Kontentə keç

Mündəricatı göstər

DƏRS 15

Yehova Yusifi darda qoymur

Yehova Yusifi darda qoymur

Yusif zindanda olanda Misir padşahı firon bir yuxu görür. Bu yuxunu heç kim yoza bilmir. Xidmətçilərindən biri firona deyir ki, Yusif yuxunu yoza bilər. Firon cəld Yusifi gətizdirir.

Firon ondan soruşur: «Yuxunu yoza bilərsən?» Yusif firona deyir: «Yeddi il Misirdə bolluq olacaq. Sonrakı yeddi il isə aclıq olacaq. Müdrik bir adam seç ki, anbarlara ərzaq yığsın, xalq aclıq çəkməsin. Firon Yusifə deyir: «Mən səni seçirəm. Sən məndən sonra Misirdə ikinci səlahiyyətli adam olacaqsan!» Yusif fironun yuxusunu necə yozur? Ona Yehova kömək edir.

Yusif yeddi il ərzaq yığır. Onun dediyi kimi, bütün dünyada aclıq olur. Dünyanın hər yerindən insanlar ərzaq almaq üçün Yusifin yanına gəlir. Atası Yaqub eşidir ki, Misirdə ərzaq var. Buna görə də on oğlunu Misirə göndərir.

Qardaşları Yusifin yanına gəlir. Yusif dərhal onları tanıyır, ancaq qardaşları onu tanımır. Uşaq vaxtı gördüyü yuxu çin çıxır, qardaşları onun qarşısında diz çökür. Yusif qardaşlarının dəyişib-dəyişmədiyini yoxlamaq istəyir. Ona görə də onlara deyir: «Siz casussunuz. Ölkəmizin zəifliklərini öyrənməyə gəlmisiniz». Onlar cavab verirlər: «Xeyr. Biz Kənandan gəlmişik. On iki qardaş idik. Qardaşımızın biri öldü, kiçik qardaşımız da atamızın yanındadır». Yusif onlara deyir: «Kiçik qardaşınızı bura gətirsəniz, sizə inanaram». Onlar atalarının yanına qayıdırlar.

Ərzaqları qurtaranda Yaqub təzədən oğullarını Misirə göndərir. Onlar bu dəfə kiçik qardaşları Binyamini də özləri ilə aparırlar. Qardaşlarını yoxlamaq üçün Yusif Binyaminin kisəsinə gümüş qab qoyur və qardaşlarının onu oğurladığını deyir. Yusifin qulluqçuları qabı Binyaminin kisəsindən tapanda qardaşları mat-məəttəl qalırlar. Onlar Yusifə yalvarırlar ki, Binyaminin əvəzinə onları cəzalandırsın.

Bunu görən Yusif qardaşlarının dəyişdiyinin başa düşür. Yusifin gözləri dolur. O, ağlaya-ağlaya deyir: «Mən qardaşınız Yusifəm. Atam hələ də sağdır?» Qardaşları təəccüblənir. Yusif onlara deyir: «Mənə etdiklərinizə görə özünüzü qınamayın. Allah sizi xilas etmək üçün məni bura göndərib. Gedin və atamı bura gətirin».

Onlar atalarının yanına gedib ona şad xəbər verirlər. Sonra da Misirə gəlirlər. Uzun illərdən sonra Yusiflə atası bir-birinə qovuşur.

«[İnsanların] təqsirlərini bağışlamırsınızsa, Atanız da sizin təqsirlərinizi bağışlamayacaq» (Mətta 6:15)