Kontentə keç

Mündəricatı göstər

DƏRS 2

Allah ən yaxşı dostdur

Allah ən yaxşı dostdur

Dünyada Allahla dostluqdan yaxşı şey yoxdur. Allah sənə xoşbəxt və dinc yaşamağı öyrədəcək. Səni yanlış inanclardan və zərərli adətlərdən xilas edəcək. O sənin dualarını dinləyəcək. Sənə daxili rahatlıq və arxayınlıq tapmağa kömək edəcək (Zəbur 71:5; 73:28). Çətinliyə düşəndə Allah sənə dayaq olacaq (Zəbur 18:18). Bunlardan əlavə, Allah sənə əbədi yaşamağı təklif edir (Romalılara 6:23).

Allaha yaxınlaşdıqca Onun dostları ilə də yaxından tanış olacaqsan. Onlar səninlə də dost olacaqlar. Əslində bu adamlar sənə bacı və qardaş kimi olacaqlar. Onlar məmnuniyyətlə sənə Allah haqqında danışacaq, kömək edəcək və dayaq olacaqlar.

Biz Allaha tən deyilik. Allahla dost olmaq üçün bir həqiqəti başa düşmək vacibdir. Allahla dostluq bir-birinə tay şəxslərin dostluğu deyil. Allah bizdən olduqca böyük, müdrik və çox-çox güclüdür. O bizim qanuni Hökmdarımızdır. Buna görə də Allahın dostu olmaq istəyiriksə, Ona qulaq asmalı və Onun dediklərinə əməl etməliyik. Bu həmişə bizim xeyrimizədir (Əşiya 48:18).