Kontentə keç

Mündəricatı göstər

DƏRS 82

İsa Məsih şagirdlərinə dua etməyi öyrədir

İsa Məsih şagirdlərinə dua etməyi öyrədir

Fərisilər hər nə edirdilərsə, özlərini insanlara göstərmək üçün edirdilər. Onlar kiməsə yaxşılıq edəndə belə, elə edirdilər ki, başqaları bunu görsün. Onlar insanların çox olduğu yerlərdə dua edirdilər ki, hamı onlara baxsın. Fərisilər əzbərlənmiş uzun dualar edir. Onlar bu duaları camaatın eşidə biləcəyi yerlərdə, sinaqoqlarda və küçə künclərində edirlər. Buna görə də camaat İsa Məsihin: «Fərisilər kimi dua etməyin», — sözlərini eşidəndə təəccüblənir. Fərisilər düşünürdülər ki, onlar çoxlu söz deməklə Allahın xoşuna gələcəklər. Ancaq bu, belə deyildi. Dua insanla Yehova Allah arasında olmalıdır. Dua edərkən eyni sözləri təkrar-təkrar demək lazım deyil. Yehova Allah istəyir ki, sən Ona ürəyindən gələn sözləri deyəsən.

«Buna görə də bu cür dua edin: “Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun. Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin”». İsa Məsih həmçinin onlara deyir ki, gündəlik yeməklərinə, günahlarının bağışlanmasına və digər şəxsi məsələlərə görə dua etsinlər.

İsa Məsih deyir: «Həmişə dua edin. Atanız Yehovadan yaxşı şeylər istəyin. Bütün valideynlər uşaqlarına yaxşı şeylər vermək istəyirlər. Əgər oğlun səndən çörək istəsə, ona daş verərsən? Yaxud balıq istəsə, ilan verərsən?»

Sonra İsa Məsih bu məsəli izah edir: «Əgər valideyn uşağına yaxşı şeylər verirsə, məgər Yehova Atamız bundan daha artığını, müqəddəs ruhunu verməz? Yehovadan ehtiyac duyduğun hər şey haqda kömək istəyə bilərsən». Sən İsa Məsihin məsləhətinə əməl edirsən? Sən nə haqda dua edirsən?

«Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar» (Mətta 7:7)