Fəsil 46
Dünya suyun altında qalır. Bu, bir də baş verəcək?
NƏ VAXTSA eşitmisən ki, kimsə dünyanın sonu haqqında danışsın? ~ Bu gün çoxları bu haqda danışır. Bəzilərinin fikrincə, müharibə olacaq, insanlar nüvə bombaları atacaq və dünyanı məhv edəcəklər. Səncə, Allah yol verər ki, insanlar bizim gözəl planetimizi məhv etsinlər? ~
Öyrəndiyimiz kimi, Müqəddəs Kitabda dünyanın sonu haqqında danışılır. Orada deyilir: ‘Dünya keçib gedir’ (1 Yəhya 2:17). Necə fikirləşirsən, dünyanın sonu gələndə yer kürəsi məhv olacaq? ~ Yox, Müqəddəs Kitabda deyilir ki, Allah yer üzünü insanların orada ‘yaşayıb’, zövq alması üçün yaradıb (Yeşaya 45:18). Məzmur 37:29 ayəsində deyilir: «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq». Bu səbəbdən, Müqəddəs Kitabda deyilir ki, yer kürəsi də əbədiyyən mövcud olacaq (Məzmur 104:5; Vaiz 1:4).
Bəs əgər dünyanın sonu gələndə yer üzü məhv olmayacaqsa, onda dünyanın sonu nə deməkdir? ~ Nuhun günlərində baş verənlərə diqqət yetirsək, bu sualın cavabını tapacağıq. Müqəddəs Kitabda deyilir: «O zamankı dünya da həmin sularla boğulub məhv oldu» (2 Peter 3:6).
Nuhun günlərində Allah dünyanı Daşqınla məhv edəndə kimsə sağ çıxmışdı? ~ Müqəddəs Kitabda deyilir ki, Yehova «allahsızlar dünyası üzərinə tufanı gətirərkən, salehlik təbliğçisi olan Nuh da daxil olmaqla, səkkiz nəfərin canını saxladı» (2 Peter 2:5).
Deməli, o zaman nə məhv edilmişdi? Yer kürəsi, yoxsa pis insanlar? ~ Müqəddəs Kitabda deyilir ki, ‘allahsızlar dünyası’. Həm də fikir ver ki, Nuh ‘təbliğçi’ adlanır. Səncə, o, nə haqda təbliğ edirdi? ~ Nuh ‘o zamankı dünyanın’ sonu haqda insanlara xəbərdarlıq edirdi.
Böyük Daşqından danışanda İsa şagirdlərinə son gəlməzdən əvvəl insanların nə ilə məşğul olduğunu söyləmişdi. O demişdi: «Daşqından əvvəl camaat yeyir, içir, evlənir, ərə gedirdi və Nuh gəmiyə minməyincə, daşqın gəlib onların hamısını aparmayınca heç nəyi fikirləşmirdilər». Sonra İsa əlavə etmişdi ki, bu dünya da öz sonuna yaxınlaşanda insanlar bu cür davranacaqlar (Matta 24:37—39, YD).
İsanın sözləri göstərir ki, biz Daşqından əvvəl yaşayan insanların davranışından özümüzə ibrət dərsi götürməliyik. Bu kitabın
10-cu fəslindən yadında qalıb, həmin insanlar nə edirdilər? ~ Bəziləri özlərindən zəif adamları incidir və zorakılıq edirdilər. İsanın sözlərinə görə, əksəriyyət isə Allahın Nuh vasitəsilə dediklərini sadəcə olaraq qulaqardına vururdu.Beləliklə, günlərin bir günü Yehova Nuha dedi ki, daşqın göndərərək pis insanları məhv edəcək. Bütün yer, hətta dağlar da suyun altında qalacaqdı. Məhz buna görə də Yehova Nuha böyük bir gəmi tikməyi tapşırdı. 238-ci səhifədəki şəklə baxsan, görəcəksən ki, o, böyük, uzun qutuya bənzəyirdi.
Allah Nuha gəmini böyük tikməyi tapşırdı ki, özü, ailəsi, eləcə də çoxlu heyvan ora girib sağ qala bilsin. Nuh ailəsi ilə birlikdə gecə-gündüz işləyirdi. Onlar böyük ağaclar kəsir və onlardan gəmi tikirdilər. Buna çox, özü də lap çox illər getdi, axı gəmi olduqca böyük idi.
Yadındadır, Nuh bu illər ərzində gəmi tikməklə yanaşı nə ilə məşğul olurdu? ~ O, təbliğ edir və insanları Daşqının olacağından xəbərdar edirdi. Bəs onun sözlərinə əhəmiyyət verən var idi? Xeyr, öz ailəsindən başqa heç kim ona qulaq asmırdı. Hamının fikri-zikri başqa işlərdə idi. Yadındadır, İsa onların nə ilə məşğul olduğunu demişdi? ~ Hə, elədir, onlar yeyir, içir və ailə qururdular. Onlar özlərini pis adam hesab etmirdilər, buna görə də Nuha qulaq asmırdılar. İndi gəl görək onlarla nə baş verdi.
Nuh ailəsi ilə birgə gəmiyə girəndən sonra Yehova gəminin qapısını bağladı. Bayırdakı adamlar Daşqının olacağına hələ də inanmırdılar. Amma qəflətən göydən su tökülməyə başladı! Bu, adi yağış deyil, leysan idi! Tezliklə, coşub-daşan çaylar əmələ gəldi. Su hündür ağacları kökündən qoparır, yekə daşları kiçik çay Matta 24:39, YD; Yaradılış 6:5—7).
daşları kimi yuvarlayırdı. Bəs gəmidə olmayan adamlarla nə baş verdi? ~ İsa deyir: ‘Tufan gəlib hamısını apardı’. Bayırda olan insanların hamısı öldü. Nəyə görə? ~ İsanın dediyi kimi, ‘heç nəyi fikirləşmədiklərinə’ görə. Onlar xəbərdarlığa qulaq asmadılar! (İndi yadına sal, İsa dedi ki, biz həmin insanların başına gələnlərdən özümüzə vacib dərs götürməliyik. Hansı dərsi? ~ O vaxt adamların hamısı pis olduqlarına görə ölməmişdilər. Allah və Onun nə edəcəyi barədə öyrənməyə vaxt ayırmadıqlarına görə ölmüşdülər. Ehtiyatlı olmalıyıq ki, onlara oxşamayaq, düz demirəm? ~
Necə fikirləşirsən, Allah yer üzünü yenidən daşqınla məhv edəcək? ~ Xeyr, Allah bir də belə etməyəcəyinə söz verib. O deyib: «Buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun». Yehovanın sözlərinə əsasən, göy qurşağı ‘suların bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcəyinə’ bir əlamətdir (Yaradılış 9:11—17).
Beləliklə, əmin ola bilərik ki, Allah heç vaxt yeri daşqınla məhv etməyəcək. Bununla belə, artıq oxuduğumuz kimi, Müqəddəs Kitabda dünyanın sonu haqda danışılır. Allah bu dünyanı məhv edəndə kimləri sağ saxlayacaq? ~ Başqa işlərlə həddindən artıq maraqlandığından Allah
haqda öyrənmək istəməyən, yaxud başı qarışıq olduğundan Müqəddəs Kitabı öyrənməyə vaxt ayırmayan adamları? Sən necə fikirləşirsən? ~Biz də Allahın xilas edəcəyi adamların arasında olmaq istəyirik, elə deyil? ~ İstəməzdik ki, bizim də ailəmiz Nuhun ailəsi kimi olsun və Allah bizi ailəlikcə xilas etsin? ~ Əgər biz dünyanın sonundan sağ çıxmaq istəyiriksə, ilk növbədə, Allahın dünyanı necə məhv edəcəyini və yeni ədalətli dünyanı necə yaradacağını başa düşməliyik. Gəl görək, O, bunu necə edəcək.
Müqəddəs Yazıların «Daniel» kitabının 2-ci fəslinin 44-cü ayəsində bu suala cavab verilir. Bu ayədə bizim günlər haqda belə deyilir: «O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq [yaxud hökumət] quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq».
Sən bu ayədə deyilənləri başa düşürsən? ~ Müqəddəs Kitabda deyilir ki, Allahın hökuməti yer üzündəki bütün hökumətləri məhv edəcək. Axı nəyə görə? ~ Çünki onlar Allahın təyin etdiyi Padşaha tabe olmurlar. Bu Padşah kimdir? ~ Bəli, o, İsa Məsihdir!
Hansı hökumətin idarə edəcəyinə qərar verməyə Yehova Allahın tam haqqı var və O, Oğlu İsanı Padşah seçib. Tezliklə, Allahın seçdiyi Hökmdarın, İsa Məsihin başçılığı altında bu dünyanın hökumətləri məhv ediləcəklər. «Vəhy» kitabının 19-cu fəslinin 11-dən 16-dək ayələrində İsanın bunu necə etdiyi təsvir olunur. Sən bunu şəkildə də görə bilərsən. Müqəddəs Kitabda deyilir ki, Allah yer üzündə olan bütün hökumətləri Har-Megidon adlanan müharibədə məhv edəcək.
Vəhy 16:14, 16). Bəli, Har-Megidon Allahın müharibəsidir və O, İsa Məsihi səmavi ordunun başçısı təyin edib. Bəs Har-Megidon müharibəsinə çox qalıb? Gəl görək, bunu haradan öyrənə bilərik.
Allah deyir ki, Onun Padşahlığı bütün insan hökumətlərinə son qoyacaq. Bəs O, bunu bizə həvalə edir? ~ Xeyr. Müqəddəs Kitabda ‘Har-Megidon Küll-İxtiyar Allahın böyük günündə baş verəcək müharibə’ adlanır (Gəl Süleymanın məsəlləri 2:21, 22; Yeşaya 26:20, 21; Yeremya 25:31—33 və Matta 24:21, 22 ayələrindən Allahın pis adamları məhv edəcəyi, Ona xidmət edənləri isə xilas edəcəyi gün haqqında birlikdə oxuyaq.