Fəsil 8
Bizdən üstün olan şəxslər
MƏN əminəm, sən razılaşacaqsan ki, səndən və məndən üstün, qüdrətli və güclü şəxslər var. Səncə, bunlar kim ola bilər? ~ Yehova Allah. Bəs Onun Oğlu Böyük Müəllim İsa haqda nə demək olar? O, bizdən üstündür? ~ Əlbəttə.
İsa Allahla birlikdə göydə yaşayırdı. O, ruhani Oğul, başqa sözlə, mələk idi. Bəs Allah başqa mələklər də yaratmışdı? ~ Bəli, O, milyonlarla mələk yaratmışdı. Bu mələklər də bizdən üstün və qüdrətlidirlər (İbranilərə 1:7; Daniel 7:10).
Məryəmlə danışan mələyin adı yadındadır? ~ Onun adı Cəbrayıl idi. O, Məryəmə demişdi ki, onun uşağı Allahın Oğlu adlanacaq. Allah ruhani Oğlunun həyatını Məryəmin bətninə qoydu, bununla da, İsa yer üzündə uşaq kimi doğula bildi (Luka 1:26, 27).
Sən bu möcüzəyə inanırsan? Bəs İsanın göydə Allahla yaşadığına necə? ~ İsa deyirdi ki, o, göydə yaşayıb. İsa bunu haradan bilirdi? Yəqin o, uşaq olanda Məryəm Cəbrayılın dediklərini ona danışmışdı. Həmçinin, görünür, Yusif də ona əsil Atasının Allah olduğunu demişdi.
İsa vəftiz olanda hətta Allah göylərdən: ‘Bu Mənim Oğlumdur’, — deyə söyləmişdi (Matta 3:17). Ölümündən əvvəlki gecə İsa dua edirdi: «Ey Ata, dünya yaranmazdan əvvəl, Mən Səninlə bərabər ikən Məndə olan həmin izzəti indi Mənə Öz yanında ver» (Yəhya 17:5). Bəli, İsa yenidən Allahla birgə yaşamaq üçün göyə qayıtmaq istəyirdi. O, göydə necə yaşaya bilərdi? ~ Yalnız Yehova Allah onu yenidən görünməz ruhani varlıq və ya mələk etsəydi.
İndi mən sənə vacib bir sual vermək istəyirəm. Mələklərin hamısı yaxşıdır? Sən necə fikirləşirsən? ~ Bir vaxtlar onların hamısı yaxşı olub. Çünki onları Yehova yaratmışdı, Yehovanın isə yaratdığı hər şey yaxşı olur. Ancaq sonra mələklərdən biri pis mələk oldu. Bu, necə baş verdi?
Bu suala cavab tapmaq üçün Allahın ilk kişi və qadını, Adəmlə Həvvanı yaratdığı dövrə qayıtmalıyıq. Bəziləri deyir ki, Adəm və Həvva adında adam yaşamayıb, bunu kimsə özündən uydurub. Lakin Böyük Müəllim onların həqiqətən yaşadığını bilirdi.
Allah Adəmlə Həvvanı yaradanda onları Eden adlanan gözəl bir bağda yerləşdirmişdi. Bu, əsil cənnət idi. Onların çoxlu uşaqları, böyük ailəsi ola bilərdi və Cənnətdə əbədi yaşaya bilərdilər. Ancaq onlara vacib bir şeyi öyrənmək lazım idi. Biz bu haqda artıq danışmışıq. Gəl baxaq görək, yadımızda qalıb, ya yox.
Yaradılış 2:17). Deməli, Adəmlə Həvvaya nəyi öyrənmək lazım idi? ~
Yehova Adəmlə Həvvaya demişdi ki, bağdakı hansı ağacdan istəsələr, meyvə dərib yeyə bilərlər. Təkcə bir ağac var idi ki, onun meyvələrindən yeyə bilməzdilər. Yedikləri halda Allah nə baş verəcəyini onlara söyləmişdi. O demişdi: ‘Hökmən öləcəksiniz’ (Onlar itaətkar olmağı öyrənməli idilər. Bəli, insanın həyatı Yehova Allaha itaət etməkdən asılıdır! Adəmlə Həvvanın Allaha itaət edəcəklərini yalnız dildə demələri kifayət deyildi. Onlar bunu əməlləri ilə göstərməli idilər. Əgər Allaha itaət etsəydilər, onda Onu sevdiklərini və onlara hökmdarlıq etməsini istədiklərini göstərərdilər. Belə olduqda Cənnətdə əbədi yaşaya bilərdilər. Bəs həmin ağacın meyvəsindən yemələri nəyi göstərərdi? ~
Bu göstərərdi ki, onlar verdiyi şeylərə görə Yehovaya minnətdar deyillər. Sən orada olsaydın, Yehovaya itaət edərdin? ~ İlk vaxtlar Adəmlə Həvva itaətkar idilər. Lakin sonra onlardan üstün olan bir şəxs Həvvanı aldatdı. O, Həvvanı Yehovanın sözündən çıxmağa təhrik etdi. O, kim idi? ~
Müqəddəs Kitab deyir ki, ilan Həvva ilə danışdı. Ancaq sən bilirsən ki, ilan danışa bilmir. Bəs onda o, necə danışdı? ~ Bir mələk elə etdi ki, guya ilan danışır. Əslində isə danışan mələyin özü idi. Bu mələk pis şeylər haqqında düşünməyə başlamışdı. O istəyirdi ki, Adəm və Həvva ona ibadət etsin, ağzından çıxan hər kəlməni yerinə yetirsin. Bir sözlə, o, Allahın yerini tutmaq istəyirdi.
Beləliklə, həmin mələk pis fikirləri Həvvanın beyninə qoydu. O, ilan vasitəsilə qadına dedi: ‘Allah sizə düzünü deməyib, həmin ağacın meyvəsindən yesəniz, ölməyəcəksiniz. Allah kimi müdrik olacaqsınız’. Sən Həvvanın yerinə olsaydın, bu sözlərə inanardın? ~
Həvva Allahın ona vermədiyi şeyi istədi. O, qadağan olunmuş ağacın meyvəsindən yedi. Sonra Adəmə də verdi. Adəm ilanın dediyinə inanmamışdı. Lakin Həvva ilə olmaq arzusu onun Allaha olan məhəbbətinə üstün gəldi. Beləliklə, o da meyvədən yedi (Yaradılış 3:1—6; 1 Timoteyə 2:14).
Bunun nəticəsi nə oldu? ~ Adəm və Həvva qeyri-kamil oldular, qocaldılar və öldülər. Onlar qeyri-kamil olduqları üçün uşaqları da qeyri-kamil Romalılara 5:12). Müqəddəs Kitabda deyilir ki, Həvvanı aldadan mələk Şeytan İblis, pis olan başqa mələklər isə cin adlanır (Yaqub 2:19; Vəhy 12:9).
oldular və nəticədə qocalıb öldülər. Allah yalan deməmişdi! İnsanın həyatı Ona itaət etməsindən asılıdır (İndi sən başa düşdün, necə oldu ki, Allahın yaratdığı yaxşı mələk pis mələyə çevrildi? ~ Çünki o, pis şeylər haqqında fikirləşməyə başladı. O, kainatda ən üstün şəxs olmaq istəyirdi. O bilirdi ki, Allah Adəmlə Həvvaya dünyaya uşaq gətirməyi tapşırıb və istəyirdi ki, onların hamısı ona ibadət etsin. İblis heç bir nəfərin də olsun, Yehovanın itaətində qalmasını istəmir. Buna görə də o, pis fikirləri bizim beynimizə qoyur (Yaqub 1:13—15).
Şeytan deyir ki, əslində heç kim Yehovanı sevmir. Onun sözlərinə görə, nə sən, nə də mən Allahı sevmirik və Allahın dediklərini yerinə yetirmək istəmirik. O həmçinin bildirir ki, biz yalnız işlərimiz yaxşı gedəndə Yehovaya itaət edirik. Şeytan düz deyir? Məgər biz beləyik?
Böyük Müəllim demişdi ki, İblis yalançıdır! İsa Yehovaya tabe olaraq Onu həqiqətən sevdiyini sübut etmişdi. İsa təkcə asan olanda Allaha tabe olmurdu. O, bunu hər zaman, hətta başqa insanlar onun üçün çətinlik yaradanda da edirdi. O, ölənə kimi Yehovaya sadiq qaldı. Buna görə də Yehova ona əbədi yaşamaq üçün yenidən həyat verdi.
Deməli, bizim ən böyük düşmənimiz kimdir? ~ Düzdür, Şeytan İblis. Sən onu görə bilərsən? ~ Əlbəttə ki, yox! Lakin biz bilirik ki, o, mövcuddur və bizdən güclüdür. Bəs İblisdən üstün və qüdrətli kimdir? ~ Yehova Allah. Buna görə də biz əminik ki, Allah bizi qoruya bilər.
Bu ayələrdən kimə ibadət etməli olduğumuz haqqında oxu: Qanunun təkrarı 30:19, 20; Yeşua 24:14, 15; Süleymanın məsəlləri 27:11 və Matta 4:10.