MƏSİHİ HƏYATI
Mənim üçün ən vacibi nədir?
Yaqub çox əhəmiyyətli bir şey üçün, Yehovadan nemət almaq üçün mələklə güləşmişdi (Yr 32:24—31; Hş 12:3, 4). Bəs biz Yehovaya itaət etmək və Ondan nemət almaq üçün var gücümüzü səfərbər edirik? Məsələn, yığıncağa getməklə bir neçə saat işdə əlavə işləmək arasında seçim etməli olsaq, nəyi seçərdik? Yehovaya vaxtımızın, gücümüzün, vəsaitlərimizin əsas hissəsini versək, O, başımızdan nemət tökəcək (Ml 3:10). O bizə yol göstərəcək, hifz edəcək və ehtiyaclarımızı ödəyəcək (Mt 6:33; İb 13:5).
«DİQQƏTİNİZİ RUHANİ MƏQSƏDLƏRƏ CƏMLƏYİN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
-
Sevdiyi şey bacı üçün necə sınağa çevrildi?
-
İş bizim üçün necə sınaq ola bilər?
-
Nəyə görə Timuti ruhani cəhətdən yetkin olanda da qarşısına məqsədlər qoymağa davam etməli idi? (1Tm 4:16)
-
Bizim üçün «bir nömrəli işin» nə olduğunu necə göstəririk?