Fəsil 36
Kimlər dirildiləcəklər? Onlar harada yaşayacaqlar?
AXIRINCI iki fəsildə neçə nəfərin dirilməsi haqda oxumuşduq? ~ Beş nəfərin. Onlardan neçəsi uşaq idi? ~ Üçü. Dördüncüsü isə gənc oğlan idi. Səncə, bu nəyi göstərir? ~
Bu göstərir ki, Allah uşaqları və gəncləri sevir. Amma O, başqalarını da dirildəcək. Bəs Allah yalnız yaxşı adamları dirildəcək? ~ Bəlkə də biz belə fikirləşirik. Amma çoxları heç vaxt Yehova Allah və Onun Oğlu haqqında həqiqəti eşitməyiblər. Onlara düzgün olmayan şeylər öyrədiblər, buna görə də onlar pis işlər tutublar. Səncə, Yehova belə adamları dirildəcək? ~
Müqəddəs Kitabda deyilir: «Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15). Allah nə üçün saleh olmayanları, yəni düzgün davranmayanları dirildəcək? ~ Çünki onların Yehova haqqında və Onun insanlardan nə istədiyi barədə öyrənməyə imkanı olmayıb.
Yəhya 11:23, 24, İ—93). Lazarın «son gündə» diriləcəyini deyəndə Marta nəyi nəzərdə tuturdu? ~
Necə fikirləşirsən, Allah ölən insanları nə vaxt dirildəcək? ~ Gəl keçmişə qayıdaq. Lazar öləndə İsa onun bacısı Martaya vəd etmişdi: «Qardaşın diriləcəkdir». Marta da ona cavab vermişdi: «Bilirəm ki, dirilmədə, son gündə diriləcəkdir» (Marta İsanın ‘qəbirlərdə olanların hamısı qəbirlərindən çıxacaqlar’ vədi haqqında eşitmişdi (Yəhya 5:28). Deməli, ‘son gün’ Allahın yaddaşında olan bütün adamların həyata qayıdacağı gündür. Bu, 24 saatlıq gün deyil. Həmin gün min il sürəcək. Müqəddəs Kitabda deyilir ki, həmin gün ərzində ‘Allah dünyaya hökm edəcək’. Onun mühakimə etdiyi insanların içində ölülərdən dirilmiş adamlar da olacaq (Həvarilərin işləri 17:31; 2 Peter 3:8).
Bu, çox xoşbəxt bir gün olacaq! Min il sürən bu gün ərzində həyatdan köçən milyonlarla insan yenidən həyata qayıdacaq. İsa onların dirildiləcəyi yeri Cənnət adlandırmışdı. Gəl görək, Cənnət necə yer olacaq və harada yerləşəcək.
İsa işgəncə dirəyində olanda, ölümündən təxminən üç saat əvvəl yanında dirəyə mıxlanmış adamla Cənnət haqqında danışdı. Həmin adam cinayət işlətdiyinə görə edam olunurdu. Amma bu cinayətkar İsanı görüb, onun haqqında deyilənləri eşidəndə Luka 23:42, 43, YD).
ona inanmağa başladı. O, İsaya dedi: «İsa, padşahlığına gələndə məni yadına sal». İsa cavab verdi: «Sən mənimlə Cənnətdə olacaqsan!» (İsa bu sözlərlə nə demək istəyirdi? Cənnət harada olacaq? ~ Gəl fikirləşək. Lap başlanğıcda Cənnət harada idi? ~ Yadına düşürsə, Allahın ilk kişi Adəmi və onun arvadını yerləşdirdiyi cənnət yer üzündə idi. Həmin yer Eden bağı adlanırdı. Bu bağda heyvanlar var idi, amma onlar heç kimə ziyan gətirmirdi. Orada çoxlu dadlı meyvələri olan ağaclar, həmçinin böyük çay var idi. Ora elə qəşəng yer idi ki! (Yaradılış 2:8—10).
Beləliklə, həmin cinayətkarın Cənnətdə olacağı haqda oxuyanda bizim gözümüzün qarşısında cənnətə çevrilmiş gözəl yer kürəmiz canlanmalıdır. Bəs İsa keçmiş cinayətkarla birlikdə yer üzündə yaşayacaq? ~ Xeyr. Bilirsən, nə üçün o, burada olmayacaq? ~
Çünki İsa yerdəki Cənnəti göydən Padşah kimi idarə edəcək. Beləliklə, İsa həmin kişi ilə bərabər olacağını deyəndə onu dirildəcəyini və onun üçün lazım olan hər şeyi edəcəyini nəzərdə tuturdu. Bəs İsa nəyə görə keçmiş cinayətkara Cənnətdə yaşamağa icazə verəcək? ~ Gəl görək, bu suala cavab tapa bilərik?
İsa ilə danışmazdan əvvəl cinayətkar Allahın niyyətləri haqda eşitmişdi? ~ Xeyr, eşitməmişdi. O, Allah haqqında həqiqəti bilmədiyi üçün pis işlər görürdü. Cənnətdə ona Allahın niyyətləri haqda öyrədəcəklər. Sonra onun imkanı olacaq ki, Allahın istədiyi kimi yaşamaqla Onu həqiqətən sevdiyini göstərsin.
Bəs dirilənlərin hamısı yer üzündəki Cənnətdə yaşayacaq? ~ Xeyr. Bilirsən, niyə?~ Çünki bəzi adamlar dirilib İsa ilə göydə yaşayacaqlar. Onlar cənnətə çevrilmiş yer kürəsi üzərində hökmranlıq edəcəklər. Gəl görək bunu haradan bilirik.
Ölümündən əvvəlki gecə İsa həvarilərinə demişdi: ‘Göydə, Atamın evində yaşamaq üçün çox yer var, mən də gedirəm sizə yer hazırlayım’. Sonra İsa onlara vəd etdi: «Təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız» (Yəhya 14:2, 3).
Yəhya 17:4, 5). Beləliklə, İsa həvarilərinə və başqa davamçılarına vəd etdi ki, onları dirildib göyə, öz yanına qaldıracaq. Onlar İsa ilə birlikdə orada nə edəcəklər? ~ Müqəddəs Kitabda deyilir ki, «ilk dirilmədə» iştirakı olan şagirdlər göydə yaşayacaq və yer üzərində «min il səltənət sürəcəklər» (Vəhy 5:10; 20:6; 2 Timoteyə 2:12).
İsa diriləndən sonra hara getdi? ~ Bəli, göylərə, Atasının yanına («İlk dirilmədə» iştirak edən və İsa ilə bir yerdə padşahlıq edən adamların sayı nə qədər olacaq? ~ İsa şagirdlərinə demişdi: «Qorxma, ey kiçik sürü! Çünki Atanız sizə Səltənəti verməyi iltifat etdi» (Luka 12:32). ‘Kiçik sürünün’, yəni səmavi Padşahlıqda İsa ilə olmaq üçün dirildilənlərin dəqiq sayı var. Müqəddəs Kitab göstərir ki, göydə yaşamaq üçün yer üzündən «yüz qırx dörd min adam» dirildiləcək (Vəhy 14:1, 3).
Bəs yer üzündə nə qədər adam yaşayacaq? ~ Müqəddəs Kitabda onların sayı haqda heç nə deyilmir. Adəmlə Həvva Eden bağında olanda Allah onlara tapşırmışdı ki, dünyaya uşaq gətirib, yer üzünü doldursunlar. Düzdür, onlar bu tapşırığı yerinə yetirə bilmədilər. Amma Allah bu niyyətini mütləq yerinə yetirəcək və yer üzü yaxşı adamlarla dolacaq (Yaradılış 1:28; Yeşaya 45:18; 55:11).
Bir təsəvvür et, Cənnətdə həyat necə də gözəl olacaq! Bütün yer kürəsi parka oxşayacaq. Hər yanda quşlar, heyvanlar, gözəl ağaclar və cürbəcür güllər olacaq. Heç kim xəstələnməyəcək, ölüm olmayacaq. Hamı bir-biri ilə dost olacaq. Əgər biz Cənnətdə əbədi yaşamaq istəyiriksə, həmin vaxta özümüzü indidən hazırlamalıyıq.
Allahın yerə dair niyyəti haqqında daha çox bilmək üçün bu ayələri oxu: Süleymanın məsəlləri 2:21, 22; Vaiz 1:4; Yeşaya 2:4; 11:6—9; 35:5, 6 və 65:21—24.