Kontentə keç

Mündəricatı göstər

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN

Nümunələr çəkin

Nümunələr çəkin

Təkrar söhbətlər edərkən, yaxud Müqəddəs Kitab dərsi keçərkən həmsöhbətimizə əsas fikirləri başa salmalıyıq. Bu fikirlərlə bağlı nümunələr çəkməklə onların ürəyinə yol tapa bilərik. Həmçinin bu onlara kömək edəcək ki, fikirləri daha asan yadda saxlasınlar.

Təkrar söhbətə və ya Müqəddəs Kitab dərsinə hazırlaşarkən xırda detalları yox, əsas fikirləri seçib, onlarla bağlı gündəlik həyatdan sadə nümunələr fikirləşin (Mt 5:14—16; Mr 2:21; Lk 14:7—11). Həmsöhbətinizi, onun məşğuliyyətlərini nəzərə alın (Lk 5:2—11; Yh 4:7—15). Onun fikri başa düşüb sevindiyini görəndə siz də sevinəcəksiniz.

«XİDMƏTDƏ PÜXTƏLƏŞƏRƏK ŞAGİRD HAZIRLAMAĞIN SEVİNCİNİ DADIN. NÜMUNƏLƏR ÇƏKİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Nəyə görə şagirdə ayələri başa salmaq lazım gələ bilər?

  • Nita Romalılara 5:12 ayəsinə aid hansı nümunəni çəkdi?

  • Yaxşı nümunələr ürəyə təsir edir

    Yaxşı nümunələr həmsöhbətimizə necə təsir edə bilər?

  • Nəyə görə xidmətdə Yehovanın təşkilatının təqdim etdiyi videolardan və digər təlim vəsaitlərindən istifadə etməliyik?