Fəsil 28
Kimə qulaq asmaq lazımdır?
HƏRDƏN bilmirsən, kimə qulaq asasan. Ola bilər, atan və ya anan sənə bir şeyi, müəllimin, yaxud polis isə tamam başqa şeyi deyir. Belə olanda kimə qulaq asmaq lazımdır? ~
Bu kitabın 7-ci fəslində biz Müqəddəs Kitabdan Efeslilərə 6:1-3 ayələrini oxumuşduq. Orada deyilirdi ki, uşaqlar valideynlərinə qulaq asmalıdırlar. Ayədə yazılıb: «Ey uşaqlar, Rəbb yolunda valideynlərinizə itaət edin». Bilirsən, «Rəbb yolunda» nə deməkdir? ~ «Rəbb yolunda» olan valideynlər uşaqlarına Allahın qanunlarına tabe olmağı öyrədirlər.
Amma böyüklərin bəziləri Yehovaya inanmırlar. Birdən onlar desələr ki, məktəbdə imtahan zamanı qaydaları pozmaqda, yaxud pulunu ödəmədən mağazadan nə isə götürməkdə pis bir şey yoxdur, onda yalan danışacaq və ya oğurluq edəcəksən? ~
Yadına sal ki, bir dəfə Navuxodonosor padşah hamının onun düzəltdiyi qızıl heykələ baş əyməsini əmr etmişdi. Amma Şadrak, Meşak və Aved-Neqo baş əymədi. Bilirsən, nəyə görə? ~ Çünki Müqəddəs Kitabda deyilir ki, insanlar yalnız Yehovaya ibadət etməlidirlər (Çıxış 20:3; Matta 4:10).
İsa öləndən sonra onun həvarilərini yəhudilərin əsas dini məhkəməsi olan Sinedrionun qarşısına çıxardılar. Baş kahin Qayafa dedi: «Sizə bu adla [İsanın adı ilə] təlim verməyi ciddi qadağan etmədikmi? Və budur, təliminizi Yerusəlimin hər yerinə yaydınız». Nə üçün həvarilər Sinedriona tabe olmadılar? ~ Həvarilərin işləri 5:27—29).
Peter bütün həvarilərin adından danışaraq Qayafaya belə cavab verdi: «İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir» (Həmin vaxtlar yəhudilərin din rəhbərləri çox böyük nüfuza malik idi. Bununla belə, onların ölkəsi Roma dövlətinin hakimiyyəti altında idi. Həmin dövlətin başçısı qeysər adlanırdı. Yəhudilər qeysərin onları idarə etməsini istəməsələr də, Roma dövləti onlar üçün çoxlu yaxşı işlər görmüşdü. Bu gün də dövlət öz vətəndaşları üçün yaxşı işlər görür. Bilirsən, bunlardan bəziləri hansılardır? ~
Dövlət yollar salır, polisə və yanğınsöndürənlərə maaş verir ki, bizi qorusunlar. Bundan başqa, gənclərin təhsil alması və qocaların qayğısına qalınması üçün tədbirlər görür. Bütün bunları etmək üçün dövlət pul xərcləyir. Bilirsən, o, pulu haradan alır? ~ İnsanlardan. Onların dövlətə verdiyi pul vergi adlanır.
Böyük Müəllim yer üzündə yaşayanda yəhudilərin əksəriyyəti Roma dövlətinə vergiləri ödəmək istəmirdi. Buna görə
də bir gün kahinlər İsanı sözdə tutmaq üçün bir neçə adam tutub onun yanına göndərdilər. Onlar gəlib İsadan soruşdular: ‘Biz qeysərə vergi verməliyik, ya yox?’ Bu, hiyləgərcəsinə verilən sual idi. Əgər İsa: «Bəli, vergiləri ödəməlisiniz», — desəydi, bu, yəhudilərin çoxuna xoş gəlməyəcəkdi. Amma İsa deyə də bilməzdi: «Xeyr, vergiləri ödəmək lazım deyil». Belə demək düzgün olmazdı.Maraqlıdır, İsa nə etdi? O dedi: «Mənə bir dinar göstərin». Onlar dinarı gətirəndə İsa soruşdu: ‘Onun üstündə kimin şəkli və adı var?’ Adamlar dedilər: «Qeysərin». İsa da belə dedi: «Beləliklə qeysərinkini qeysərə, Allahınkını Allaha verin» (Luka 20:19—26).
Heç kim bu cavabın səhv olduğunu deyə bilməzdi. Əgər qeysər insanlar üçün nə isə edirsə, deməli, qeysərin düzəltdiyi pulu da bu şeylərin əvəzində ona verməkdə səhv heç nə yox idi. Bununla İsa göstərdi ki, aldığımız şeylərə görə dövlətə vergi vermək düzgündür.
Ola bilsin, vergi vermək üçün sən hələ balacasan. Bununla belə, dövlətə başqa bir şey edə bilərsən. Bilirsən, nə? ~ Dövlətin qanunlarına tabe ola bilərsən. Müqəddəs Kitabda deyilir: ‘Üzərinizdə olan hakimlərə tabe olun’. Bu hakimlər dövlətin səlahiyyətli şəxsləridir. Beləliklə, dövlətin qanunlarına tabe olmağı bizə Allah əmr edir (Ola bilər, küçədə olanda yerə kağız və başqa şeylər atmağı qadağan edən qanun var. Sən bu qanuna tabe olmalısan? ~ Bəli, Allah istəyir ki, sən bu qanuna tabe olasan. Bəs polisə necə, ona da qulaq asmaq lazımdır? ~ Dövlət polisə pul verir ki, o, bizi qorusun. Onlara tabe olmaq elə dövlətə tabe olmaq deməkdir.
Tutaq ki, sən küçəni keçmək istəyirsən, amma polis sənə: «Gözlə!» — deyir. Bu zaman sən nə etməlisən? ~ Başqaları qaçıb yolu keçir deyə, sən də keçməlisən? ~ Yox, hətta dayanan təkcə sən olsan da, yenə də gözləməlisən. Polisə qulaq asmağı sənə deyən Allahdır.
Ola bilər, qonşuluqda hansısa hadisə baş verib və polis deyir ki, küçəyə çıxmayın, evdə qalın. Amma sən səs-küy eşidirsən və sənə maraqlıdır ki, görəsən nə baş verib. İndi nə edəcəksən, dözməyib bayıra çıxacaqsan? ~ Məgər bu göstərərdi ki, sən üzərimizdə olan hakimlərə tabe olursan? ~
Çox yerlərdə dövlət məktəblər tikir və müəllimlərə maaş verir. Necə fikirləşirsən, Allah sənin müəllimlərə qulaq asmağını istəyir? ~ Bir fikirləş. Yuxarıda dedik ki, dövlət bizi qoruması üçün polisə pul verir. O həmçinin müəllimə də bizi öyrətdiyi üçün pul verir. Buna görə də istər polisə, istərsə də müəllimə tabe olmaq dövlətə tabe olmaq deməkdir.
Bəs əgər müəllim sənə hansısa bütə səcdə etməyi desə, nə edəcəksən? ~ Üç yəhudi hətta Navuxodonosor padşah əmr edəndə də heykələ baş əymədi. Yadındadır, nə üçün? ~ Çünki onlar Allahın sözündən çıxmaq istəmirdilər.
Uilyam Dürant adlı tarixçi erkən məsihçilər haqqında yazanda demişdi ki, ‘onları ilk növbədə qeysərə sadiq qalmaq düşündürmürdü’. Xeyr, onların əsas məqsədi Yehovaya sadiq qalmaq idi! Beləliklə, yadda saxla, bizim həyatımızda birinci yeri Allah tutmalıdır.
Biz dövlətə ona görə tabe oluruq ki, bunu bizdən Allah istəyir. Bəs birdən bizə Allahın qadağan elədiyi şeyi etməyi desələr, nə deməliyik? ~ Biz həvarilərin baş kahinə dediyi sözləri söyləməliyik: «İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir» (Həvarilərin işləri 5:29).
Müqəddəs Kitab bizə qanuna tabe olmağı öyrədir. Matta 5:41; Titusa 3:1 və 1 Peter 2:12—14 ayələrində yazılanları oxu.