MƏSİHİ HƏYATI
Təbliğ görüşlərinin faydalı keçməsi üçün məsləhətlər
Təbliğ görüşləri digər yığıncaq görüşləri kimi Yehovadan bir ənamdır. Bu görüşlərdə biz bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edirik (İb 10:24, 25). Təbliğ görüşü 5—7 dəqiqə çəkməlidir. Bu vaxt ərzində qrup təşkil olunmalı, sahə təyin olunmalı və dua edilməlidir. (Əgər bu görüş başqa görüşdən sonra keçirilirsə, daha qısa olmalıdır.) Görüşü aparan qardaş həmin gün xidmətə çıxan təbliğçilər üçün praktiki məlumat hazırlamalıdır. Məsələn, şənbə günü çoxları həftə ərzində ilk dəfə xidmətə çıxdığı üçün müzakirə edə bilərsiniz ki, ev sakini ilə nə barədə danışmaq olar. Bəs başqa nələri müzakirə etmək olar?
-
«Məsihi həyatı və ibadəti. İş dəftəri»ndən söhbət planı
-
Söhbətə başlamaq üçün cari hadisədən, yaxud son xəbərlərdən istifadə etməyin üsulu
-
Tez-tez rast gəlinən etirazın öhdəsindən gəlməyin üsulu
-
Ateistə, təkamülçüyə, əcnəbidilli insana, ərazinizdə geniş yayılmayan dinə mənsub olan insana cavab verməyin üsulu
-
jw.org saytından, «JW Library®» tətbiqindən, yaxud Müqəddəs Kitabdan istifadə etməyin üsulu
-
«Xidmət üçün vəsaitlər»dəki hansısa bir vəsaitdən istifadə etməyin üsulu
-
Xidmətin müəyyən sahəsi, məsələn, telefon xidməti, məktub yazmaq, ictimai şahidlik, təkrar söhbət və ya Müqəddəs Kitab dərsi
-
Təhlükəsizliyə riayət etmək, vəziyyətə uyğunlaşmaq, nəzakətli olmaq, müsbət əhval-ruhiyyəni qorumaq və bu kimi mövzular
-
«Özünü oxumağa və təlim verməyə həsr et» broşüründən bir dərs və ya video
-
Əməkdaşı ruhlandırmağın və ona kömək etməyin üsulu
-
Xidmətlə bağlı ayə və ya xidmət zamanı baş vermiş ruhlandırıcı hadisə