Kontentə keç

Mündəricatı göstər

DƏRS 50

Ailə səadəti (II hissə)

Ailə səadəti (II hissə)

Övladlar Yehovadan paydır. O istəyir ki, valideynlər bu hədiyyəni qorusunlar. Bu işdə onlara kömək etmək üçün Yehova hikmətli məsləhətlər verir. Ancaq O, təkcə valideynlərə yox, övladlara da məsləhətlər verir. Övladlar bu məsləhətlərə əməl etməklə ailənin xoşbəxt olmasına töhfə verə bilərlər.

1. Yehova valideynlərə hansı məsləhəti verir?

Yehova istəyir ki, valideynlər övladlarını sevsin, onlarla mümkün qədər çox vaxt keçirsin. O həmçinin valideynlərdən gözləyir ki, övladlarını qorusunlar və Müqəddəs Kitab prinsipləri əsasında onlara tərbiyə versinlər (Məsəllər 1:8). Allah atalara uşaqlarını Yehovanın öyüd-nəsihətilə böyütməyi buyurur. (Efeslilərə 6:4 ayəsini oxuyun.) Valideynlər övladlarını Yehovanın buyurduğu kimi böyüdəndə, məsuliyyətlərini başqalarının üzərinə atmayanda Yehova sevinir.

2. Yehova övladlara hansı məsləhəti verir?

Yehova övladlara buyurur: «Valideynlərinizin sözünə qulaq asın». (Koloslulara 3:20 ayəsini oxuyun.) Uşaqlar valideynlərinə hörmət edəndə, qulaq asanda həm Yehovanı, həm də valideynlərini sevindirirlər (Məsəllər 23:22—25). İsa uşaq olanda bu sahədə gözəl nümunə qoymuşdu. O, kamil olsa da, valideynlərinə hörmət edir və onlara tabe olurdu (Luka 2:51, 52).

3. Ailəlikcə Allaha necə yaxınlaşa bilərsiniz?

Əgər övladlarınız varsa, yəqin istəyirsiniz ki, onlar da Yehovanı sizin qədər sevsin. Bunun üçün nə edə bilərsiniz? Müqəddəs Kitabda deyilir: «Onları [Yehovanın kəlamlarını] övladına aşıla, evdə oturanda, yol gedəndə... onlardan danış» (Qanunun təkrarı 6:7). «Aşılamaq» təkrarlayaraq öyrətmək deməkdir. Yəqin özünüz də görmüsünüz: çox vaxt uşaqlara nəyisə təkrar-təkrar demək lazım gəlir ki, onu yadda saxlasınlar. Deməli, bu ayəyə əsasən, hər fürsətdən istifadə edərək övladlarınıza Yehova barədə danışmalısınız. Yaxşı olardı ki, hər həftə Yehovaya ailəlikcə ibadət etmək üçün vaxt ayırasınız. Əgər övladınız yoxdursa, yenə də hər həftə Allahın Kəlamını öyrənməyə vaxt ayırın. Bunun xeyrini mütləq görəcəksiniz.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün hansı məsləhətlər sizə xoşbəxt ailəyə sahib olmağa və ailə üzvlərinizi qorumağa kömək edə bilər.

4. Övladlarınızı sevgi ilə tərbiyə edin

Uşağı tərbiyə etmək çətin işdir. Bu işdə Müqəddəs Kitab necə kömək edə bilər? Yaqub 1:19, 20 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Valideynlər uşaqları ilə ünsiyyət edəndə onları sevdiklərini necə göstərə bilər?

  • Nəyə görə valideyn hirsli vaxtında övladını cəzalandırmamalıdır? a

5. Övladlarınızı qoruyun

Övladlarınızı qorumaq istəyirsinizsə, onların hər birinə cinsi tərbiyə vermək son dərəcə vacibdir. Bu, asan iş deyil. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Nəyə görə bəzi valideynlərə övladları ilə cinsi münasibətlər barədə danışmaq çətindir?

  • Bəzi valideynlər övladlarına cinsi münasibətləri necə başa salırlar?

Qabaqcadan deyildiyi kimi, Şeytan dünyası get-gedə daha da betər olur. 2 Timutiyə 3:1, 13 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • 13-cü ayədə deyilən pis adamlardan bəziləri uşaqlara cinsi təcavüz edir. Deməli, nəyə görə valideynlər övladlarına cinsi münasibətlər barədə və özlərini təcavüzkarlardan qorumaq barədə danışmalıdır?

Bilirsiniz?

Yehovanın Şahidləri valideynlərə kömək məqsədilə çoxlu nəşrlər dərc edib. Bunun sayəsində valideynlər övladlarına cinsi tərbiyə verib, onları təcavüzkarlardan qoruya bilər. Bu nəşrlərdən bəziləri aşağıdakılardır:

6. Valideynlərinizə hörmət edin

Övladlar valideynlərinə hörmət etdiklərini danışıq tərzləri ilə göstərə bilərlər. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Nəyə görə övladlar valideynləri ilə hörmətlə danışmalıdır?

  • Övladlar valideynləri ilə danışarkən onlara hörmət etdiklərini necə göstərə bilərlər?

Məsəllər 1:8 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Valideyn məsləhət verən zaman uşaq necə davranmalıdır?

7. Yehovaya ailəlikcə ibadət edin

Yehovanın Şahidi olan ailələr hər həftə vaxt ayırıb birgə ibadət edirlər. Bəs ailəvi ibadət necə keçirilməlidir? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Ailəvi ibadəti müntəzəm olaraq necə keçirmək olar?

  • Valideynlər ailəvi ibadəti faydalı və maraqlı şəkildə keçirmək üçün nə edə bilər? (Bu dərsin əvvəlindəki şəklə baxın.)

  • Müqəddəs Kitabı ailəlikcə araşdırmağa sizə nə mane ola bilər?

Qədimdə Yehova İsrail xalqına buyurmuşdu ki, hər ailədə müntəzəm olaraq müqəddəs kəlamlar barədə söhbətlər edilsin. Qanunun təkrarı 6:6, 7 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Bu məsləhətə necə əməl edə bilərsiniz?

Ailəvi ibadət üçün təkliflər:

BƏZİ İNSANLAR DEYİR: «Uşaqlar Müqəddəs Kitabı başa düşə bilməz».

  • Siz nə deyərdiniz?

İCMAL

Yehova istəyir ki, valideynlər övladlarını sevsinlər, tərbiyə etsinlər və qorusunlar, uşaqlar valideynlərinə hörmət etsinlər və tabe olsunlar, ailələr Ona birlikdə ibadət etsinlər.

Təkrar

  • Valideynlər övladlarını necə tərbiyə edə və qoruya bilər?

  • Övladlar valideynlərinə hörmət etdiklərini necə göstərə bilər?

  • Hər həftə vaxt ayırıb ailəlikcə ibadət etməyin hansı faydası var?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Uşaqlarınızı yetkin həyata hazırlamağa kömək edən qaydalarla tanış olun.

«Tərbiyədə altı qızıl qayda» («Oyanın!» № 2, 2019)

Yaşlı valideyninə baxanlar üçün görün Müqəddəs Kitabda hansı məsləhətlər var.

«Müqəddəs Kitabda qoca valideynlərə baxmaq barədə nə deyilir?» (internet məqaləsi)

Təcrübəsiz bir valideynə yaxşı ata olmağa nə kömək etdi?

«Yehova bizə uşaqlarımıza düzgün tərbiyə verməyi öyrətdi» (5:58)

Görün atalar oğulları ilə necə möhkəm münasibət qura bilər.

«Ata oğlu ilə münasibətini necə möhkəmləndirə bilər?» («Gözətçi qülləsi», 1 noyabr 2011)

a Müqəddəs Kitabda cəza deyiləndə uşağı döymək, ona xətər yetirmək yox, nəsihət vermək, başa salmaq və səhvini göstərmək nəzərdə tutulur (Məsəllər 4:1).