Kontentə keç

Mündəricatı göstər

ÇƏRÇİVƏ 2B

Hizqiyal. Həyatı və yaşadığı dövr

Hizqiyal. Həyatı və yaşadığı dövr

Hizqiyal adının mənası «Allah gücləndirir» deməkdir. Hizqiyalın peyğəmbərliklərində çoxlu xəbərdarlıq olsa da, ümumilikdə onun çatdırdığı xəbər adının mənasına uyğundur və Allaha pak şəkildə ibadət etmək istəyən insanların imanını gücləndirir.

MÜASİRİ OLAN PEYĞƏMBƏRLƏR

  • ƏRƏMYA

    Kahin ailəsində doğulub; əsas etibarilə, Yerusəlimdə peyğəmbərlik edib (e. ə. 647—580)

  • HÜLDA

    E. ə. təxminən 642-ci ildə məbəddə Tövrat kitabı tapılan vaxt peyğəmbərlik edib

  • DƏNYAL

    Padşahlar qəbiləsi Yəhudada doğulub; e. ə. 617-ci ildə Babilə əsir aparılıb

  • HƏBQUQ

    Ehtimal ki, Yəhyakimin hakimiyyətinin əvvəlində Yəhudada peyğəmbərlik edib

  • ƏBDİYA

    Ehtimal ki, Yerusəlim darmadağın edilən vaxt Ədum əleyhinə peyğəmbərlik edib

XİDMƏT ETDİKLƏRİ İLLƏR (TARİXLƏR ERADAN ƏVVƏLƏ AİDDİR)

HİZQİYALIN DÖVRÜNDƏ BAŞ VERƏN ƏHƏMİYYƏTLİ HADİSƏLƏR (TARİXLƏR ERADAN ƏVVƏLƏ AİDDİR)

  1. Təx. 643: Doğulub

  2. 617: Babilə əsir aparılır

  3. 613: Peyğəmbərlik xidmətinə başlayır; Yehovadan görüntü alır

  4. 612: Məbəddəki dönüklüklə bağlı görüntü alır

  5. 611: Yerusəlimi ifşa etməyə başlayır

  6. 609: Arvadı ölür; Yerusəlimin sonuncu mühasirəsi başlanır

  7. 607: Yerusəlimin darmadağın edildiyi xəbərini alır

  8. 593: Məbədlə bağlı görüntü alır

  9. 591: Navuxodonosorun Misirə hücum edəcəyini söyləyir; yazılarını tamamlayır

YƏHUDA VƏ BABİL PADŞAHLARI

  1. 659—629: Yuşiyyə pak ibadəti irəli aparır, amma firon Neho ilə döyüşdə həlak olur

  2. 628: Yehovanın yolu ilə getməyən Yəhəz üç ay hakimiyyət sürür; firon Neho tərəfindən əsir aparılır

  3. 628—618: Mənfur Yəhyakim padşah hakimiyyət sürür; firon Nehonun tabeliyi altına düşür

  4. 625: Navuxodonosor Misir ordusunu məğlub edir

  5. 620: Navuxodonosor birinci dəfə Yəhudaya hücum edir; Yəhyakimi öz tabeliyinə salır

  6. 618: Yəhyakim Navuxodonosora qarşı üsyan edir, lakin, ehtimal ki, babillilərin Vəd edilmiş diyara ikinci hücumu zamanı ölür

  7. 617: Yehovanın yolu ilə getməyən, Yəkunya kimi də tanınan Yəhyakin üç ay hakimiyyətdə olandan sonra Navuxodonosora təslim olur

  8. 617—607: Zalım, zəif iradəli Sidqiyyə padşah Navuxodonosorun tabeliyi altında hakimiyyət sürür

  9. 609: Sidqiyyə Navuxodonosora qarşı üsyan qaldırır; Navuxodonosor üçüncü dəfə Yəhudaya hücum edir

  10. 607: Navuxodonosor Yerusəlimi darmadağın edir, Sidqiyyəni əsir götürür, gözlərini çıxarıb Babilə aparır