Əlavələr
1 PRİNSİPLƏR
Allahın qanunları Onun prinsiplərinə əsaslanır. Bu prinsiplər Müqəddəs Kitabda yazılan əsas həqiqətlərdir. Onlar bizə Allahın düşüncə tərzini və hisslərini dərk etməyə kömək edir. Prinsiplər bizə həyatda düzgün qərarlar verməyə və düzgün davranmağa kömək edir. Xüsusilə də hansısa vəziyyətə dair Allahın konkret qanunu olmayanda prinsiplərin bizə böyük köməyi dəyir.
2 İTAƏTKARLIQ
Yehovaya itaət etmək o deməkdir ki, biz Onun buyurduğu hər şeyi canla-başla edirik. Yehova istəyir ki, biz məhəbbətdən irəli gələrək Ona itaət edək (1 Yəhya 5:3). Biz Allahı sevib, Ona etibar ediriksə, bütün vəziyyətlərdə Onun məsləhətinə riayət edəcəyik. Hətta bizə çətin olanda belə, Allaha itaət edəcəyik. Yehovaya itaət etmək bizim xeyrimizədir. Çünki O bizə həm indi yaxşı həyat sürməyi öyrədir, həm də gələcəkdə çoxlu nemətlər verəcəyini vəd edir (Əşiya 48:17).
3 İRADƏ AZADLIĞI
Yehova hər bir insana iradə azadlığı, yəni seçim etmək bacarığı bəxş edib. O bizi robot kimi yaratmayıb (Qanunun təkrarı 30:19; Yuşə 24:15). Biz öz azadlığımızdan düzgün seçimlər etmək üçün istifadə edə bilərik. Lakin ehtiyatlı olmasaq, yanlış qərarlar verərik. İradə azadlığı o deməkdir ki, biz Yehovaya sadiq qalmaq istəyib-istəmədiyimizə şəxsən özümüz qərar verməliyik və Onu sevdiyimizi sübut etməliyik.
4 ƏXLAQ NORMALARI
Yehova bizim hərəkət və davranışımızı tənzimləmək üçün əxlaq normaları və ya qaydaları təsis edib. Müqəddəs Kitabdan həmin Məsəllər 6:16—19; 1 Korinflilərə 6:9—11). Bu qaydalar bizə Yehovanın nəyə yaxşı, nəyə pis baxdığını öyrədir. Onlar həmçinin bizə yaxşı insan olmağı, düzgün qərarlar verməyi və başqalarına qarşı xeyirxah olmağı öyrədir. Dünyada əxlaq normaları getdikcə aşağı ensə də, Yehovanın normaları dəyişmir (Qanunun təkrarı 32:4—6; Məlaki 3:6). Bu qaydalara əməl etmək bizi bir çox fiziki və emosional zərərdən qoruyur.
normalar haqda və onların Yehovanı razı salmağa, həyatımızı yaxşılaşdırmağa bizə necə kömək etdiyi barədə öyrənə bilərik (5 VİCDAN
Vicdan düzü səhvdən ayırd etməyə kömək edən daxili hissdir. Yehova hər birimizə vicdan verib (Romalılara 2:14, 15). Vicdanın düzgün işləməsi üçün onu Yehovanın əxlaq normalarına uyğun tərbiyə etməliyik. O zaman vicdanımız bizə Allahı razı salan qərarlar verməyə kömək edəcək (1 Butrus 3:16). Vicdan ya yanlış seçim etmək üzrə olanda insana xəbərdarlıq edə bilər, ya da səhv hərəkətə yol verəndən sonra insana əzab verə bilər. Vicdan zəifləyə bilər. Lakin Yehovanın köməyi ilə onu yenidən gücləndirə bilərik. Vicdanımız təmiz olsa, qəlbimiz rahat olacaq və özümüzə hörmət edəcəyik.
6 ALLAH QORXUSU
Allahdan qorxmaq Onu sevmək və Ona hörmət etmək deməkdir. Bu sevgi və hörmət o dərəcədə güclü olur ki, insan Allaha ağır gedəcək nə isə etmək istəmir. Allah qorxusu bizə düzgün davranmağa, pis əməldən uzaq durmağa kömək edir (Zəbur 111:10). Bu qorxu bizi Yehovanın dediyi hər şeyə diqqətlə qulaq asmağa təşviq edir. Həmçinin Allaha bəslədiyimiz dərin hörmətdən irəli gələrək Ona verdiyimiz bütün vədləri yerinə yetiririk. Allah qorxusu bizim düşüncəmizə, insanlarla rəftarımıza və gündəlik qərarlarımıza təsir edir.
7 TÖVBƏ
Tövbə insanın etdiyi günaha görə keçirdiyi dərin kədər hissini özünə daxil edir. Allahı sevənlər Onun normalarına zidd hərəkət etdiklərini Mətta 26:28; 1 Yəhya 2:1, 2). Biz səmimi-qəlbdən tövbə edib, pis əməlimizdən dönürüksə, əmin ola bilərik ki, Yehova bizi bağışlayacaq. Daha etdiyimiz səhvə görə özümüzü günahkar hiss etməməliyik (Zəbur 103:10—14; 1 Yəhya 1:9; 3:19—22). Əlimizdən gələni etməliyik ki, səhvlərimizdən dərs götürək, düşüncəmizi dəyişək və Yehovanın normalarına uyğun yaşayaq.
başa düşəndə çox kədərlənirlər. Əgər biz günah etmişiksə, Yehovaya yalvarmalıyıq ki, İsanın fidyə qurbanlığı əsasında bizi bağışlasın (8 YIĞINCAQDAN KƏNAREDİLMƏ
Ciddi günah edən məsihi tövbə etməyəndə və Yehovanın normalarına uyğun yaşamaq istəməyəndə artıq yığıncağın üzvü olaraq qala bilməz. O, yığıncaqdan kənar edilməlidir. Biz yığıncaqdan kənar edilən adamla heç bir münasibət saxlamırıq və onunla daha danışmırıq (1 Korinflilərə 5:11; 2 Yəhya 9—11). Yığıncaqdan kənaredilmə tədbiri Yehovanın adını və yığıncağı qoruyur (1 Korinflilərə 5:6). Bu cəza həmçinin insana kömək edir ki, tövbə edib, yenidən Yehovaya geri dönə bilsin (Luka 15:17).
9 RƏHBƏRLİK, GÖSTƏRİŞ VƏ MƏSLƏHƏT
Yehova bizi sevir və bizə kömək etmək istəyir. Buna görə də bizə Müqəddəs Kitabın və Onu sevən insanların vasitəsilə rəhbərlik, göstəriş və məsləhət verir. Biz qeyri-kamil insanlar olduğumuz üçün bu köməyə möhtacıq (Ərəmya 17:9). Yehovanın bizə rəhbərlik etmək üçün istifadə etdiyi adamlara hörmətlə qulaq asanda Ona hörmət etdiyimizi və itaət etmək istədiyimizi göstərmiş oluruq (İbranilərə 13:7).
10 QÜRUR VƏ TƏVAZÖKARLIQ
Biz qeyri-kamil olduğumuzdan xudbinliyə və qürura meyilliyik, lakin Yehova istəyir ki, biz təvazökar olaq. Çox vaxt özümüzü Yehova ilə müqayisə edib, nə qədər aciz olduğumuzu başa düşəndə təvazökar olmağı öyrənirik (Əyyub 38:1—4). Təvazökarlığın digər vacib cəhəti daha çox başqalarını düşünməyi və özümüzdən çox onların rifahını fikirləşməyi öyrənməkdir. Çox vaxt qürurlu insan düşünür ki, o, başqalarından yaxşıdır. Təvazökar insan isə özünə dürüst yanaşır və həm güclü, həm də zəif cəhətlərini görür. O, səhvlərini boyuna almaqdan, üzr istəməkdən və məsləhətdən qorxmur. Təvazökar insan Yehovaya etibar edir və Onun dediyi kimi davranır (1 Butrus 5:5).
11 HAKİMİYYƏT
Hakimiyyət əmr vermək və qərar qəbul etmək hüququdur. Yehova yerdə və göydə ən ali hakimiyyətə sahib olan kəsdir. Hər şeyi O yaratdığı üçün Kainatda ən qüdrətli Varlıqdır. O həmişə Öz hakimiyyətindən başqalarının xeyri üçün istifadə edir. Yehova bəzi insanlara bizim qeydimizə qalmaq məsuliyyətini həvalə edib. Məsələn, valideynlər, yığıncaq ağsaqqalları, hökumət nümayəndələri müəyyən dərəcədə səlahiyyətə sahibdir və Yehova istəyir ki, biz onlarla əməkdaşlıq edək (Romalılara 13:1—5; 1 Timutiyə 5:17). Amma insanın qanunları Allahın qanunlarına zidd gedəndə biz insan qanunlarına yox, Allahın qanunlarına riayət edirik (Həvarilərin işləri 5:29). Yehovanın istifadə etdiyi kəslərin hakimiyyətini qəbul edəndə Yehovaya göstəririk ki, Onun qərarlarına hörmət edirik.
12 AĞSAQQALLAR
Yehova yığıncağın qayğısına qalmaq üçün ağsaqqallardan, yəni təcrübəli qardaşlardan istifadə edir (Qanunun təkrarı 1:13; Həvarilərin işləri 20:28). Bu qardaşlar bizə Yehova ilə münasibətlərimizi möhkəm saxlamağa, Ona sülh içində və nizam-intizamla ibadət etməyə kömək edir (1 Korinflilərə 14:33, 40). Ağsaqqallar müqəddəs ruh vasitəsilə qələmə alınmış Müqəddəs Kitabdakı tələblərə cavab verdiyindən onlar müqəddəs ruh vasitəsilə təyin olunmuş olurlar (1 Timutiyə 3:1—7; Titusa 1:5—9; 1 Butrus 5:2, 3). Biz Allahın təşkilatına etibar edirik və dəstəkləyirik, ona görə də ağsaqqallarla sevinclə əməkdaşlıq edirik (Zəbur 138:6; İbranilərə 13:17).
13 AİLƏ BAŞÇISI
Yehova valideynlərə uşaqların qeydinə qalmaq məsuliyyətini həvalə edib. Lakin Müqəddəs Kitabda deyilir ki, ailənin başçısı ərdir. Əgər ailədə ata yoxdursa, ailənin başçısı ana olur. Ailə başçısının məsuliyyətinə ailə üzvlərini qida, paltar və yaşayış yeri ilə təmin etmək daxildir. Çox vacibdir ki, ailə başçısı ailə üzvlərinin Yehovaya ibadət etməsi üçün əlindən gələni etsin. Məsələn, o diqqət yetirməlidir ki, ailə üzvləri müntəzəm olaraq yığıncağa getsin, təbliğdə iştirak etsin, Müqəddəs Kitabı birlikdə mütaliə etsinlər. Həmçinin ailədə son qərarı ailə başçısı verir. O çalışır ki, həmişə İsa Məsihdən örnək götürsün, şəfqətli və anlayışlı olsun, heç zaman qəddarlığa və ya kobudluğa yol verməsin. Bunun sayəsində, ailədə mehriban abu-hava hökm sürər, ailə üzvləri özlərini arxayın hiss edər və Yehova ilə münasibətlərini möhkəmləndirər.
14 RƏHBƏRLİK ŞURASI
Rəhbərlik Şurası bir neçə qardaşdan ibarətdir. Göylər ümidinə sahib olan bu qardaşlar vasitəsilə Allah Öz xalqının fəaliyyətini idarə edir. Birinci əsrdə Yehova rəhbərlik şurasının vasitəsilə məsihi yığıncağının ibadətinə və təbliğ işinə rəhbərlik edirdi (Həvarilərin işləri 15:2). Bu gün də Rəhbərlik Şurasındakı qardaşlar bizə rəhbərlik edir, yol göstərir, Allahla münasibətlərimizi qorumağa kömək edir. Bu qardaşlar Allahın Kəlamının və müqəddəs ruhun göstərdiyi rəhbərlik əsasında qərar qəbul edirlər. İsa Məsih məsh olunmuş qardaşlardan ibarət olan bu qrupu «sadiq və ağıllı nökər» adlandırmışdı (Mətta 24:45—47).
15 BAŞ ÖRTÜYÜ
Bəzən yığıncaqda bacıya, adətən, qardaşın gördüyü işi görmək tapşırılır. Bacı bu işi görəndə başını örtməklə Yehovanın təsis etdiyi quruluşa hörmət etdiyini göstərir. Amma yalnız müəyyən vəziyyətlərdə başı örtmək lazım gəlir. Məsələn, bacı ərinin, yaxud vəftiz olunmuş qardaşın yanında Müqəddəs Kitab dərsi keçərsə, başını örtməlidir (1 Korinflilərə 11:11—15).
16 BİTƏRƏFLİK
Bitərəf adam siyasi məsələlərdə tərəf tutmur (Yəhya 17:16). Yehovanın xalqı Onun Padşahlığını dəstəkləyir. Biz İsa kimi, bu dünyanın işlərində bitərəf qalırıq.
Yehova hakimiyyətə və hökumətə tabe olmağı buyurur (Titusa 3:1, 2; Romalılara 13:1—7). Amma Allahın qanununda həm də deyilir ki, biz adam öldürməməliyik. Buna görə də məsihinin vicdanı ona nə hərbi xidmətə getməyə, nə də müharibədə iştirak etməyə icazə vermir. Əgər məsihinin hərbi xidmət əvəzinə alternativ xidmət olaraq dünyəvi işi, yəni hərblə heç bir əlaqəsi olmayan işi seçmək imkanı varsa, onda o bu işə vicdanın yol verib-vermədiyini götür-qoy etməlidir.
Biz yalnız Yehovaya ibadət edirik, çünki O bizim Yaradanımızdır. Biz dövlət rəmzlərinə hörmətlə yanaşsaq da, bayrağa təzim etmirik və himn oxumuruq (Əşiya 43:11; Dənyal 3:1—30; 1 Korinflilərə 10:14). Həmçinin Yehovaya ibadət edən insan öz iradəsinə uyğun olaraq hansısa siyasi partiyaya, yaxud kiminsə namizədliyinə səs vermir. Çünki o artıq Allahın hökumətinin tərəfini tutub (Mətta 22:21; Yəhya 15:19; 18:36).
17 DÜNYANIN RUHU
Bu dünya Şeytanın düşüncə tərzini aşılayır. Bu düşüncəni Yehovanı sevməyən, Ona bənzəməyən 1 Yəhya 5:19). Bu cür düşüncə və onun gətirib çıxardığı hərəkətlər bu dünyanın ruhu kimi təsvir olunur (Efeslilərə 2:2). Yehovanın xalqı ehtiyatlı olmalıdır ki, bu ruhun təsiri altına düşməsinlər (Efeslilərə 6:10—18). Əksinə, biz Yehovanın qayda-qanunlarını sevirik və əlimizdən gəldiyi qədər çalışırıq ki, Onun düşüncə tərzini əks etdirək.
və Onun qanunlarına məhəl qoymayan insanlar əks etdirir (18 DÖNÜKLÜK
Dönüklük Müqəddəs Kitab həqiqətlərinə qarşı çıxmaqdır. Dönüklər Yehovaya və Allahın Padşahlığının Padşahı təyin olunmuş İsaya üsyan edirlər və çalışırlar ki, başqalarını da özlərinə qoşsunlar (Romalılara 1:25). Onlar istəyirlər ki, Yehovaya ibadət edən insanların ürəyinə şübhə toxumu səpsinlər. Birinci əsrdəki məsihi yığıncağında bəziləri dönük olmuşdular. Bizim günlərdə də bu hal baş verir (2 Salonikililərə 2:3). Yehovaya sadiq olan kəslər dönüklərlə heç bir əlaqə saxlamırlar. Biz heç vaxt yol verməməliyik ki, maraq, başqalarının təsiri bizi dönük fikirləri oxumağa və ya onlara qulaq asmağa sövq etsin. Biz Yehovaya sadiqik və yalnız Ona ibadət edirik.
19 KƏFFARƏ
Tövratın tabeliyi altında olarkən İsrail xalqı Yehovadan günahlarının bağışlanmasını xahiş edirdi. Onlar məbədə kəffarə olaraq taxıl, yağ təqdiməsi və heyvan qurbanları gətirirdilər. Bu, israillilərə xatırladırdı ki, Yehova həm xalq olaraq, həm də fərdi şəkildə onların günahlarını bağışlamağa hazırdır. Sonralar İsa Məsih günahlarımızı yumaq üçün həyatını qurban verəndə kəffarə olaraq gətirilən bu qurbanlara daha ehtiyac olmadı. İsa özünü birdəfəlik, kamil qurban olaraq təqdim etdi (İbranilərə 10:1, 4, 10).
20 HEYVANLARIN HƏYATINA HÖRMƏT
Tövratın tabeliyi altında olarkən İsrail xalqına heyvanlardan qida kimi istifadə etməyə icazə verilmişdi. Onlara həmçinin heyvan qurbanı gətirmək əmr olunmuşdu Lavililər 1:5, 6). Lakin Yehova heç vaxt Öz xalqına icazə verməmişdi ki, heyvanlarla qəddarcasına rəftar etsinlər (Məsəllər 12:10). Tövratda heyvanları qəddarlıqdan qorumaq üçün qanunlar var idi. Həmçinin israillilərdən heyvanlarına yaxşı baxmaq tələb olunurdu (Qanunun təkrarı 22:6, 7).
(21 QANIN FRAKSİYALARI VƏ TİBBİ PROSEDURLAR
Qanın fraksiyaları. Qan dörd əsas hissədən — qırmızı qan hüceyrələri, ağ qan hüceyrələri, trombosit və plazmadan ibarətdir. Qanın bu dörd əsas hissəsi daha kiçik hissəciklərə, qan fraksiyalarına bölünür *.
Məsihi nə xalis qan, nə də onun dörd əsas hissəsini köçürmür. Bəs qanın fraksiyalarını qəbul etmək olar? Müqəddəs Kitabda bununla bağlı təfərrüatlar yazılmayıb. Buna görə də hər bir məsihi Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına əsasən özü qərar verməlidir.
Bəzi məsihilər qanın bütün fraksiyalarından imtina edirlər. Onlar düşünürlər ki, əgər Tövratda heyvandan çıxan qanın tamamilə torpağa axıdılması tələb olunurdusa, deməli, fraksiya da qəbul etməməlidirlər (Qanunun təkrarı 12:22—24).
Başqaları isə fərqli qərar qəbul edirlər. Onların vicdanı qanın bəzi fraksiyalarını qəbul etməyə icazə verir. Onlar fikirləşirlər ki, kiçik fraksiyalar qanın götürüldüyü canlının həyatını təmsil etmir.
Qanın fraksiyaları ilə bağlı qərar qəbul edərkən növbəti suallar üzərində düşün:
-
Qanın bütün fraksiyalarından imtina etməklə xəstəliklə mübarizə aparan, yaxud qanaxmanı dayandıran bəzi dərmanlardan da imtina etdiyimi başa düşürəm?
-
Həkimə izah edə bilərəm, nəyə görə bəzi fraksiyaları qəbul edirəm, bəzilərindən isə imtina edirəm?
Tibbi prosedurlar. Məsihilər qan donoru olmur, nə də öz qanlarının əməliyyatdan əvvəl götürülüb saxlanılmasına razı olmur. Amma elə prosedurlar var ki, bu zaman pasiyentin öz qanından istifadə olunur. Hər məsihi özü qərar verməlidir ki, cərrahiyyə əməliyyatı, analiz və ya müalicə proseduru zamanı qanından necə istifadə olunacaq. Bu cür prosedurlar zamanı pasiyentin qanı müvəqqəti olaraq bədəndən tamamilə ayrıla bilər. (Əlavə məlumat üçün «Gözətçi qülləsi»nin 2000-ci il 15 oktyabr sayının 30 və 31-ci səhifəsinə bax.)
Məsələn, hemodilusiya adlanan prosedurda cərrahiyyə əməliyyatına başlamazdan əvvəl pasiyentin qanının bir hissəsi bədəndən çıxarılıb, qanın həcmini artıran preparatla əvəz edilir. Çıxarılmış qan əməliyyat zamanı və ya əməliyyatdan çox keçməmiş pasiyentin bədəninə qaytarılır.
Digər bir prosedur isə reinfuziya adlanan prosedurdur. Bu prosedurda əməliyyat zamanı pasiyentin itirdiyi qan yığılır, təmizlənir, əməliyyat zamanı və ya əməliyyatdan çox keçməmiş pasiyentin bədəninə qaytarılır.
Hər həkim bu proseduru bir cür yerinə yetirir. Buna görə də məsihi əməliyyat zamanı istifadə olunacaq prosedurları, tibbi analizləri, yaxud müalicə prosedurunu qəbul etməzdən əvvəl qanından necə istifadə olunacağını dəqiq öyrənməlidir.
Qanından istifadə olunacaq tibbi prosedurlarla bağlı qərar verərkən növbəti sualların üzərində düşünməlisən:
-
Əgər qanımın bir hissəsi bədənimdən çıxarılarsa və ola bilsin, həmin bu qanın dövranı bir müddət dayandırılarsa, ona yenidən bədənimin bir hissəsi kimi baxmağa və «torpağa axıtmamağa» vicdanım yol verəcək? (Qanunun təkrarı 12:23, 24).
-
Tibbi prosedur zamanı qanımın bir hissəsi bədənimdən çıxarılıb, tərkibi dəyişdirildikdən sonra yenidən bədənimə qaytarılarsa, yaxud yarama çəkilərsə, Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanım məni narahat etməyəcək ki?
-
Mən öz qanımdan istifadə olunan bütün tibbi prosedurlardan imtina etməklə qan analizləri, hemodializ, süni qan dövranı aparatından da imtina etdiyimi başa düşürəm?
Yaqub 1:5, 6). Bundan sonra Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanımızın səsinə qulaq asaraq qərar verməliyik. Başqalarından soruşmamalıyıq, bizim yerimizə olsaydılar, nə qərar verərdilər, yaxud da onların qərarımıza təsir etməsinə yol verməməliyik (Romalılara 14:12; Qalatiyalılara 6:5).
Qan fraksiyaları və öz qanımızdan istifadə olunan tibbi müalicələrlə bağlı qərar verməzdən əvvəl dua edib Yehovadan rəhbərlik istəməli, sonra isə araşdırma aparmalıyıq (22 TƏMİZ ƏXLAQ
Təmiz əxlaqlı olmaq o deməkdir ki, insanın davranışı və hərəkətləri Allahın gözündə təmizdir. Əxlaqın təmizliyi özünə insanın düşüncələrini, sözlərini və əməllərini daxil edir. Yehova əmr edir ki, cinsi əxlaqsızlığın və natəmizliyin hər növündən uzaq duraq (Məsəllər 1:10; 3:1). Biz Yehovanın təmiz normalarına riayət edəcəyimizi günaha şirnikləndirən vəziyyət yaranmazdan əvvəl qərara almalıyıq. Biz daima dua edib, Allahdan kömək istəməliyik ki, fikirlərimizi təmiz saxlayaq. Üstəlik, əxlaqsızlığa sövq edən hər şeyi qətiyyətlə rədd etməliyik (1 Korinflilərə 6:9, 10, 18; Efeslilərə 5:5).
23 AZĞINLIQ VƏ NATƏMİZLİK
Azğınlığa Allahın qanununu ciddi şəkildə, utanmazcasına, arsızlıqla pozan danışıq və hərəkətlər daxildir. Bunu edən insan Allahın qanunlarına hörmət etmədiyini göstərir. Əgər insanın azğınlıq etdiyinə sübut varsa, məsələyə intizam komitəsi baxır. Natəmizliyə müxtəlif cür pis əməllər daxildir. Vəziyyətin ciddiliyindən asılı olaraq, bəzən natəmizliklə əlaqəli məsələlərə yığıncağın intizam komitəsi baxır (Qalatiyalılara 5:19—21; Efeslilərə 4:19; əlavə məlumat üçün «Gözətçi qülləsi» jurnalının 2006-cı il 15 iyul sayındakı «Oxucuların sualları» məqaləsinə (rus.) bax).
24 MASTURBASİYA
Yehova cinsi münasibətləri onun üçün nəzərdə tutub ki, ərlə arvad bir-birinə olan sevgisini təmiz şəkildə ifadə etsin. Lakin insan masturbasiya edəndə, yəni həzz almaq məqsədilə öz cinsiyyət orqanlarını qıcıqlandıranda natəmiz şəkildə sekslə məşğul olmuş olur. Bu vərdiş insanın Yehova ilə münasibətlərinə xələl yetirir, ürəyində pozğun arzular oyadır və cinsi münasibətlərə baxışını korlayır (Koloslulara 3:5). Bu cür natəmiz vərdişi olan və tərgitməyə çətinlik çəkən insan təslim olmamalıdır (Zəbur 86:5; 1 Yəhya 3:20). Əgər səndə də belə problem varsa, Yehovaya sidqi-ürəkdən dua edib kömək istə. Natəmiz fikirlər yaradan şeylərdən, məsələn, pornoqrafiyadan uzaq dur. Məsihi valideyninlə, yaxud Yehovanın qanunlarına bağlı olan yetkin dostunla danış (Məsəllər 1:8, 9; 1 Salonikililərə 5:14; Titusa 2:3—5). Əmin ol ki, əxlaqının təmiz olması üçün göstərdiyin cəhdləri Yehova görür və dəyərləndirir (Zəbur 51:17; Əşiya 1:18).
25 ÇOXARVADLILIQ
Yehova nikahın bir kişi ilə bir qadın arasında bağlanmış ittifaq olmasını istəyir. Allah qədim İsraildə kişinin bir neçə arvadı olmasına izin versə də, Onun əzəli niyyəti belə olmayıb. Bu gün Yehova xalqı arasında çoxarvadlılığa izin vermir. Kişinin yalnız bir arvadı, arvadın da yalnız bir əri olmalıdır (Mətta 19:9; 1 Timutiyə 3:2).
26 BOŞANMAQ VƏ AYRILMAQ
Yehova ərlə arvadın ömür boyu bir yerdə olmasını niyyət edib (Yaradılış 2:24; Məlaki 2:15, 16; Mətta 19:3—6; 1 Korinflilərə 7:39). Yalnız tərəflərdən biri zina edərsə, Yehova boşanmağa izin verir. Belə olan halda, boşanıb-boşanmamaq qərarını vermək ixtiyarını Yehova günahsız tərəfə verir (Mətta 19:9).
1 Korinflilərə 7:11). Növbəti vəziyyətlərdə məsihi ayrılmaq barədə düşünə bilər.
Bəzi hallarda məsihi, əxlaqsızlıq baş verməsə də, həyat yoldaşından ayrılmağa qərar verir (-
Qəsdən ailəni dolandırmayanda: Ər ailəni dolandırmaqdan imtina edir və iş o yerə gəlib çatır ki, ailə pulsuz-parasız qalır, yaxud yeməyə bir şey tapmır (1 Timutiyə 5:8).
-
Qəddarcasına rəftar edəndə: Bu o dərəcədə olur ki, insan artıq sağlamlığının və ya həyatının təhlükədə olduğunu görür (Qalatiyalılara 5:19—21).
-
İnsanın Yehova ilə münasibətləri, sözün əsl mənasında, təhlükə altında olanda: Ər, yaxud arvad həyat yoldaşının Yehovaya xidmət etməsini qeyri-mümkün edir (Həvarilərin işləri 5:29).
27 TƏRİF VƏ RUHLANDIRMA
Hər birimizin tərifə və ruhlanmağa ehtiyacı var (Məsəllər 12:25; 16:24). Biz xoş sözlərlə bir-birimizi möhkəmləndirə və təsəlli edə bilərik. Bu cür sözlər bacı-qardaşlara kömək edə bilər ki, böyük çətinliklərə tab gətirsinlər və Yehovaya xidmət etməyə davam etsinlər (Məsəllər 12:18; Filippililərə 2:1—4). Əgər kimsə məyusluğa qapılıbsa, ona hörmətlə qulaq asmalı və dərdini başa düşməyə çalışmalıyıq. Bunun sayəsində, biləcəyik ki, ona kömək etmək üçün nə deyək və ya nə edək (Yaqub 1:19). Qarşına məqsəd qoy ki, bacı-qardaşların nəyə ehtiyac duyduğunu başa düşmək üçün onları yaxından tanıyasan. Onda onlara kömək edə biləcəksən ki, həqiqi təravət tapmaq üçün Allaha üz tutsunlar, çünki yalnız Allah insanın hər dərdində ona təsəlli verməyə və ruhlandırmağa qadirdir (2 Korinflilərə 1:3, 4; 1 Salonikililərə 5:11).
28 TOY
Müqəddəs Kitabda toyla bağlı konkret qaydalar yoxdur. El adətləri və dövlətin qanunları ərazidən-əraziyə dəyişir (Yaradılış 24:67; Mətta 1:24; 25:10; Luka 14:8). Toyun ən vacib hissəsi bəylə gəlinin Yehovanın qarşısında bir-birilə əhd bağlamasıdır. Bəzi cütlüklər nikah andı içərkən ailə üzvlərinin və yaxın dostlarının bu mərasimdə olmasını və ağsaqqalın Müqəddəs Kitaba əsaslanan nitq söyləməsini istəyirlər. Toy şənliyinin olub-olmayacağına, yaxud necə keçiriləcəyinə cütlük özü qərar verir (Luka 14:28; Yəhya 2:1—11). Toyun təşkili ilə bağlı hər nə qərar versələr də, onlar əmin olmalıdırlar ki, bu, Yehovanı şərəfləndirəcək (Yaradılış 2:18—24; Mətta 19:5, 6). Müqəddəs Kitabdakı prinsiplər onlara düzgün qərar verməyə kömək edəcək (1 Yəhya 2:16, 17). Cütlük toyda içki verməyi qərarlaşdırarsa, əmin olmalıdır ki, məclisə lazımınca nəzarət ediləcək (Məsəllər 20:1; Efeslilərə 5:18). Əgər toyda musiqi və əyləncə olacaqsa, bunların Yehovaya şərəf gətirəcəyinə əmin olmalıdırlar. Məsihi cütlük diqqəti təkcə toy gününə yox, Yehova ilə və bir-birilə münasibətlərinə cəmləməlidir (Məsəllər 18:22; əlavə məlumat üçün «Gözətçi qülləsi» jurnalının 2006-cı il 1 noyabr sayının 8—12, 17—21 səhifələrinə və 2006-cı il 15 oktyabr sayının 28—31 səhifələrinə (rus.) bax).
29 MÜDRİK QƏRARLAR
Biz istəyirik ki, Allahın Kəlamındakı prinsiplərə əsaslanan düzgün qərarlar verək. Məsələn, ola bilər, məsihinin Yehovanın Şahidi olmayan həyat yoldaşı bayram vaxtı onunla birlikdə qohumlarıgilə qonaq getmək istəsin. Sən belə vəziyyətdə olsan, nə edəcəksən? Vicdanın sənə getməyə izin versə, həyat yoldaşına izah edə bilərsən ki, qonaqlıqda yalan dinlə bağlı hansısa adət olsa, sən həmin adətdə iştirak etməyəcəksən. Həmçinin qonaqlığa getməyinin başqalarının imanına necə təsir edəcəyini nəzərə almalısan (1 Korinflilərə 8:9; 10:23, 24).
Müdir bayram vaxtı əlavə pul təklif edə bilər. O demək deyil ki, pulu mütləq rədd etmək lazımdır. Pulu götürüb-götürməmək qərarı müəyyən dərəcədə müdirin niyyətindən asılıdır. O bu pulu
bayram hədiyyəsi kimi verir? Yoxsa sadəcə işçilərinin əməyini qiymətləndirdiyini göstərmək istəyir? Bu və digər amilləri nəzərə alaraq pulu götürüb-götürməyəcəyinə qərar verməlisən.Digər bir halda, kimsə bayram vaxtında sənə hədiyyə verib deyə bilər: «Bilirəm, sən bayram keçirmirsən, amma bunu sənə vermək istəyirəm». Ola bilsin, bu insan sənə sadəcə yaxşılıq etmək istəyir. Digər tərəfdən isə müəyyən səbəblərə görə səndə elə fikir yarana bilər ki, o sənin imanını sınamaq üçün, yaxud səni əqidənə zidd davranmağa sövq etmək üçün bunu edir. Bunları götür-qoy edəndən sonra hədiyyəni götürüb-götürməyəcəyinə özün qərar verməlisən. Biz istəyirik ki, hər bir qərarımızda Yehovaya sadiq qalaq və vicdanımız təmiz olsun (Həvarilərin işləri 23:1).
30 İŞGÜZAR VƏ HÜQUQİ MƏSƏLƏLƏR
Əksər hallarda narazılıqları dərhal və sülh yolu ilə həll edəndə məsələlər böyümür (Mətta 5:23—26). Hər bir məsihi üçün ən vacibi Yehovaya şərəf gətirmək və yığıncaqda birliyi qorumaq olmalıdır (Yəhya 13:34, 35; 1 Korinflilərə 13:4, 5).
Məsihilərin işgüzar məsələlər üstündə aralarında narazılıq yaransa, onlar bir-birini məhkəməyə vermədən məsələni həll etməyə çalışmalıdırlar. 1 Korinflilərə 6:1—8 ayələrində həvari Bulus bir-birini məhkəməyə verən məsihilərə məsləhət vermişdi. Dindaşımızı məhkəməyə vermək Yehovanın və yığıncağın adına ləkə gətirər. Mətta 18:15—17 ayələrində böhtan və ya fırıldaq kimi ciddi məsələləri yoluna qoymaq üçün üç addım sadalanır. 1) Məsihilər əvvəlcə məsələni öz aralarında həll etməlidirlər. 2) Həll edə bilməsələr, yığıncağın bir və ya iki yetkin üzvündən kömək istəyə bilərlər. 3) Sonra, lazım gələrsə, məsələni ağsaqqallar şurasına təqdim etməlidirlər. Vəziyyət bu yerə gəlib çıxarsa, ağsaqqallar Müqəddəs Kitab prinsiplərindən istifadə edərək məsələ ilə əlaqəsi olan hər kəsə razılığa gəlib, sülhü qorumağa kömək edəcək. Əgər kimsə Müqəddəs Kitabdakı qaydalara riayət etmək istəməzsə, onda yığıncaq ağsaqqallarına intizam tədbiri görmək lazım gələ bilər.
Lakin bəzi hallarda, məsələn, boşanma, qəyyumluq, aliment, sığorta, iflas, yaxud vərəsəlik kimi məsələlərdə məhkəməyə müraciət etməyi qanun tələb edə bilər. Əgər məsihi bu cür məsələləri hüquqi yollarla bacardığı qədər sülh şəraitində həll edə bilsə, Bulusun məsləhətini pozmuş olmur.
Əgər ciddi cinayətlər, məsələn, zorlama, uşaq zorakılığı, təcavüz, böyük miqyasda oğurluq, yaxud qətl baş verərsə, bu barədə dövlət orqanlarına müraciət edən məsihi Bulusun məsləhətinə zidd davranmış olmur.
31 ŞEYTANIN YALANLARI
Ta Ədən bağından Şeytan insanları aldatmağa çalışır (Yaradılış 3:1—6; Vəhy 12:9). O bilir ki, düşüncəmizi təhrif edə bilsə, bizə pis iş də gördürə bilər (2 Korinflilərə 4:4; Yaqub 1:14, 15). O, siyasətdən, dindən, kommersiyadan, əyləncədən, təhsildən və başqa şeylərdən istifadə edərək öz düşüncəsini insanlara yeridir (Yəhya 14:30; 1 Yəhya 5:19).
Şeytan bilir ki, insanları aldatmaq üçün vaxtı çox qalmayıb. Ona görə də mümkün qədər çox insanı aldatmaq üçün əlindən gələni edir. Xüsusilə də Yehovanın xidmətçilərini aldatmaq istəyir (Vəhy 12:12). Ehtiyatlı olmasaq, Şeytan tədricən bizim də düşüncəmizi korlayacaq (1 Korinflilərə 10:12). Məsələn, Yehova istəyir ki, nikah ömürlük ittifaq olsun (Mətta 19:5, 6, 9). Amma çoxları bu gün nikaha müvəqqəti bir ittifaq kimi baxırlar, düşünürlər ki, istədikləri vaxt bu ittifaqı poza bilərlər. Bir çox filmlər və televiziya proqramları da bu fikri yayır. Biz diqqətli olmalıyıq ki, dünyanın nikaha baxışı bizə təsir etməsin.
Şeytanın bizi aldatmaq üçün əl atdığı üsullardan biri insanlarda müstəqillik istəyi oyatmaqdır (2 Timutiyə 3:4). Ehtiyatlı olmasaq, Yehovanın səlahiyyət verdiyi kəslərə hörməti itirə bilərik. Məsələn, qardaş yığıncaq ağsaqqallarının verdiyi göstərişə qarşı çıxa bilər (İbranilərə 12:5). Yaxud bacı Yehovanın ailədə qoyduğu başçılıq prinsipi ilə razılaşmaya bilər (1 Korinflilərə 11:3).
Biz qəti şəkildə yol verməməliyik ki, Şeytan düşüncəmizə təsir etsin. Əksinə, Yehova kimi fikirləşməli və həmişə səmavi şeylər haqqında düşünməliyik (Koloslulara 3:2; 2 Korinflilərə 2:11).
32 MÜALİCƏ ÜSULLARI
Biz hamımız sağlam olmaq, naxoşlayanda isə yaxşı müalicə almaq istəyirik (Əşiya 38:21; Mark 5:25, 26; Luka 10:34). Bu gün tibbi metodların və müalicə üsullarının sayı-hesabı yoxdur. Müalicə üsulu seçəndə Müqəddəs Kitab prinsiplərini rəhbər tutmaq çox vacibdir. Biz bilirik ki, yalnız Allahın Padşahlığı bizə birdəfəlik şəfa verəcək. Biz istəmərik ki, başımız sağlamlığımıza o qədər qarışsın ki, Yehovaya ibadət arxa plana keçsin (Əşiya 33:24; 1 Timutiyə 4:16).
Biz cinlərin qüvvəsindən istifadə olunan müalicə üsullarından qəti şəkildə uzaq durmalıyıq (Qanunun təkrarı 18:10—12; Əşiya 1:13). Ona görə də müalicə üsulu və ya dərman seçərkən onun mənşəyini, cindarlıqla əlaqəsi olub-olmadığını öyrənmək üçün əlimizdən gələni etməliyik (Məsəllər 14:15). Unutmamalıyıq ki, Şeytan bizi cindarlığa sövq etmək istəyir. Müalicənin cindarlıqla əlaqəli olduğundan hətta şübhələnsək belə, yaxşı olar ki, ondan uzaq duraq (1 Butrus 5:8).
^ Bəzi həkimlər qanın dörd əsas hissəsini fraksiya hesab edir. Buna görə də onlara xalis qanın, eləcə də onun dörd əsas hissəsinin, yəni qırmızı qan hüceyrələri, ağ qan hüceyrələri, trombosit və plazmanın köçürülməsindən imtina etdiyini izah etmək lazım gələ bilər.