Hissə 4
Onlar Şeytana qulaq asdılar. Bunun nəticəsi nə oldu?
Adəmlə Həvva Yehovaya itaət etmədilər, buna görə də öldülər (Yaradılış 3:6, 23).
Həvva ilana qulaq asdı və ağacın meyvəsindən dərib yedi. Sonra həmin meyvədən Adəmə də verdi, o da yedi.
Onların etdiyi hərəkət düzgün deyildi — bu, günah idi. Allah onları cənnətdən qovdu.
Bundan sonra həyat Adəmlə Həvva və uşaqları üçün çətin oldu. Onlar qocalıb öldülər. Onlar hər hansı ruhani aləmdə yaşamağa davam etmədilər, sadəcə olaraq mövcudluqlarına son qoydular.