Kontentə keç

Mündəricatı göstər

DƏRS 54

«Sadiq və ağıllı nökər»in rolu

«Sadiq və ağıllı nökər»in rolu

Məsihi yığıncağının başı İsa Məsihdir (Efeslilərə 5:23). Bu gün göydə Padşah olan İsa Məsih yer üzündə yaşayan xidmətçilərinə «sadiq və ağıllı nökər» vasitəsilə rəhbərlik edir. (Mətta 24:45 ayəsini oxuyun.) Bu nökəri İsa Məsih özü təyin edib və ona müəyyən səlahiyyət həvalə edib. Bununla belə, o, Məsihin qulu olaraq qalır və onun qardaşlarına xidmət edir. Bəs sadiq və ağıllı nökər kimdir? Bizim qeydimizə necə qalır?

1. «Sadiq və ağıllı nökər» kimdir?

Tarix boyu Yehova xalqına bir və ya bir neçə nəfər vasitəsilə rəhbərlik təqdim edib (Məlaki 2:7; İbranilərə 1:1). İsa Məsihin ölümündən sonra rəhbərlik işi Yerusəlimdəki həvarilərin və ağsaqqalların üzərinə düşmüşdü (Həvarilərin işləri 15:2). Həmin nümunəni izləyərək bu gün də bir qrup ağsaqqaldan ibarət Rəhbərlik Şurası Yehovanın Şahidlərinə ruhani qida verir. Onlar həmçinin təbliğ işinə rəhbərlik edir. Rəhbərlik Şurası İsanın təyin etdiyi «sadiq və ağıllı nökər»dir (Mətta 24:45b). Rəhbərlik Şurasının bütün üzvləri məsh olunmuş məsihilərdir. Onlar yer üzündəki həyatları bitəndən sonra Məsihlə birgə hakimiyyət sürməyə ümid edirlər.

2. Sadiq nökər ruhani qidanı necə verir?

İsa Məsih demişdi ki, sadiq nökər məsihilərə «vaxtlı-vaxtında yemək» verəcək (Mətta 24:45a). Yediyimiz qida bizə sağlam və möhkəm olmağa kömək etdiyi kimi, ruhani qida da, yəni Müqəddəs Kitabdan olan öyüd-nəsihətlər də bizə Yehovaya sadiq qalmağa və İsa Məsihin tapşırdığı işi görməyə güc verir (1 Timutiyə 4:6). Bu ruhani qidanı yığıncaqlar, toplantılar, eləcə də nəşrlər və videolar vasitəsilə alırıq. Bunların sayəsində Allahın iradəsinin nədən ibarət olduğunu anlayırıq və Onunla dostluğumuz möhkəmlənir.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün «sadiq və ağıllı nökər», yəni Rəhbərlik Şurası hansı vacib işi görür.

Rəhbərlik Şurası bütün dünyada yaşayan Yehovanın Şahidlərinə ruhani qida və rəhbərlik təqdim edir, həmçinin köməklik göstərir

3. Yehovanın xalqı arasında nizam-intizam var

Rəhbərlik Şurası İsanın başçılığı altında Yehovanın Şahidlərinin fəaliyyətini təşkil edir. İsa Məsih birinci əsrdəki məsihilərə də bu cür rəhbərlik edirdi. VİDEOYA baxın.

1 Korinflilərə 14:33, 40 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Bu ayələrdən necə görünür ki, Yehova Öz Şahidlərinin bir təşkilatda birləşməsini istəyir?

4. Sadiq nökər təbliğ işini təşkil edir

İlk məsihilərin gördüyü ən vacib iş təbliğ işi idi. Həvarilərin işləri 8:14, 25 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • İlk məsihilərin dövründə təbliğ işinə kim rəhbərlik edirdi?

  • Butrus və Yəhya həvarilərin göstərişinə necə yanaşdı?

Təbliğ işi Rəhbərlik Şurasının təşkil etdiyi ən vacib işdir. VİDEOYA baxın.

İsa müjdəni təbliğ etməyin vacib iş olduğunu vurğulamışdı. Mark 13:10 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Nəyə görə Rəhbərlik Şurası təbliğ işinə böyük önəm verir?

  • Nəyə görə «sadiq və ağıllı nökər»in bütün dünyada gedən bu işi nizamlaması vacibdir?

5. Sadiq nökər rəhbərlik təqdim edir

Rəhbərlik Şurası bütün dünyada yaşayan məsihilərə rəhbərlik təqdim edir. Bəs o, qərarlar verərkən nələri nəzərə alır? Gəlin birinci əsrdəki rəhbərlik şurasının nümunəsinə baxaq. Həvarilərin işləri 15:1, 2 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • İlk məsihilər arasında hansı məsələyə görə fikir ayrılığı yaranmışdı?

  • Bu məsələni yoluna qoymaq üçün Bulus, Barnəba və bir neçə başqa qardaş kimə müraciət etdi?

Həvarilərin işləri 15:12—18, 23—29 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Birinci əsrdəki rəhbərlik şurası qərar verməzdən əvvəl Allahın məsələyə münasibətini öyrənmək üçün nələri nəzərə aldı? (12, 1528-ci ayələrə baxın.)

Həvarilərin işləri 15:30, 31 16:4, 5 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:

  • İlk məsihilər rəhbərlik şurasının göstərişinə necə yanaşdı?

  • Yehova onların itaətkarlığını necə mükafatlandırdı?

2 Timutiyə 3:16 Yaqub 1:5 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:

  • Bu gün Rəhbərlik Şurası düzgün qərar vermək üçün nə edir?

BƏZİ İNSANLAR DEYİR: «Rəhbərlik Şurasının göstərişlərinə əməl edirsinizsə, deməli, hansısa insanın arxasınca gedirsiniz».

  • Rəhbərlik Şurasına İsa Məsihin başçılıq etdiyinə sizi nə əmin edir?

İCMAL

Rəhbərlik Şurası İsa Məsihin təyin etdiyi «sadiq və ağıllı nökər»dir. O, bütün dünyadakı məsihilərə ruhani qida verir və rəhbərlik təqdim edir.

Təkrar

  • Sadiq və ağıllı nökəri kim təyin edib?

  • Rəhbərlik Şurası bizim qayğımıza necə qalır?

  • Rəhbərlik Şurasının «sadiq və ağıllı nökər» olduğuna inanırsınız?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Görün Rəhbərlik Şurası necə təşkil olunub.

«Yehovanın Şahidlərinin Rəhbərlik Şurası nədir?» (internet məqaləsi)

Rəhbərlik Şurası bizə düzgün ruhani qida təqdim etmək üçün nə edir?

«Dəqiq nəşrlərin dərci» (17:18)

Rəhbərlik Şurasının üzvləri İsanın onlara tapşırdığı işə necə yanaşır?

«Şərəfli iş» (7:04)

Yığıncaq görüşləri və toplantılar necə sübut edir ki, Rəhbərlik Şurasına Yehova başçılıq edir?

«Yehova xalqına təlim verir» (9:39)