilk baxışdan nəzərə çarpmır. Bu dəyişiklik yalnız rəqəmlərdə deyil, xoş xəbərə hay verən insanların həyat tərzində də özünü göstərir (Rom. 12:2; Efes. 4:22, 23).
12, 13. Padşahlığın təbliğ işinin maya məsəlində təsvir olunan şəkildə yayıldığını göstərən nümunələr çək.
12 Təbliğ işinin təsiri çox vaxt özünü illər sonra büruzə verir. Məsələn, hal-hazırda başqa filialda xidmət edən Frans və Marqit cütlüyü 1982-ci ildə Braziliya filialında xidmət edirdilər. Onlar bir dəfə balaca qəsəbədə təbliğ edirdilər. Onların öyrətdiyi insanlar arasında dörd uşaqlı bir ana da var idi. Onun böyük oğlunun o vaxt hələ 12 yaşı vardı, o, çox utancaq idi. Öyrənməyə başlamazdan qabaq çox vaxt qaçıb gizlənərdi. Təyinatları dəyişdiyi üçün bu cütlük artıq bu ailə ilə öyrənməni davam etdirə bilmədi. Amma 25 ildən sonra onlar həmin kəndə gələndə gördülər ki, orada 13-ü daimi pioner olmaqla 69 təbliğçidən ibarət bir yığıncaq var və bütün görüşlər yeni Padşahlıq zalında keçirilir. Bəs o utancaq oğlan nə oldu? İndi o, ağsaqqallar şurasının koordinatorudur! İsanın maya haqda məsəlindəki kimi, Padşahlıq xəbəri yayılmış və çoxlarının həyatını dəyişmişdi. Bunu görən həmin cütlük yəqin çox sevinmişdi!
13 Xoş xəbərin gözəgörünməz qüvvəsinin Padşahlıq işinə məhdudiyyətlər qoyulan ərazilərdə də insanları dəyişdiyi aydın görünür. Belə ərazilərdə bu xəbərin necə yayıldığını ağlımıza gətirmək çətindir, lakin nəticələr bizi heyran edir. Götürək Kubanı. Padşahlıq xəbəri oraya 1910-cu ildə çatmışdı. 1913-cü ildə isə oraya Rassel qardaş baş çəkmişdi. Kubada inkişaf əvvəl-əvvəl zəif gedirdi. İndi isə orada xoş xəbərin 96 000-dən çox təbliğçisi var və 2013-cü ildə keçirilən Xatirə gecəsində 229 726 nəfər iştirak etmişdi. Bu da o deməkdir ki, həmin adada bu mərasimə 48 nəfərdən biri gəlmişdi. Hətta təbliğ işi qadağa olmayan ölkələrin səmərəsiz hesab edilən ərazilərində belə xoş xəbər yayıla bilər * (Vaiz 8:7; 11:5).
14, 15. a) Maya ilə bağlı məsəldən nə öyrənirik? b) Bu, bizə Yehova və İsa haqda nə öyrədir?
14 İsanın maya məsəlindən nə öyrənirik? Bu məsəl üzərində düşünəndə görürük ki, Padşahlıq müjdəsindən Vaiz 11:6). Sözsüz, biz təbliğ işinin, ələlxüsus da qadağa altında olan ölkələrdə səmərəli olması üçün dua etməyi də yaddan çıxarmamalıyıq (Efes. 6:18—20).
bixəbər olan milyonlarla insana bu xəbərin necə çatacağı haqda həddən artıq narahat olmağa dəyməz. Hər şey Yehovanın nəzarəti altındadır. Bizə gəlincə, öhdəmizə düşəni Allahın Kəlamı belə izah edir: «Toxumunu səhər vaxtı səp, axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq, yoxsa sonrakı, yaxud hər ikisi birlikdə» (15 Ancaq xidmətimizin bəhrəsini tez bir zamanda görməyəndə pis olmamalıyıq. Necə deyərlər, dama-dama göl olar (Zək. 4:10). Yəni gördüyümüz işin nəticəsi müəyyən vaxtdan sonra heç vaxt ağlımıza gəlməyəcək dərəcədə böyük və möhtəşəm ola bilər! (Məz. 40:5; Zək. 4:7).
TACİR VƏ GİZLƏDİLMİŞ XƏZİNƏ
16. Tacir və gizlədilmiş xəzinə məsəlinin mənası nədir?
16 Matta 13:44—46 ayələrini oxu. Tacir və gizlədilmiş xəzinə məsəlinin mənası nədir? İsanın günlərində bəzi tacirlər əla növ mirvarilər əldə etmək üçün hətta Hind okeanına qədər gedib çıxırdılar. Bu məsəldəki tacir ruhani tələbatlarını təmin etmək üçün böyük güc sərf edən səmimi insanları təmsil edir. «Çox qiymətli bir mirvari» isə Padşahlıq haqda dəyərli həqiqəti təsvir edir. Tacir bu qiymətli mirvarini əldə etmək üçün hər şeyini dərhal satmağa hazır idi. İsa həmçinin çöldə işləyərkən «gizlədilmiş» xəzinə tapan bir adamdan da söz açmışdı. Tacirdən fərqli olaraq, bu adam xəzinə axtarmırdı. Lakin tacir kimi, o da xəzinəni əldə etmək üçün «hər şeyini» satmağa hazır idi.
17. İsa nəyə görə tacir və gizlədilmiş xəzinə ilə bağlı məsəl çəkdi?
17 İsa bu iki məsəli nəyə görə çəkib? O, bununla göstərdi ki, həqiqəti müxtəlif üsullarla tapmaq mümkündür. Bəziləri onu axtarıb tapmaq üçün çox şeydən keçir. Digərləri isə axtarmasalar da, onu tapır, yəni bu xəzinəni kimsə onlara gətirir. İstənilən halda onların hər biri tapdıqları şeyin qiymətli olduğunu anlayır və onu əldə etmək üçün böyük qurbanlar verir.
18. a) Bu iki məsəldən nə öyrənirik? b) Bu, bizə Yehova və İsa haqda nə öyrədir?
18 Bu iki məsəldən nə öyrənirik? (Mat. 6:19—21). Özündən soruş: «Mən də, bu insanlar kimiyəm? Həqiqəti bu cür qiymətləndirirəm? Onu əldə etmək üçün qurbanlar verməyə hazıram, yoxsa digər şeylərin, məsələn, gündəlik qayğıların məni ondan uzaqlaşdırmasına yol verirəm?» (Mat. 6:22—24, 33; Luka 5:27, 28; Filip. 3:8). Həqiqəti tapdığımıza nə qədər çox sevinəriksə, onu həyatımızda birinci yerə qoymağa bir o qədər də qətiyyətli olarıq.
19. Gələn məqalədə nəyi araşdıracağıq?
19 Biz bu məsəllərin mənasını bilməklə kifayətlənməməli, həmçinin öyrəndiklərimizi tətbiq etməliyik. Buna görə də gəlin əməllərimizlə göstərək ki, Padşahlıq haqda bu məsəllərin mənasını yaxşı dərk edirik. Gələn məqalədə isə daha üç məsəli araşdıracaq və onlardan özümüzə hansı dərsi götürə biləcəyimizi görəcəyik
^ abz. 13 Oxşar nəticələr aşağıdakı ölkələrdə də müşahidə edilmişdi: Argentina (2001-ci ilin «İllik məcmuə»si, səhifə 186, rus.), Şərqi Almaniya (1999-ci ilin «İllik məcmuə»si, səhifə 83, rus.), Papua-Yeni Qvineya (2005-ci ilin «İllik məcmuə»si, səhifə 63, rus.) və Robinzon-Kruzo adası («Gözətçi qülləsi» 2000–ci il 15 iyun, səhifə 9, rus.).