İKİNCİ FƏSİL
O, Allahın yolu ilə gedirdi
1, 2. Nuh peyğəmbərlə ailəsi hansı işlə məşğuldur və camaat onlara necə baxır?
NUH PEYĞƏMBƏR belini dikəldir, qollarını açıb ağrıdan sızıldayan əzələlərini gərir. Şalbanın üstündə oturub tikdikləri gəmiyə baxa-baxa dincini alır. Qaynar qatranın kəskin iyi hər tərəfi bürüyüb, taxta alətlərin əks-sədası eşidilir. Onun oturduğu yerdən gəminin müxtəlif hissələrini düzəldən oğulları görünür. Onlar yorulmaq bilmədən işləyirlər. Artıq neçə illərdir ki, sevimli arvadı, oğlanları, gəlinləri Nuhla çiyin-çiyinə çalışır. İşin müəyyən qismi görülüb, amma hələ görüləsi çox iş var.
2 Hamı onları axmaq hesab edir. İş irəli getdikcə onlara gülənlərin sayı da artır. Nuh peyğəmbər camaata dünyanın suya qərq olacağını söyləyir, amma onlar buna gülür, inanmır, bunu cəfəngiyat hesab edirlər. Onlar başa düşə bilmirlər ki, insan necə özünün də, ailəsinin də ömrünü bu cür puç edə bilər. Amma Yehova Allah Nuh peyğəmbər barədə başqa fikirdədir.
3. Nuh peyğəmbərin Allahın yolu ilə getdiyi nədən görünür?
3 Allahın Kəlamında deyilir ki, Nuh peyğəmbər Allahın yolu ilə gedirdi. (Yaradılış 6:9 ayəsini oxu.) O, Allaha etibar edirdi, sidq-ürəkdən Onun itaətində dururdu, Onun istədiyi kimi yaşayırdı. Həmçinin peyğəmbər Yehova Allahla dost idi. Min illər sonra Allahın Kəlamında onun barəsində belə sözlər yazılmışdı: «O, imanı ilə dünyanı məhkum etdi» (İbr. 11:7). Bu sözlər nə məna daşıyır? Biz Nuh peyğəmbərin imanını necə örnək götürə bilərik?
Murdar dünyada pak bəndə
4, 5. Nəyə görə Nuh peyğəmbərin vaxtında dünya pozula-pozula gedirdi?
4 Nuh peyğəmbərin vaxtında dünya pozula-pozula gedirdi. Onun ulu babası, Allahın yolu ilə gedən Hənuqun dövründə də dünya bərbad vəziyyətdə idi. Hənuq tezliklə allahsız dünyaya hökm kəsiləcəyini söyləmişdi. Nuh peyğəmbərin vaxtında isə dünya o vaxtkından da betər idi. Yehova Allahın gözündə dünya Yar. 5:22; 6:11; Yhd. 14, 15). Dünyanı bu vəziyyətə salan nə olmuşdu?
dağılıb gedirdi, yer üzü zorakılıqla dolmuşdu (5 Həmin vaxt ruhani aləmdə vəziyyət ürəkaçan deyildi. Allahın oğullarından, mələklərdən biri artıq Yehova Allaha qarşı çıxmışdı. Bu mələk Allaha böhtan atdığı üçün, Adəmlə Həvvanı günaha sövq etdiyi üçün Şeytan İblis adlanmışdı. Nuh peyğəmbərin vaxtında isə bəzi mələklər Yehova Allahın adil hökmranlığına üsyan edib Şeytana qoşuldular. Onlar göydəki mövqelərini qoyub yerə endilər. İnsan cildinə girərək gözəl qadınlardan özlərinə arvad aldılar. Bu dikbaş, xudbin və üsyankar mələklər cəmiyyəti korladılar (Yar. 6:1, 2; Yhd. 6, 7).
6. Nefilimlər cəmiyyətə necə təsir edirdilər və Yehova Allah hansı qərarı verdi?
6 İnsan cildinə girmiş mələklərlə qadınların arasındakı qeyri-təbii əlaqə nəticəsində onların qeyri-adi uşaqları doğuldu. Bu uşaqlar həddən artıq böyük və güclü idilər, insanları vurub yıxırdılar. Buna görə bu nəhəng adamlar ibrani dilində nefilim, yəni «yıxanlar» adlanırdılar. Zalım, amansız nefilimlər dünyanı alt-üst edirdilər, onsuz da pozulmuş dünyanı daha da pozurdular. «Yehova gördü ki, yer üzündə insanlar tamam pozulub, ürəklərindəki fikirlər və niyyətlər ancaq pisliyə meyillidir». Yehova Allah bu yolunu azmış insanlara hökm çıxardı. Qərar verdi ki, yüz iyirmi ildən sonra onları yer üzündən yox edəcək. (Yaradılış 6:3—5 ayələrini oxu.)
7. Nəyə görə Nuh peyğəmbərlə arvadına uşaqlarını dünyanın pis təsirindən qorumaq asan deyildi?
7 Bu cür cəmiyyətdə yaxşı ailəyə sahib olmaq elə də asan deyildi. Amma Nuh peyğəmbərin ailəsi məhz belə ailə idi. Peyğəmbər *. Peyğəmbərlə arvadı bir valideyn kimi uşaqlarını ətrafdakı pis təsirdən qorumalı idi. Adətən oğlan uşaqları güclü, məşhur adamlara pərəstiş edirlər. Nefilimlər də məhz bu cür adamlar idilər. Nuh peyğəmbərlə arvadı nefilimlərin qəddar əməlləri barədə yayılan xəbərlərdən uşaqlarını tam qoruya bilməzdilər. Amma uşaqlarına Yehova Allah barədə gözəl fikirlər aşılaya bilərdilər. Yəqin onlar uşaqlarını başa salırdılar ki, Yehova Allah zorakılığa nifrət edir və bu qəddar, yolunu azmış dünyaya baxanda kədərlənir (Yar. 6:6).
yaxşı bir qadınla ailə qurmuşdu. Onun Sam, Ham, Yafəs adında üç oğlu var idi. Onlar doğulanda peyğəmbərin yaşı beş yüzü haqlamışdı8. Valideynlər Nuh peyğəmbərlə arvadından nə öyrənə bilərlər?
8 Valideynlər Nuh peyğəmbərlə arvadını bir valideyn kimi yaxşı başa düşərlər. Bu gün də zorakılıq və özbaşınalıq baş alıb gedir. Bəzi yerlərdə gənclərdən ibarət quldur dəstələri camaatın gününü qara edir. Hətta uşaqlar üçün nəzərdə tutulmuş əksər əyləncələr də zorakı səhnələrlə doludur. Uşağını pis təsirdən qorumaq istəyən valideyn ona sülh Allahı Yehova barədə bilik verməli və Allahın tezliklə zorakılığa son qoyacağını aşılamalıdır (Zəb. 11:5; 37:10, 11). Hətta pozğun dünyada belə, övladlarımıza yaxşı tərbiyə verə bilərik. Nuh peyğəmbərlə arvadı buna müvəffəq oldu. Peyğəmbərin oğlanları böyüyüb yaxşı insan oldular və Allahın işini hər şeydən üstün tutmağa hazır olan qızlarla evləndilər.
«Özünə gəmi düzəlt»
9, 10. a) Nuh peyğəmbərin həyatını nə dəyişdi? b) Yehova Allah Nuh peyğəmbərə gəmi barədə nələri açıqladı və ona nə etmək niyyətində olduğunu söylədi?
9 Günlərin bir günü Nuh peyğəmbərin həyatını dəyişən bir şey baş verdi. Yehova Allah sevimli peyğəmbərinə zalım dünyanı məhv edəcəyini əyan etdi. Allah Nuh peyğəmbərə belə bir buyruq verdi: «Qatran ağacından özünə gəmi düzəlt» (Yar. 6:14).
10 Bu gəmi bizim bildiyimiz gəmilərdən deyildi. Onun nə burnu, nə doru, nə də sükanı var idi. İndiki gəmilər kimi gövdəsi oval deyildi, o, böyük qutuya oxşayırdı. Yehova Allah peyğəmbərə gəminin dəqiq ölçüsünü, quruluşu ilə bağlı təfsilatları vermişdi, tapşırmışdı ki, gəmiyə içəridən və bayırdan qatran çəksin. Allah nəyə görə bu tapşırığı verdiyini belə izah etdi: «Mən yer üzünü suya qərq edəcəyəm... Yerdəki hər şey tələf olacaq». Amma Nuh peyğəmbərlə əhd bağlayıb dedi: «Sən, oğulların, arvadın və gəlinlərin birlikdə Yar. 6:17—20).
gəmiyə minərsiniz». Peyğəmbər, həmçinin gəmiyə özü ilə heyvanların hər cinsindən götürməli idi. Yalnız gəminin içində olanlar daşqından sağ çıxacaqdı (11, 12. Nuh peyğəmbər hansı böyük işi görməli idi və o, bu işə necə yanaşdı?
11 Nuh peyğəmbərin qarşısında böyük bir iş dururdu. O, 133 metr uzunluğunda, 22 metr enində və 13 metr hündürlüyündə nəhəng gəmi tikməli idi. (Bu gəmi hətta müasir dövrdə düzəldilən ən böyük taxta gəmilərdən belə dəfələrlə böyük olub.) Bəs Nuh peyğəmbər bu tapşırıqdan boyun qaçırdı, işin çətinliyini görüb şikayətləndi, işi asanlaşdırmaq üçün nəyisə öz bildiyi kimi elədi? Cavab Müqəddəs Kitabda yazılıb: «Nuh Allahın bütün tapşırıqlarını yerinə yetirdi. Ona necə deyilmişdisə, elə də etdi» (Yar. 6:22).
12 Nuh peyğəmbərlə ailəsi gəmini haradasa 40—50 ilə tikdilər. Onlar ağac kəsir, daşıyıb tikinti yerinə aparırdılar. Sonra ağacları yonub düzəldir və hazır şalbanları bir-birinə birləşdirirdilər. Gəmi üç mərtəbədən, çoxlu otaqlardan ibarət idi, yan tərəfdən qapısı, yuxarıda pəncərələri var idi. Üstünə su yığılmasın deyə, gəminin damı tən ortadan kənarlara doğru azacıq maili düzəldilmişdi (Yar. 6:14—16).
13. Nuh peyğəmbər gəmi tikməkdən də çətin olan hansı işi görürdü və insanların buna münasibəti necə idi?
13 İllər keçir, tikili yavaş-yavaş gəmi şəklini alırdı. Şübhəsiz, Nuh peyğəmbər çox şad idi ki, ailəsi ona bu işdə kömək edir. Amma onun işi gəmi tikməklə qurtarmırdı. O, bundan da çətin bir iş görürdü. Müqəddəs Kitabda deyilir ki, Nuh peyğəmbər «salehlik carçısı» idi. (2 Butrus 2:5 ayəsini oxu.) Peyğəmbər yolunu azmış allahsız insanları qarşıdakı məhvdən cəsarətlə xəbərdar edirdi. Onlar bu xəbərə necə hay verirdi? Əsrlər sonra İsa peyğəmbər bu insanlar haqqında demişdi ki, onlar «heç nəyə məhəl qoymurdular». Başları gündəlik işlərə, yeməyə, içməyə, evlənməyə o qədər qarışmışdı ki, Nuh peyğəmbərin sözlərinə fikir vermirdilər (Mət. 24:37—39). Şübhəsiz, çoxları peyğəmbəri və onun ailə üzvlərini lağa qoyurdu, hətta ola bilsin, ona hədə-qorxu gələnlər, onunla pis rəftar edənlər də olmuşdu. Yəqin onlar tikintini dayandırmağa da cəhd etmişdilər.
14. Məsihi ailələri Nuh peyğəmbərdən və onun ailəsindən necə örnək ala bilərlər?
14 Camaat Nuh peyğəmbərlə ailəsinin gördüyü işi boş və mənasız saysa da, onların əli işdən soyumadı, işi axıra çatdırdılar. Onlar bugünkü məsihi ailələri üçün gözəl örnəkdirlər, çünki biz axırzamanda yaşayırıq (2 Tim. 3:1). İsa peyğəmbər bizim zəmanəni Nuh peyğəmbərin əyyamına bənzətmişdi. Biz də Allahın Padşahlığını müjdələyəndə laqeyd münasibətlə, rişxəndlə və təqiblərlə üzləşirik. Bu zaman Nuh peyğəmbəri yadımıza salmalıyıq. Biz bu cür münasibətlə qarşılaşan birinci adam deyilik.
«Gəmiyə gir»
15. Nuh peyğəmbərin altı yüzə yaxın yaşı olanda ona hansı itki üz verdi?
15 İllər keçir, gəminin tikintisi yavaş-yavaş başa çatırdı. Nuh peyğəmbərin altı yüzə yaxın yaşı olanda ona ağır itki üz verdi, atası Ləmek vəfat etdi *. Beş ildən sonra isə Nuh peyğəmbərin babası, Ləmekin atası Mətuşələh doqquz yüz altmış doqquz yaşında vəfat etdi. Yeri gəlmişkən, Mətuşələh Müqəddəs Kitabda adı çəkilən insanlar arasında ən uzunömürlüsü olub (Yar. 5:27). Mətuşələh və Ləmek ulu əcdadımız Adəmlə bir vaxtda yaşayıb.
16, 17. a) Nuh peyğəmbərin altı yüz yaşı olanda Allahdan hansı tapşırığı aldı? b) Nuh peyğəmbərlə ailəsi hansı möhtəşəm mənzərənin şahidi oldular?
16 Nuh peyğəmbərin altı yüz yaşı olanda Yehova Allah ona başqa bir tapşırıq verdi: «Ailənlə birlikdə gəmiyə gir». Həmçinin Allah ona buyurdu ki, qurban gətirmək üçün təmiz heyvanlardan yeddi-yeddi götürsün. Qalan heyvanlardan isə iki-iki götürməli idi (Yar. 7:1—3).
17 Belə bir möhtəşəm mənzərəni təsəvvür edin: uzaqdan irili-xırdalı, Yar. 7:9).
vəhşi, fağır, minlərlə heyvan yeriyə-yeriyə, sürünə-sürünə, uça-uça, yırğalana-yırğalana, ağır-ağır gəmiyə sarı axışır. Düşünməməliyik ki, bütün bu vəhşi heyvanları Nuh peyğəmbər özü qovub gətirib, onları necəsə gəmiyə, bu qapalı yerə salıb. Müqəddəs Kitabda deyilir ki, heyvanlar «Nuhun yanına gəlib gəmiyə girdi» (18, 19. a) Gəmidəki heyvanlarla bağlı bəzi insanlarda yaranan şübhələr nəyə görə əsassızdır? b) Nəyə görə Yehova Allah heyvanları bu yolla xilas etdi?
18 Bəzi insanlarda sual yaranır: «Bu, necə ola bilər? Necə ola bilər ki, bu qədər heyvan qapalı bir yerdə bir-birinə ziyan vurmasın?» Bir düşünün, məgər yeri-göyü yaradan Yehova Allah Öz yaratdığı heyvanları idarə etməyə, lazım gəlsə, onları əhliləşdirməyə, sakitləşdirməyə qadir deyil? Nuh əyyamından əsrlər sonra Allah Qırmızı dənizi iki yerə ayırmışdı, göydə günəşi dayandırmışdı. Məgər bu cür xariqələr göstərən Allah Nuh peyğəmbərin əhvalatında təsvir olunan şeyləri edə bilməzdi?! Əlbəttə, edə bilərdi, etdi də!
19 Yehova Allah heyvanları başqa yolla da xilas edə bilərdi. Amma O, bu yolu seçdi. Bu, bizə bir şeyi xatırladır: Allah əzəl başdan insanlara etibar edib heyvanları onların himayəsinə verib (Yar. 1:28). Bu gün bir çox valideynlər Nuh peyğəmbərin əhvalatı əsasında öz övladlarına öyrədirlər ki, Yehova Allah yaratdığı bütün varlıqları — insanları da, heyvanları da sevir.
20. Daşqına bir həftə qalmış peyğəmbərlə ailəsi hansı işlə məşğul idi?
20 Yehova Allah Nuh peyğəmbərə dedi ki, bir həftədən sonra yer üzünü su basacaq. Təsəvvür edin, bütün ailə qızğın işə başlayır.
Onlar əvvəlcə heyvanları yerləşdirir, onların yemini, özləri üçün hazırladıqları azuqəni və əşyaları gəmiyə daşıyıb yerbəyer edirlər. Nuh peyğəmbərin arvadı və gəlinləri isə gəminin içini səliqə-səhmana salırlar ki, orada rahat yaşaya bilsinlər.21, 22. a) Nəyə görə Nuhun dövründəki insanların laqeyd münasibəti bizə təəccüblü gəlmir? b) Nuh peyğəmbərlə ailəsini lağa qoyanlar nə vaxt susdular?
21 Bəs onların yan-yörəsində yaşayan insanlar nə edirdilər? Yehova Allahın Nuh peyğəmbərin işini avand etdiyi göz qabağında idi. Heyvanların axışıb gəmiyə girdiyini görməmək mümkün deyildi. Bununla belə, onlar yenə də «heç nəyə məhəl qoymurdular». Onların laqeyd münasibəti bizə təəccüblü gəlmir. Çünki bu gün də insanlar axırzamanda yaşadığımızı göstərən çoxsaylı sübutlara məhəl qoymurlar. Həvari Butrus qabaqcadan demişdi ki, axırzamanda kinayə ilə danışan rişxəndçilər peyda olacaq və Allahın xəbərdarlığına qulaq asan insanları lağa qoyacaqlar. (2 Butrus 3:3—6 ayələrini oxu.) Yəqin o vaxt da insanlar Nuh peyğəmbərlə ailəsinə rişxənd edirdilər.
22 Bəs rişxəndçilər nə vaxt susdular? Müqəddəs Kitabda deyilir ki, peyğəmbər heyvanları gəmiyə salıb ailəsilə birgə gəmiyə girəndən sonra «Yehova onların arxasınca qapını bağladı». Əgər Allahın bu möcüzəsini rişxəndçilərdən kimsə görmüşdüsə, sözsüz, bu, onu susdurmuşdu. Əgər bu da onu susdurmamışdısa, onda yağış onu susdurmuşdu. Yağış yağmağa başladı. Yağış yağdı, yağdı, Yehova Allahın dediyi kimi, bütün yer üzünü suya qərq etdi (Yar. 7:16—21).
23. a) Haradan bilirik ki, Nuhun dövründəki pis insanların ölümü Yehova Allaha xoş deyildi? b) Nəyə görə Nuh peyğəmbərin imanını örnək götürməliyik?
23 Daşqında məhv olan insanların ölümü heç də Allaha xoş deyildi (Hizq. 33:11). Allah onlara imkan vermişdi ki, pis yollarından dönüb yaxşı insan olsunlar. Bu, mümkün idi? Nuh peyğəmbərin həyatı bu suala cavab verir. Nuh peyğəmbər Yehova Allahın yolu ilə getməklə, hər şeydə Allaha itaət etməklə göstərdi ki, xilas olmaq mümkündür. Bu mənada o, imanı ilə dünyanı məhkum etdi, öz dövründəki adamların mənfur olduğunu ifşa etdi. İmanı həm onu, həm də ailəsini xilas etdi. Gəlin Nuh peyğəmbərin imanını örnək götürək. Onda həm özümüzü, həm də əzizlərimizi xilas edərik. Nuh peyğəmbər kimi, biz də Yehova Allahla qoşa addımlayarıq. Onunla dostluğumuz əbədi sürər!
^ abz. 7 Qədimdə insanlar bizdən çox yaşayırdı. Onların uzunömürlü olmasının səbəbi Adəmlə Həvvanın kamil və sağlam olduğu vaxta yaxın dövrdə yaşamaları idi.
^ abz. 15 Ləmek oğluna Nuh (təxmini mənası «rahatlıq, təsəlli») adı vermişdi və peyğəmbərlik etmişdi ki, Nuh peyğəmbər adının mənasına uyğun olaraq, lənətli torpağa görə əziyyət çəkən insanları rahatlığa çıxaracaq (Yar. 5:28, 29). Amma Ləmek bunu görmədi, çünki bu peyğəmbərlik, görünür, Nuh əyyamındakı daşqından sonra yerinə yetdi. Nuh peyğəmbərin anası, bacı-qardaşları, ola bilsin, daşqın zamanı ölmüşdülər.