MƏSİHİ HƏYATI
Dost seçimində hikmətli olun
Muab düzənliyində israillilərin başına gələnlər məsihilər üçün ibrət dərsidir (1Kr 10:6, 8, 11). Əxlaqsız, bütpərəst Muab qadınları ilə oturub-duran israillilər böyük günaha batdılar. Bunun isə aqibəti dəhşətli oldu (Sy 25:9). Bizim əhatəmizdə Yehovaya ibadət etməyən məktəb və ya iş yoldaşlarımız, qonşularımız, qohumlarımız və digər tanışlarımız var. Müqəddəs Kitabdakı bu hadisədən belə insanlarla oturub-durmağın təhlükələri barədə nə öyrənirik?
«ALLAHIN MÜASİR XİDMƏTÇİLƏRİNƏ XƏBƏRDARLIQ NÜMUNƏLƏRİ. FRAQMENT» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Zümri və digərləri Yəminə hansı yanlış fikirləri söylədi?
-
Fənhas Yəminə məsələyə düzgün baxmağa necə kömək etdi?
-
Məsihi olmayan kəslə mehriban rəftar etməklə onun dostu olmaq arasında hansı fərq var?
-
Hətta yığıncaqda belə dostlar seçərkən nə üçün diqqətli olmalıyıq?
-
Sosial şəbəkədə şəxsən tanımadığımız insanlardan ibarət qruplardan nə üçün uzaq durmalıyıq?