Kontentə keç

Mündəricatı göstər

DƏRS 51

Danışığınızla Yehovanı sevindirin

Danışığınızla Yehovanı sevindirin

Yehova bizə gözəl bir ənam, danışıq qabiliyyəti bəxş edib. O bu ənamdan necə istifadə etdiyimizə fikir verir. (Yaqub 1:26 ayəsini oxuyun.) Bəs danışıq qabiliyyətimizdən necə istifadə etməliyik ki, Yehova razı qalsın?

1. Danışıq qabiliyyətindən necə istifadə etməliyik?

Müqəddəs Kitabda deyilir: «Bundan sonra da bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin» (1 Salonikililərə 5:11). Tanıdığınız adamlardan kiminsə təsəlliyə ehtiyacı var? Düşünün görün onları necə ruhlandıra bilərsiniz. Onları əmin edin ki, sizin üçün dəyərlidirlər. Xoşunuza gələn cəhətlərini özlərinə deyin. Bəlkə də, hansısa ayə ilə kimisə ruhlandıra bilərsiniz. Bunun üçün çoxlu ayə tapmaq olar. Bir şeyi də unutmayın ki, sözün deyiliş tərzi insana sözün özü qədər təsir edə bilər. Odur ki, həmişə mehriban və mülayim danışmağa çalışın (Məsəllər 15:1).

2. Nə cür danışıqdan uzaq durmalıyıq?

Müqəddəs Kitabda deyilir: «Qoy dilinizdən heç bir pis söz çıxmasın». (Efeslilərə 4:29 ayəsini oxuyun.) Bu o deməkdir ki, nalayiq sözlər danışmamalıyıq, həmçinin dilimizə insanları yaralayan acı, təhqiramiz sözlər gətirməməliyik. Qeybət və böhtandan da uzaq durmalıyıq. (Məsəllər 16:28 ayəsini oxuyun.)

3. Nəyin sayəsində sözlərimiz ruhlandırıcı ola bilər?

Çox vaxt dediyimiz sözlər ürəyimizdəkiləri, düşüncələrimizi üzə çıxarır (Luka 6:45). Odur ki, diqqətimizi müsbət şeylərə — saleh, pak, sevilməli və tərifəlayiq şeylərə cəmləməyi öyrənməliyik (Filippililərə 4:8). Bunun üçünsə dost və əyləncə seçimində diqqətli olmalıyıq (Məsəllər 13:20). Həmçinin danışmazdan qabaq düşünməyin də böyük köməyi var. Nəsə deməzdən qabaq düşünün görün sözləriniz insana necə təsir edəcək. Müqəddəs Kitabda deyilir: «Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər, hikmətli insanın dili isə məlhəmdir» (Məsəllər 12:18).

D Ə R İ N L İ Y Ə  V A R I N

Yehovanı razı salan və insanları ruhlandıran tərzdə danışmağı öyrənin.

4. Dilinizi yüyənləyin

Bəzən hər birimiz nə isə deyirik, amma sonradan bunun peşmançılığını çəkirik (Yaqub 3:2). Qalatiyalılara 5:22, 23 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Dilinizi yüyənləmək üçün bu xüsusiyyətlərdən hansı barədə dua edə bilərsiniz? Həmin xüsusiyyətlər sizə necə kömək edə bilər?

1 Korinflilərə 15:33 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Dost və əyləncə seçimi danışığınıza necə təsir edə bilər?

Vaiz 3:1, 7 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Hansı hallarda susmaq, yaxud sözün məqamını gözləmək ağıllı hərəkət olar?

5. Başqaları haqda xoş danışın

Başqalarına acı, yaxud kobud sözlər deməkdən necə qaçına bilərik? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Qardaş nəyə görə danışıq tərzini dəyişmək istədi?

  • O dəyişmək üçün nə etdi?

Vaiz 7:16 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Kiminsə haqqında pis danışmaq istəyəndə nəyi yadımıza salmalıyıq?

Vaiz 7:21, 22 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Kimsə sizin barənizdə pis danışanda bu ayələr sizə dilxor olmamağa necə kömək edə bilər?

6. Ailə üzvlərinizlə mülayim danışın

Yehova istəyir ki, biz ailə üzvlərimizlə mülayim, mehriban danışaq. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Ailə üzvlərinizlə mülayim danışmağa sizə nə kömək edə bilər?

Efeslilərə 4:31, 32 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Nə cür danışıq ailə tellərini möhkəmləndirir?

Yehova Oğlu İsaya bəslədiyi məhəbbəti dilə gətirmişdi. Mətta 17:5 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Ailə üzvlərinizlə danışarkən Yehovadan necə örnək ala bilərsiniz?

Hər fürsətdən istifadə edib insanları tərifləyin

BƏZİ İNSANLAR DEYİR: «Mən nə fikirləşirəm, onu da deyirəm. Kiminsə xoşu gəlmirsə, bu mənim problemim deyil».

  • Siz bu fikirlə razısınız? Nəyə görə?

İCMAL

Sözlər böyük gücə malikdir. Nə dediyimizə, nə zaman dediyimizə və necə dediyimizə fikir verməliyik.

Təkrar

  • Sözlərinizlə başqalarına necə kömək edə bilərsiniz?

  • Hansı danışıq tərzindən qaçmaq istəyərdiniz?

  • Həmişə mülayim və ruhlandırıcı tərzdə danışmağa bizə nə kömək edə bilər?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Ruhlandırıcı tərzdə danışmağa bizə nə kömək edə bilər?

«Hikmətli insanın dili məlhəmdir» (8:04)

Dilinizə nalayiq sözlər gətirməməyə sizə nə kömək edə bilər?

«Söyüş söyməyin nəyi pisdir?» (internet məqaləsi)

Qeybətdən necə uzaq durmaq olar?

«Qeybətə yol verməyək!» (2:36)

Görün bir nəfər Yehovanın köməyilə söyüşü necə tərgitdi.

«Aqibətim barədə ciddi düşünməyə başladım» («Gözətçi qülləsi», 1 avqust 2013)