Kontentə keç

Mündəricatı göstər

DƏRS 81

Dağüstü təbliğ

Dağüstü təbliğ

12 həvarisini seçəndən sonra İsa Məsih dağa qalxır. Oraya xeyli adam yığışır. Bu adamlar Cəlilədən, Yəhudiyyədən, Surdan, Sidondan, Suriyadan və İordanın o biri tayından gəliblər. Camaat xəstələri və içinə cin girmiş bəzi adamları oraya gətirir. İsa Məsih də onları sağaldır. Sonra İsa Məsih dağın başında oturub danışmağa başlayır. O, Yehovanın dostu olmaq üçün nə etməli olduğumuzu izah edir. Biz Yehovaya möhtac olduğumuzu dərk etməli və Onu sevməyi öyrənməliyik. Ancaq insanları sevməsək, Allahı sevə bilmərik. Buna görə də biz ayrı-seçkilik etmədən hamıya, hətta bizi sevməyənlərə qarşı xeyirxah davranmalıyıq.

İsa Məsih deyir: «Təkcə dostlarınızı yox, sizi sevməyənləri də sevin və insanları ürəkdən bağışlayın. Kimsə sizdən inciyibsə, gedib ondan üzr istəyin. İnsanların sizinlə necə davranmağını istəyirsinizsə, siz də onlarla elə davranın».

İsa Məsih həmçinin insanlara pul məsələsi ilə bağlı yaxşı məsləhət verir: «Yehovanın dostu olmaq, çoxlu pul qazanmaqdan daha vacibdir. Oğru gəlib sizin pulunuzu oğurlaya bilər, ancaq Yehova ilə dostluğunuzu heç kəs oğurlaya bilməz. Yeməyə, içməyə, paltara görə narahat olmayın. Quşlara baxın. Allah həmişə onlara lazımi qədər yemək verir. Narahat olmaqla ömrünüzü bir gün də artıra bilməzsiniz. Yadınızda saxlayın, Yehova nəyə ehtiyacınız olduğunu bilir».

Camaat heç vaxt İsa kimi danışan birini görməmişdi. Onların din rəhbərləri bu şeyləri onlara öyrətmirdi. İsa Məsih nəyə görə böyük müəllim adlanır? Çünki o, Yehovanın sözlərini insanlara çatdırırdı.

«Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər» (Mətta 11:29)