V BÖLMƏ
Padşahlığın verdiyi təlim. Padşahlığın xidmətçilərinin aldığı təlim
SİZ səhnədə çıxış edən natiqə baxıb gülümsəyirsiniz. O, sizin yığıncaqdan olan gənc qardaşdır və ilk dəfədir ki, böyük toplantıda çıxış edir. Qardaş çıxış edərkən Allahın xalqının aldığı təlim sizi heyran qoyur. Siz bu gənc qardaşın ilk dəfə səhnəyə çıxdığını xatırlayırsınız və başa düşürsünüz ki, həmin vaxtdan bəri o, çox şeyə nail olub. Öncül Məktəbində təlim aldıqdan sonra o, ruhani cəhətdən xeyli inkişaf edib. Bu yaxınlarda isə o, həyat yoldaşı ilə birgə Padşahlığın Müjdəçiləri üçün Məktəbi keçib. Qardaşın gözəl çıxışını alqışlayarkən dönüb ətrafınıza baxır və Allahın xalqının necə də möhtəşəm təlim aldığı barədə düşünürsünüz.
Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu ki, Allahın xalqının «Yehovadan elm [alacağı]» bir dövr gələcək (Əşy. 54:13). Biz hal-hazırda həmin dövrdə yaşayarıq. Biz təkcə nəşrlər vasitəsilə deyil, həm də yığıncaq görüşləri və konqreslər, o cümlədən Yehovanın təşkilatında xüsusi təyinatları yerinə yetirməyə kömək edən müxtəlif məktəblər vasitəsilə təlim alırıq. Bu bölmədə biz aldığımız təlimlərin Allahın Padşahlığının bu gün idarə etdiyinə güclü sübut olduğunu nəzərdən keçirəcəyik.
BU BÖLMƏDƏ
FƏSİL 16
İbadət üçün görüşlər
Yehova Allaha ibadət üçün yığıncaq görüşlərindən daha çox fayda əldə etmək üçün nə edə bilərik?
FƏSİL 17
Padşahlığın xidmətçiləri kimi təlim alırıq
Teokratik məktəblər Padşahlığın xidmətçilərinə öz məsuliyyətlərini yerinə yetirməyə necə kömək edir?