Kontentə keç

Mündəricatı göstər

DƏRS 4

Ayələrə keçid

Ayələrə keçid

Mətta 22:41—45

İCMAL: Ayəni oxumazdan əvvəl dinləyiciləri hazırla.

NECƏ NAİL OLMAQ OLAR?

  • Ayəni nəyə görə oxuduğun barədə düşün. Hər ayəni elə təqdim et ki, dinləyicilər ayədə vurğulamaq istədiyin fikri tuta bilsinlər.

  • Sözlərini Müqəddəs Kitaba əsaslandır. Allaha inanan insanlara müraciət edəndə diqqəti Allahın Kəlamı olan Müqəddəs Kitaba yönəlt. Bununla kitabın ən ali hikmət mənbəyi olduğunu qeyd etmiş olacaqsan.

  • Ayəyə maraq oyat. Elə sual ver ki, ayədə cavabı olsun. Elə problemə toxun ki, ayədə həlli göstərilsin. Yaxud Müqəddəs Kitab parçasında əks olunan prinsipi vurğula.