Kontentə keç

Mündəricatı göstər

DƏRS 1

Maraqlı giriş

Maraqlı giriş

Həvarilərin işləri 17:22

İCMAL: Giriş maraq oyatmalı, mövzunu aydın bildirməli və mövzunun dinləyicilər üçün nəyə görə maraqlı olduğunu göstərməlidir.

NECƏ NAİL OLMAQ OLAR?

  • Maraq oyat. Ya hansısa bir fikri söylə, ya sual ver, ya real həyatdan götürülmüş nümunə çək, yaxud da dinləyicilər üçün maraqlı olacaq aktual xəbərlərdən birini de.

  • Mövzunu aydın bildir. Girişdə dinləyicilərə mövzunu və məqsədini aydın bildir.

  • Mövzunun dinləyicilər üçün nəyə görə vacib olduğunu göstər. Dinləyicilərin tələbatlarına uyğun danış. Onlar mövzunun şəxsən onlara hansı faydası olduğunu aydın görməlidirlər.