Kontentə keç

Mündəricatı göstər

DƏRS 53

Yehovaya məqbul əyləncələr

Yehovaya məqbul əyləncələr

Yehova xoşbəxt Allahdır (1 Timutiyə 1:11). O bizim xoşbəxt olmağımızı, həyatdan həzz almağımızı istəyir. Biz işdən vaxt ayırıb istirahət edəndə Ona xoş gedir. Bu dərsdən öyrənəcəyik ki, asudə vaxtlarımızı həm xoş, həm də Yehovaya məqbul tərzdə necə keçirə bilərik.

1. Əyləncə seçərkən nəyi nəzərə almalıyıq?

Necə istirahət etməyi xoşlayırsınız? Kimlərsə asudə vaxtını evdə sakit keçirməyi xoşlayır, məsələn, kitab oxuyur, musiqi dinləyir, film izləyir, yaxud internetdə dolaşır. Ancaq kimlərsə aktiv əyləncəni sevir, məsələn, dostları ilə birgə gəzir, dənizə gedir, yaxud oyunlar oynayır. Bunlardan hansına üstünlük veririksə verək, seçdiyimiz əyləncənin Rəbbə məqbul olduğuna əmin olmalıyıq (Efeslilərə 5:10). Bu, çox vacibdir. Çünki bu gün əyləncələrin çoxunda Yehovanın nifrət etdiyi əməllər, məsələn, zorakılıq, əxlaqsızlıq və ya cindarlıq yer alır. (Zəbur 11:5 ayəsini oxuyun.) Bəs əyləncə məsələsində düzgün seçim etməyə bizə nə kömək edə bilər?

Yehovanı sevən kəslərlə dostluq etsək, onlar bizə və əyləncə seçimimizə yaxşı təsir edər. Əvvəlki dərsdə öyrəndiyimiz kimi, «hikmətli ilə oturub-duran hikmətli olar». Amma Allahın qanunlarını sevməyən insanlarla oturub-durarıqsa, bədbəxt olarıq (Məsəllər 13:20).

2. Əyləncəyə ayırdığımız vaxta nəyə görə fikir verməliyik?

Seçdiyimiz əyləncə Allaha məqbul olsa da, fikir verməliyik ki, bu əyləncə çox vaxtımızı almasın. Əks halda, daha vacib işlərə vaxtımız qalmaz. Müqəddəs Kitabda məsləhət görülür ki, vaxtımızın qədrini bilək. (Efeslilərə 5:15, 16 ayələrini oxuyun.)

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün əyləncə məsələsində necə düzgün qərarlar verə bilərsiniz.

3. Allaha məqbul olmayan əyləncələrdən qaçın

Əyləncə seçərkən nəyə görə diqqətli olmalıyıq? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Qədim qladiator oyunları ilə bəzi müasir əyləncə növləri arasında hansı oxşarlıq var?

  • Deni adlı bir gənc əyləncə barədə nəyi öyrəndi?

Romalılara 12:9 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Bu ayə əyləncə seçərkən sizə necə kömək edə bilər?

Yehova hansı əməllərə nifrət edir? Məsəllər 6:16, 17 Qalatiyalılara 5:19—21 ayələrini oxuyun. Hər ayəni oxuduqdan sonra növbəti sualı müzakirə edin:

  • Bu ayələrdə adı çəkilən hansı əməllərə bugünkü əyləncələrdə rast gəlinir?

 Düzgün əyləncəni necə seçməli?

Düşünün:

  • Bu əyləncəyə Yehovanın nifrət etdiyi əməl daxildir?

  • Bu əyləncə daha vacib şeylərə ayırdığım vaxtı əlimdən almır?

  • Bu əyləncə vaxtı Yehovanı sevməyən insanlarla yaxından, yaxud müntəzəm təmasda oluram?

Təhlükədən nə qədər uzaq dursaq, bir o qədər yaxşıdır. Əyləncənin yaxşı olduğuna ürəyimizdə şübhə varsa, ondan uzaq durmalıyıq

4. Vaxtınızın qədrini bilin

VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Videodakı qardaş nalayiq şeylərə baxmasa da, problemi nədə idi?

Filippililərə 1:10 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Əyləncəyə nə qədər vaxt ayıracağımızı bu ayə əsasında necə müəyyən edə bilərik?

5. Yehovaya məqbul əyləncə seçin

Bəzi əyləncələr Yehovaya məqbul olmasa da, yaxşı əyləncələr də çoxdur. Vaiz 8:15 Filippililərə 4:8 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Yehovaya məqbul olan hansı əyləncələri sevirsiniz?

Yehovaya məqbul əyləncələr çoxdur

BƏZİ İNSANLAR DEYİR: «Nə olsun ki əyləncədə zorakılıq, əxlaqsızlıq, yaxud cindarlıq var? Özüm ki bu əməlləri etmirəm».

  • Siz nə deyərdiniz?

İCMAL

Yehova istəyir ki, biz Ona məqbul əyləncələr seçək və vaxtımızı xoş keçirək.

Təkrar

  • Məsihilər hansı əyləncələrdən uzaq durmalıdır?

  • Əyləncəyə ayırdığımız vaxta nəyə görə fikir verməliyik?

  • Siz nəyə görə Yehovaya məqbul əyləncələr seçmək istəyirsiniz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Əyləncə və istirahətlə bağlı düzgün qərarları necə verə bilərsiniz?

«Seçdiyin əyləncə faydalıdır?» («Gözətçi qülləsi», 15 oktyabr 2011)

«Ağdərili insanlara nifrətimə belə üstün gəldim!» adlı məqaləni oxuyun və görün bir nəfər əyləncə seçimində nəyə görə dəyişiklik etdi.

«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», iyul—sentyabr 2010)

Bir qadına ruhlar aləmi ilə bağlı əyləncəni rədd etməyə nə kömək etdi?

«Cindarlıqla bağlı əyləncələrdən uzaq durun» (2:02)