Çıxış 29:1—46

  • Kahinlərin təyin olunması (1—37)

  • Gündəlik qurbanlar (38—46)

29  Mənə kahin qismində xidmət etmələri üçün onları pak et: bir cavan buğa, iki qüsursuz qoç,+  mayasız çörək, mayasız yağlı xəmirdən bişirilmiş halqavarı çörək və mayasız xəmirdən bişirilmiş, üstünə yağ çəkilmiş lavaş götür.+ Bunları narın buğda unundan bişir  və səbətə qoyub buğa və qoçlarla birlikdə təqdim et.+  Harunu oğulları ilə birlikdə Hüzur çadırının girişinə gətir.+ Qoy onlar su ilə yuyunsunlar.+  Sonra paltarları götür,+ alt köynəyi, döşlüyün altından geyilən qolsuz köynəyi, döşlüyü, sinəbəndi Haruna geyindir və döşlüyün üstündən sarınan toxunma qurşağı belinə möhkəm sarı.+  Əmmaməni başına qoy və müqəddəs qızıl lövhəciyi* əmmamənin üstünə bərkit.+  Başına məsh yağı+ töküb onu məsh et.+  Sonra oğullarını qabağa çıxarıb alt köynəyi geyindir,+  həm Harunun, həm də oğullarının belinə kəmərləri bağla. Oğullarının başına çalma qoy. Kahinlik onlara məxsus olacaq. Bu, həmişə qüvvədə olacaq bir qanundur.+ Harunla oğullarını kahinliyə belə təyin etməlisən.+ 10  Buğanı Hüzur çadırının qarşısına gətir, qoy Harunla oğulları əllərini buğanın başına qoysunlar.+ 11  Yehovanın önündə, Hüzur çadırının girişində buğanı kəs.+ 12  Barmağını buğanın qanına batır və qurbangahın buynuzlarına çək.+ Qanın qalanını qurbangahın dibinə tök.+ 13  Sonra bağırsaqların, qaraciyərin üstündəki piyi, böyrəkləri və onların üstündəki piyi ayır və qurbangahda yandır.+ 14  Buğanın ətini, dərisini və nəcisini isə düşərgədən kənarda yandır. Bu, günah qurbanıdır. 15  Sonra qoçlardan birini götür. Qoy Harunla oğulları əllərini qoçun başına qoysunlar.+ 16  Qoçu kəs və qanından götürüb hər tərəfdən qurbangahın üstünə çilə.+ 17  Qoçu hissələrə böl, bağırsaqlarını, ayaqlarını yu,+ hissələri düzüb başı da yanına qoy. 18  Qoçu bütünlüklə qurbangahda yandır. Bu, Yehovaya gətirilən yandırma qurbanı, xoş ətirdir;+ Yehova üçün odda yandırılan təqdimədir. 19  Sonra o biri qoçu götür. Harunla oğulları əllərini onun başına qoysun.+ 20  Qoçu kəs və qanından bir az götürüb Harunun və oğullarının sağ qulağının mərcəyinə, sağ əllərinin və sağ ayaqlarının baş barmağına çək. Həmçinin qanı hər tərəfdən qurbangahın üstünə çilə. 21  Sonra məsh yağından+ və qurbangahın üstündəki qandan götürüb Harunun və paltarının, oğullarının və onların paltarının üstünə səp ki, o da, paltarı da, eləcə də oğulları və onların paltarı da müqəddəs olsun.+ 22  Sonra qoçun piyini, quyruğunu, bağırsaqların və qaraciyərin piyini, böyrəkləri və onların üstündəki piyi,+ eləcə də sağ budu ayır. Bu, kahinlik qurbanı kimi təqdim olunan qoçdur.+ 23  Həmçinin Yehovanın önündəki mayasız çörəklər olan səbətdən bir yumru çörək, yağlı xəmirdən bişirilmiş bir halqavarı çörək və bir dənə lavaş götür. 24  Onların hamısını Harunun və oğullarının əlinin içinə qoy. Qoy onları yellədərək Yehovanın hüzurunda yellətmə təqdiməsi kimi təqdim etsinlər. 25  Sonra çörəkləri onlardan al və yandırma qurbanının üstündə Yehovanın önündə xoş ətirli təqdimə kimi qurbangahda yandır. Bu, Yehova üçün odda yandırılan təqdimdir. 26  Sonra Harun üçün kahinlik qurbanı kimi təqdim olunan qoçun döş hissəsini götür+ və yellədərək Yehovanın hüzurunda yellətmə təqdiməsi kimi təqdim et. Bu, sənin payın olacaq. 27  Harun və oğulları üçün kahinlik qurbanı kimi təqdim olunan qoçun hissələrini — yellətmə təqdiməsi kimi gətirilən döşü və müqəddəs pay kimi gətirilən budu müqəddəs et.+ 28  Onlar Harunla oğullarının olacaq. İsraillilər həmişə bu qaydaya riayət etməlidirlər, çünki bu, müqəddəs paydır. Bu, israillilərin verdiyi müqəddəs pay olacaq, gətirdikləri ünsiyyət qurbanlarından Yehova üçün ayrılan müqəddəs pay.+ 29  Harunun müqəddəs paltarlarını+ ondan sonra oğulları geyinəcək. Bu paltarları məsh olunub kahinliyə təyin ediləndə geyinəcəklər.+ 30  Harundan sonra kahin olacaq və müqəddəs məkanda xidmət etmək üçün Hüzur çadırına daxil olacaq oğlu yeddi gün o paltarları geyinəcək.+ 31  Harunla oğulları üçün kahinlik qurbanı kimi təqdim olunan qoçun ətini müqəddəs yerdə suda bişir.+ 32  Harun və oğulları əti səbətdə olan çörəklə Hüzur çadırının girişində yeməlidirlər.+ 33  Onlar pak edilib kahinliyə təyin olunmaları üçün kəffarə olaraq gətirilən təqdimələri yeməlidirlər. Lakin kənar adam* onlardan yeyə bilməz, çünki onlar müqəddəsdir.+ 34  Kahinlik qurbanının ətindən və ya çörəkdən səhərə qalanı yandırın.+ Onu yemək olmaz, çünki müqəddəsdir. 35  Harun və oğulları ilə bağlı nə əmr etmişəmsə, hamısını yerinə yetir. Onların kahinliyə təyin edilməsi yeddi gün çəkəcək.+ 36  Hər gün kəffarə üçün günah qurbanı olaraq bir buğa təqdim et. Kəffarə gətirərək qurbangahı pak et*; onu müqəddəs etmək üçün məsh elə.+ 37  Qurbangah üçün kəffarə gətirmək yeddi gün çəkəcək. Onu müqəddəs et. Beləliklə, qurbangah son dərəcə müqəddəs olacaq.+ Ona toxunan adam müqəddəs olmalıdır. 38  Qurbangahda bunları təqdim et: mütəmadi olaraq, hər gün iki erkək toğlu.+ 39  Toğlunun birini səhər, digərini isə qaş qaralanda təqdim et.+ 40  Efanın* onda biri qədər narın una hinin* dörddə biri qədər yağ qat. Bunu və şərab təqdiməsi olaraq hinin dörddə biri qədər şərabı birinci toğlunun yanında təqdim et. 41  Qaş qaralanda gətirdiyin ikinci toğlunun yanında səhərki kimi taxıl və şərab təqdiməsi gətir. Onu Yehovaya xoş ətir kimi, odda yandırılan təqdimə kimi təqdim et. 42  Bu yandırma qurbanını nəsillər boyunca Hüzur çadırının girişində, Yehovanın önündə müntəzəm gətirməlisiniz. Orada Mən sizə görünəcəyəm və səninlə danışacağam.+ 43  Mən orada israillilərə görünəcəyəm və calalımdan həmin yer müqəddəs olacaq.+ 44  Hüzur çadırını və qurbangahı müqəddəs edəcəyəm. Həmçinin Harunu və oğullarını da müqəddəs edəcəyəm ki,+ Mənə kahin kimi xidmət etsinlər. 45  Mən İsrail xalqının arasında yaşayacağam, onların Allahı olacağam.+ 46  Onlar biləcəklər ki, Mən onların Allahı Yehovayam. Onları Misirdən çıxarmışam ki, aralarında yaşayım.+ Mən onların Allahı Yehovayam.

Haşiyələr

Hərfən: müqəddəs həsr nişanını. Harunun Allaha həsr olunduğunu bildirən müqəddəs nişan.
Yəni Harunun nəslindən olmayan adam.
Hərfən: günahdan pak et.
Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Hin 3,67 l-ə bərabərdir. B14 əlavəsinə bax.