Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Cəmiyyətdəki iğtişaşlara hazırsınız?

Cəmiyyətdəki iğtişaşlara hazırsınız?

Bu dünyanın sonu yaxınlaşdıqca iğtişaşlar, terror aktları və müharibələr artacaq (Vh 6:4). Özümüzü qarşıdakı hadisələrə necə hazırlaya bilərik?

  • Ruhani cəhətdən hazırlaşın. Yehovaya və Onun təşkilatına etibarı artıran, bitərəfliyi qorumağa kömək edən Müqəddəs Kitab prinsiplərini, əhvalatlarını yaddaşınıza həkk edin (Ms 12:5; jr-E s. 125—126, abz. 23, 24). İndidən yığıncaqdakı dindaşlarınızla dostluğunuzu möhkəmləndirin (1Bt 4:7, 8).

  • Fiziki cəhətdən hazırlaşın. Evdən çıxa bilməyəcəyiniz təqdirdə təhlükəsizliyinizi təmin etmək üçün tədbir görün. Həmçinin kifayət qədər ərzaq tədarük edin. Qabaqcadan müəyyənləşdirin ki, evi tərk etmək məcburiyyətində qalsanız, nə edəcəksiniz. Fəlakət çantasının içindəkiləri yoxlayın. Çantaya qoruyucu vasitələr və pul qoyun. Ağsaqqalların əlaqə nömrəsini alın, eyni zamanda öz əlaqə nömrənizi də onlara verin (Əş 32:2; g17.5 s. 3—7).

İğtişaşlar zamanı ruhani işlərdən qalmayın (Fp 1:10). Zərurət olmadıqca, olduğunuz yeri tərk etməyin (Mt 10:16). Ərzağınızı və digər təchizatlarınızı başqaları ilə bölüşün (Rm 12:13).

«FƏLAKƏTLƏRƏ HAZIRSINIZ?» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Yehova fəlakətlər zamanı bizə necə kömək edə bilər?

  • Fəlakətlərə necə hazırlaşa bilərik?

  • Fəlakətlərlə üzləşənlərə necə kömək edə bilərik?