Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Anma mərasiminə necə hazırlaşacaqsınız?

Anma mərasiminə necə hazırlaşacaqsınız?

Bu ildən başlayaraq Məsihin ölümünü anma mərasiminə hazırlaşmağa daha çox vaxtımız olacaq. Anma mərasimi həftəarası günlərə düşsə, həmin həftə Məsihi həyatı və ibadəti görüşü keçirilməyəcək. Həftənin axırına düşsə, açıq məruzə və «Gözətçi qülləsi» müzakirəsi olmayacaq. Yaranan boş vaxtdan səmərəli istifadə edəcəksinizmi? Birinci əsrdə olduğu kimi, bu xüsusi mərasim üçün müəyyən hazırlıqlar görülməlidir (Lk 22:7—13; km 3/15 s. 1). Bundan başqa, hər birimiz ürəyimizi hazırlamalıyıq. Bunu necə etmək olar?

  • Bu mərasimə gəlməyin vacibliyi barədə düşünün (1Kr 11:23—26).

  • Dua edərək Yehova ilə münasibətlərinizi yoxlayın (1Kr 11:27—29; 2Kr 13:5).

  • Anma mərasiminin mənasını izah edən məqalələri oxuyub üzərində düşünün (Yh 3:16; 15:13).

Bəzi təbliğçilər «Müqəddəs Yazıları hər gün araşdırın» broşüründə anma mərasimi ilə bağlı qeyd olunan Müqəddəs Kitab parçasını oxuyub üzərində düşünürlər. Başqaları isə aşağıdakı cədvəldə göstərilən ayələri oxuyurlar. Bir başqaları isə anma mərasimi, Yehovanın və İsa Məsihin bizə göstərdiyi məhəbbət barədə olan məqalələri oxuyurlar. Fərqi yoxdur, nəyi mütaliə edəcəksiniz, qoy bu sizi Yehovaya və Onun Oğluna daha da yaxın etsin.