Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Yazılara aid suallara cavab

Müqəddəs Yazılara aid suallara cavab

Əbədi yaşamaq mümkündürmü?

Bizi ölümdən nə qurtara bilər?

İlk insan olan Adəm əsrlərlə ömür sürmüşdü. Ancaq axırda qocaldı və öldü. O vaxtdan bəri insanlar qocalmamaq üçün saysız-hesabsız vasitələrə əl atırlar. Amma onların bütün səylərinə baxmayaraq, heç kəs ölümdən qurtula bilməyib. Nə üçün? Çünki Adəm Allahın əmrindən çıxaraq günah işlətdi, buna görə də qocalıb öldü. Biz isə Adəmdən günahı və onun nəticəsi olan ölümü miras aldığımız üçün qocalırıq. (Yaradılış 5:5; Romalılara 5:12 ayələrini oxuyun.)

Əbədi həyatı yenidən əldə etmək üçün kimsə bizim əvəzimizə fidyə ödəməlidir (Əyyub 33:24, 25). Fidyə bir kimsənin azadlığa buraxılması üçün ödənilən məbləğdir. Biz insanların da ölümdən azad edilməyə ehtiyacı var (Çıxış 21:29, 30). İsa Məsih bizim üçün həyatını qurban verəndə bu dəyəri ödədi. (Yəhya 3:16 ayəsini oxuyun.)

Əbədi həyata necə nail ola bilərik?

Xəstəlikdən və qocalıqdan azad olmaq hər kəsə nəsib olmayacaq. Adəm kimi Allaha itaət etməyən insanlar həyatdan məhrum olacaq. Yalnız günahları bağışlanan insanlara əbədi həyat bəxş ediləcək. (Yeşaya 33:24; 35:3—6 ayələrini oxuyun.)

Günahlarımızın bağışlanması üçün müəyyən addımlar atmalıyıq. Biz Allahı Kəlamı olan Müqəddəs Kitab vasitəsilə tanımalıyıq. Bu Kəlam düzgün tərzdə yaşamaq, eləcə də Allahın lütfünü və əbədi həyatı qazanmaq üçün bizdən nə tələb olunduğunu açıqlayır. (Yəhya 17:3; Həvarilərin işləri 3:19 ayələrini oxuyun.)